AZƏRBAYCAN AVRO 2012-NİN KEÇİRİLMƏSİNƏ NAMİZƏDDİR
AZƏRTAC Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytına istinadla xəbər verir ki, UEFA 2012-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsinə namizəd ölkələrin yekun siyahısını açıqlamışdır.
Yanvarın 31-dək - milli federasiyalardan sənədlərin qəbulunun son müddətinədək UEFA-nın iqamətgahına səkkiz ərizə daxil olmuşdur. Azərbaycan, Yunanıstan, İtaliya, Rumıniya, Rusiya, Türkiyə, habelə Xorvatiya Macarıstanla, Polşa Ukrayna ilə birlikdə çempionatı keçirmək arzusunda olduqlarını bildirmişlər.
UEFA-nın icraçı başçısı Lars-Krister Olsson demişdir:”Biz 2012-ci ilin Avropa birinciliyinə marağın səviyyəsinə heyranıq”.
Namizədlər UEFA-nın tələb etdiyi informasiyanın olduğu sifariş prospektlərini 2005-ci il iyulun 25-dək təqdim etməlidirlər. Təşkilat noyabrda beş namizədi siyahıdan çıxaracaq, qalan üç namizəd arasında final seçimi 2006-cı ilin dekabrında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:43]
Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb
- 12.11.2026 [18:50]
Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək
- 12.11.2026 [16:27]
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub
- 12.11.2026 [15:14]