Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN İQTİSAD UNİVERSİTETİNDƏ GÖRÜŞ

Ölkəmizdə rəsmi səfərdə olan Yunanıstan Prezidenti Konstantinos Stefanopulos və onu müşayiət edən nümayəndə heyəti iyunun 22-də Azərbaycan İqtisad Universitetində olmuşdur.

Ali qonağı universitetdə mehribanlıqla, gül-çiçəklə qarşıladılar.

Universitetin akt salonunda keçirilən görüşü AİU-nun rektor əvəzi, professor Telman Hüseynov açaraq, ali qonağı və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini çoxsaylı professor-müəllim və tələbə heyəti adından salamladı. O bildirdi ki, Azərbaycan Dövlət İqtisad Universiteti 74 ildir fəaliyyət göstərir. Hazırda bu ali təhsil müəssisəsinin 12 fakültəsində 15 minə yaxın tələbə bazar iqtisadiyyatının tələblərinə uyğun olan 50 ixtisas üzrə təhsil alır. Onlara 58 kafedrada 800-dən çox müəllim dərs deyir ki, bunlardan 59-u professor, 52-si elmlər doktoru, 395-i isə elmlər namizədi və dosentdir.

T.Hüseynov üniversitetin zəngin maddi-texniki bazasından, tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasından danışdı, dünyada gedən qlobal iqtisadi proseslərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə 500-dən çox kömpüterin lokal şəbəkədə birləşdirilərək fasiləsiz olaraq İnternet sisteminə qoşulduğunu, qısa müddət ərzində dünyanın bir sıra tanınmış ali təhsil mərkəzləri ilə sıx əlaqələr qurulduğunu söylədi. O dedi ki, hazırda Yunanıstanda oxuyan 6 nəfər azərbaycanlıdan biri AİU-nun tələbəsidir və Afina Universitetinin doktoranturasında təhsil alır.

Universitetin rektor əvəzi Yunanıstan Prezidentinə müraciətlə dedi ki, bu bina bizim üçün, bütün Azərbaycan xalqı üçün çox əzizdir. Çünki ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev vaxtilə məhz bu binada təhsil almışdır. Siz bura təşrif buyuran ikinçi, prezidentsiniz. İki il bundan öncə, məhz iyun ayında, universitetimizin 70 illik yubileyində Azərbaycan xalqının ümummilli lideri cənab Heydər Əliyev bizim görüşümüzə gəlmişdi. O, universitetin professor-müəllim heyəti qarşısında çox geniş məzmunlu nitq söylədi. Üstündən iki il keçməsinə baxmayaraq, biz indi də həmin nitqin təsiri altındayıq. Sizdən əvvəl heç bir əcnəbi ölkə prezidenti bizim qonağımız olmamışdır. Buraya təşrif gətirən ilk xarici ölkə prezidenti kimi Sizin adınız bizim universitetin tarixinə düşəcəkdir.

Yunanıstan Prezidenti KONSTANTİNOS STEFANOPULOS çıxış edərək dedi ki, mənim üçün çox böyük şərəf və sevincdir ki, bu universitetdəyəm. Biz iqtisadi sahədən başlayaraq, bütün sektorlarda əlaqələrimizi inkişaf etdirəcəyik. Mən verilən məlumatları çox diqqətlə dinlədim. Ümidvaram ki, Azərbaycan İqtisad Universiteti ilə Yunanıstanın universitetləri arasında münasibətlər inkişaf edəcəkdir. Tələbə mübadiləsi əməkdaşlığımızın bir hissəsi olacaqdır. Əminəm ki, bu işdən hər iki tərəf faydalanacaq və bu da əməkdaşlığımıza daha da təkan verəcəkdir.Ali qonaq qloballaşmadan danışaraq bildirdi ki, heç kəs qloballaşmanın dəqiq mənasını bilmir. Lakin onun elmi cəhətdən bir mənası var. Qloballaşma dinlərin birləşməsi deyil, insanların birgə inamı deyil, sülhə nail olmaq üçün dövlətlərin razılaşması da deyildir. Belə görünür ki, qloballaşma maliyyə sektoruna aiddir. Bu, dünyada gedən proseslərdə çox böyük əhəmiyyət kəsb edir. Qloballaşmanın iqtisadi mənası o deməkdir ki, bu, üstünlük təşkil edən ümumi azad bazardır. Yəni bütün sahələrdə azadlıq başa düşülməlidir. Bu, təkcə iş adamlarına, biznesmenlərə deyil, bütün insanlara səmərə gətirir. Hökumətlərin bu sahədə çox vacib rolu var. Yəni onlar elə bir siyasət aparmalıdır ki, deyilən dəyərlər insanlar arasında bərabər bölüşdürülsün. Burada iş adamlarının fəaliyyəti vacibdir. Lakin onların da fəaliyyəti vergi siyasətinin düzgün qurulmasından sonra həyata keçirilə bilər.

Cənab Konstantinos Stefanopulos görüşə toplaşanların professorlar və iqtisadiyyat sahəsində fəaliyyət göstərən insanlar olduğunu vurğulayaraq dedi ki, burada yunan iş adamlarını da görürəm və çox şadam. Təşəkkür edirəm ki, onlar bizim nümayəndə heyətinə qoşulub buraya gəlmişlər. Azərbaycanın da iş adamları buradadırlar. Bakıya gələn iş adamlarından ibarət nümayəndə heyəti mənim Prezident olduğum dövrdə xaricə səfər edən ən böyük heyətdir. Bizim iş adamlarımız bir çox şirkətlərdən gəlmişlər. Onların arasında neft, təbii qaz şirkətlərinin nümayəndələri vardır. Özəl sektordan olan iş adamları öz həmkarları ilə əməkdaşlıq etmək üçün buraya gəliblər və bu səfəri o zaman uğurlu hesab edərik ki, iqtisadi sahədə uğur qazanılsın. Xoşbəxtlikdən, bizim xalqlarımız və iş adamlarımız arasında heç bir ziddiyyət yoxdur. Ona görə də yeganə iş onların özlərinin əməkdaşlıq etməsidir.

Yunanıstan Prezidenti Bakıda keçirilən görüşlərin uğurlu olduğunu, qurulan əməkdaşlığın iki dövlətin və xalqın mənafeyinə xidmət etdiyini, yunan iş adamlarının yaxşı təcrübəsinin olduğunu vurğuladı.

Ali qonaq dedi ki, Azərbaycan çox sürətlə inkişaf edən bir ölkədir. Azərbaycanın təbii sərvətləri təkcə neft və qazla məhdudlaşmır. Azərbaycanın əsas sərvəti onun savadlı, ağıllı insanlarıdır ki, onlar qarşıya qoyduqları məqsədə çatmaq üçün çalışır və buna nail olurlar. Mən Azərbaycanla tanış olduğum müddətdə görürəm ki, bizim mentalitetimiz bir-birindən çox da fərqlənmir. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə də inkişaf edəcək və xalqlarımıza, dövlətlərimizə fayda gətirəcəkdir. Biz bu səfər çərçivəsində Azərbaycanla Yunanıstan arasında iqtisadi əməkdaşlığın əsasını qoyduq. Əminəm ki, bunun üzərində biz böyük bir bina tikəcəyik. Bu əməkdaşlıq təkcə iki xalqa səmərə gətirməyəcək, qonşuluğumuzda olan ölkələr də bundan faydalanacaqlar.

Sonda Yunanıstan Prezidenti Konstantinos Stefanopulos bu görüşə görə universitetin rəhbərliyinə, iştirakçıların hamısına təşəkkür etdi və dedi ki, mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki məhz onun siyasəti nəticəsində Azərbaycanda Yunanıstana qarşı səmimi və xoş hisslər var. Azərbaycana tərəqqi, İqtisad Universitetinə, bütün Azərbaycan xalqına uğurlar diləyirəm.

X X X

Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev və Yunanıstanın xarici işlər nazirinin müavini Yevripidis Stilianidis çıxışlarında ölkələrimiz arasında iqtisadi münasibətlərin yaranması və inkişaf etdirilməsi üçün hər iki ölkənin prezidentlərinin fəaliyyətini yüksək qiymətləndirdilər. Bildirildi ki, Bakıda keçirilən biznes forumda 100-ə yaxın yunan və 200-dək azərbaycanlı iş adamı iştirak etmiş və bu tədbirin nəticəsi olaraq, qeyri-neft sektorunu əhatə edən 7 memorandum imzalanmışdır və daha 3-4 sənəd də imzalanacaqdır.

Bunun çox yaxşı göstərici olduğunu və Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın yeni mərhələyə çıxması xüsusi vurğulandı. Ulu öndərimiz Heydər Əliyevin “Bizim dinimiz islamdır, yolumuz isə Qərbədir” müdrik kəlamı xatırladılaraq, bu yığcam fikirdə Azərbaycanın gələcək yolu aydın şəkildə göstərilmişdir. Bu gün Prezident İlham Əliyev həmin siyasəti davam etdirir. Azərbaycanda neft sektoru inkişaf etdikcə, qeyri-neft sektoru da inkişaf edir. Növbəti beş ildə ölkədə 600 min yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Xalqın rifahını daha da yaxşılaşdırmaq, onlar üçün daha yaxşı şərait yaratmaq qarşıda duran əsas vəzifələrdir.

Görüşdə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, Yunanıstanın Bakıdakı səfiri Merkurios Karafotias iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır