Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mətbəxi keçmişdən gələcəyə - ARAŞDIRMA

Azərbaycan mətbəxi keçmişdən gələcəyə -  ARAŞDIRMA

Bakı, 6 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan mətbəxi xalqımızın çoxəsrlik tarixi, mədəniyyəti və həyat tərzi ilə sıx bağlı olan zəngin irs nümunəsidir. Coğrafi mövqeyi, iqlim şəraiti, təbii sərvətləri və müxtəlif xalqlarla qurulan mədəni-ticarət əlaqələri bu mətbəxin formalaşmasına təsir göstərib. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan həm Şərq, həm də Qərb mədəniyyətlərinin qovşağına çevrilib, bu isə mətbəx ənənələrində öz əksini tapıb. Bu mətbəx yalnız müxtəlif və dadlı yeməkləri ilə deyil, həm də xalqın qonaqpərvərlik mədəniyyəti, mərasim adətləri və ailə dəyərləri ilə səciyyələnir. Hər bölgənin özünəməxsus ləzzətləri, bişirmə üsulları və yerli məhsullardan istifadəsi bu mədəni irsi daha da zənginləşdirir.

AZƏRTAC Azərbaycan mətbəxinin inkişaf mərhələləri, bu irsin müasir dövrdə qorunub saxlanılması və onun formalaşmasına təsir edən amillərlə bağlı hazırladığı araşdırma yazını təqdim edir.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Azərbaycan mətbəxini sadəcə yemək mədəniyyəti deyil, bu xalqın minillik təfəkkürünün, həyat tərzinin və dövlətçiliyinin aynası olduğunu vurğulayıb: “Mən həmişə deyirəm ki, əgər türk mətbəxi dünya mətbəxinin tacıdırsa, o tacın üzərindəki ən dəyərli daş məhz Azərbaycan mətbəxidir. Bu gün biz ədviyyatlarımızla, bişirmə texnologiyamızla, qədim yeməklərimizin zənginliyi ilə təkcə regionda deyil, dünyada seçilirik. Təsadüfi deyil ki, Azərbaycan mətbəxində 5 mindən çox yemək çeşidi mövcuddur. Bu mətbəxin arxasında çox dərin tarix, arxeoloji faktlar və mədəni təbəqələnmə dayanır”.

Qədim tarix və Azərbaycan mətbəxinin başlanğıcı

T.Əmiraslanov bildirib ki, Tovuz rayonunun Göytəpə kəndində aparılan arxeoloji qazıntılar nəticəsində 8 min il bundan əvvələ aid buğda, arpa, çovdar və bir çox paxlalı bitkilərin, həmçinin üzümün dən qalıqları tapılıb. “Bu o deməkdir ki, əkinçilik mədəniyyəti artıq həmin dövrdə formalaşmışdı. Tovuz rayonunun Qovlar şəhərində daha da qədim - 9 min il əvvələ aid xış tapılması isə torpağın artıq məqsədli şəkildə becərildiyini göstərir. Bütün bunlar oturaq mədəniyyətin, yəni həm əkinçilik, həm də heyvandarlıq təsərrüfatının mövcudluğunu sübut edir. Həmin dövrlərə aid qoyun, keçi, inək, donuz və quş sümükləri tapılıb. Deməli, ulu babalarımız əti təkcə ovdan deyil, artıq öz təsərrüfatlarından da əldə edirdilər. Bu isə mətbəx mədəniyyətinin əsasının qoyulduğu dövrdür. Azərbaycan mətbəxinin qədimliyini sübut edən tapıntılardan biri Şəkidə aşkar edilən 3700 yaşı olan ilk samovardır. Bu tapıntıya qədər ən qədim samovar Misirə aid sayılırdı. Bu, bizim içki mədəniyyətimizin, xüsusilə çay ənənəsinin dərin köklərini göstərir.

Şamaxı muzeyində isə 2300 illik daşlaşmış şərab, İsmayıllıda 2200 illik kərə yağı saxlanılır. İşığın təsirindən rəngi dəyişsə də, o yağ xarab olmayıb. Çünki həmin yağ süddən deyil, qatıqdan hazırlanıb. Onun tərkibindəki turş süd bakteriyaları çürümə bakteriyalarını məhv edir, nəticədə yağ min illər boyu özünü qoruyur. Bu, ulu babalarımızın qida kimyasını instinktiv şəkildə dərk etdiklərinin sübutudur.

Azərbaycan mətbəxində bişirmə texnologiyası yalnız qida deyil, həm də düşüncə məsələsidir. Bizdə ocaq müqəddəs sayılır. Təndir, sac, ocaq — hər biri fərqli istilik, fərqli enerji verir, yeməyin dadını dəyişir. Qafqazın ən qədim təndirinin məhz Azərbaycanda tapılması da təsadüfi deyil”.

Beş əsas təməl – milli mətbəxin dayaqları

Həmsöhbətimizin sözlərinə görə, bir millətin mətbəx mədəniyyəti o zaman formalaşır ki, onun beş əsas dayağı olsun: “Bu beş dayağın birinin olmaması milli mətbəxin tamlığına xələl gətirir. Birinci saray mətbəxidir. Hansı ki, ən mürəkkəb və estetik yeməklərin məkanıdır. Dövlət varsa, saray var. Saray varsa, orada aşpazlar olur. Azərbaycanın saray aşpazlarından biri Mahmud Şirvani idi, hansı ki, Sultan Muradın baş aşpazı olub. Onun mətbəx kitabı bu ənənənin sübutudur. Əksər saray aşpazları azərbaycanlı olurdu, çünki onlara güvənirdilər. Saray aşpazlığı çox vaxt atadan oğula keçirdi, biliklər də elə ötürülürdü. Şah İsmayıl Xətai dövrünün saray aşpazı Bavərçinin, I Şah Abbasın aşpazı Usta Nurullahın, saray qənnadçısı Halvayinin, Nəsirəddin Şahın aşpazı Ələkbər xanın, Nadir Mirzə Qacarın və digər məşhur kulinarların yazdığı kitablar mətbəx mədəniyyətinin yazılı abidələridir.

İkinci hissə ordu mətbəxidir, çünki dövlət olan yerdə ordu mətbəxi də formalaşır. Əsgərin yeməyi həm onun gücü, həm də döyüş ruhudur. Ordu üçün bişən yeməklərin miqdarı, tərkibi, döyüş şəraiti üçün uyğunluğu – hamısının hesabatı olub.

Üçüncüsü, mənəvi mətbəxdir və xalqın inancı ilə bağlı qida sistemidir. Xristianlarda kilsə mətbəxi varsa, bizdə dərviş, sufi, mərasim, ayin mətbəxi, islamın təsiri ilə yaranan halal və dini mərasim yeməkləri var. Orucluq süfrələri, qurban yeməkləri, halva kimi mərasim yeməkləri məhz bu sahədə formalaşıb.

Dördüncü satış mətbəxidir ki, bu da karvansaralarda, bazarlarda, ticarət yollarında formalaşan mətbəxdir. Azərbaycanın İpək Yolu üzərində yerləşməsi bu tip mətbəxin inkişafına imkan yaradıb. Karvansaralarda bişən yeməklər həm səyahətçiləri doyurur, həm də mətbəx mübadiləsinə şərait yaradırdı.

Beşincisi, sadə xalqın, yəni rəiyyət mətbəxidir. Burada çox vaxt mürəkkəb yeməklər bişməzdi, amma təbii və doğma dadlar buradadır. Milli mətbəx məhz bu beş təməl birləşəndə formalaşır”.

Saray mətbəxi və hökmdarların yemək zövqü

Saray mətbəxində dəqiqliyin vacibliyini vurğulayan T.Əmiraslanov hökmdarların yemək zövqü ilə bağlı da danışıb. Bildirib ki, Şah İsmayıl Xətainin baş aşpazı Bavərçi tərəfindən yazılmış kitabda onun sevdiyi yeməklər arasında “dolma kababı” xüsusi qeyd olunur. Bu yemək həm ət, həm tərəvəz, həm də ədviyyat baxımından zəngin idi və şahın süfrəsində çox zaman mühüm mərasimlərdə təqdim edilirdi.

Yalnız Azərbaycan hökmdarları deyil, qonşu dövlətlərin sultan və xaqanlarının da yemək zövqləri yazılı mənbələrdə yer alıb. Məsələn, Fateh Sultan Mehmet və Çingiz Xan kəllə-paçanı sevirlərmiş. Təsadüfi deyil ki, saray mətbəxlərinin dəftərlərində “baş-ayaq məhsulları”nın ən çox alınan ərzaqlar sırasında olması bunu təsdiqləyir. Həmin dövrdə heyvanın bu hissələrinin çox qiymətli hesab olunmağı da maraqlı faktdır. Yəni, kəllə-paça bugünkü kimi “sadə yemək” deyil, əksinə, saray süfrəsinin nadir ləzzətlərindən biri idi.

Məhəmməd Şah Qacar isə pəhrizinə ciddi fikir verən hökmdarlardan olub. O, hətta özünə xüsusi yüngül qidalardan ibarət menyu hazırladıb. Ancaq bu faktlar o demək deyil ki, şahlar və sultanlar hər gün eyni yeməkləri yeyirdilər. Əksinə, hər fəslin, hər günün, hətta günün müəyyən saatlarının belə öz yemək çeşidləri olurdu.

Sarayın baş aşpazı bu menyunu təkbaşına hazırlamırdı, o, baş həkimlərlə birgə işləyirdi. Hər yeməkdən əvvəl həkimlərin məsləhətinə uyğun olaraq, şahın sağlamlığı, bədən quruluşu, iqlim və mövsüm şəraiti nəzərə alınırdı. Məsələn, isti havada bədənə istilik gətirən qidalar azaldılır, soyuq havalarda isə xəmirli, ətli və yağlı yeməklər artırılırdı.

Bütün bunlar göstərir ki, Azərbaycan saray mətbəxi yalnız dad mədəniyyəti deyil, həm də elmi əsaslara söykənən sistem olub. Orada hər şey planlı idi.

Gənc kulinarların milli mətbəxə təsiri

Mövzunu “Ritz Carlton Hotel”in aşpazı Şirməmməd Babayev ilə davam etdiririk. O, Azərbaycan mətbəxində hər bölgənin özünəməxsus dad palitrası, bişirmə üsulları və süfrə mədəniyyətinin olduğunu deyib: “Bu gün həmin irs bizim kimi gənc kulinarların yaradıcı baxışı ilə yeni mərhələyə qədəm qoyur. Müasir dövrdə yetişən gənc aşpazlar, o cümlədən beynəlxalq hotellərdə və restoranlarda çalışan kulinarlar milli mətbəxə sadəcə ənənə kimi yox, inkişaf edən bir sənət kimi yanaşırlar. Bizim məqsədimiz təkcə klassik reseptləri qorumaq deyil, həm də bu reseptləri müasir təqdimat və texnologiyalarla birləşdirməkdir”.

Bu gün gənc kulinarlar həmin ənənələri qoruyaraq onları yeni yanaşmalarla təqdim etməyə çalışırlar. Onlar üçün Azərbaycan mətbəxi bir məktəbdir — burada həm tarix var, həm də yaradıcılıq. Gənc aşpazlar milli dadları beynəlxalq səviyyədə tanıtmaq üçün fusion kulinariya, molekulyar texnologiyalar və müasir təqdimat formaları kimi metodlardan istifadə edirlər.

Belə yanaşma Azərbaycan mətbəxinin dünyada tanınmasına, yerli məhsulların yeni dəyər qazanmasına və milli kimliyimizin kulinariya vasitəsilə təqdim edilməsinə xidmət edir.

Bu baxımdan gənc kulinarlar milli mətbəxə yalnız keçmişin mirası kimi deyil, gələcəyin yaradıcı platforması kimi baxırlar. Onların məqsədi bu irsi yaşatmaq, onu yeniləmək və dünyanın hər bir guşəsində Azərbaycan ləzzətini tanıtmaqdır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH