Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN: ATA NAMİNƏ…

Fransada iyirmi ildən artıq nəşr olunan rüblük “La Politique İnternationale” jurnalı beynəlxalq siyasi məsələlərə həsr olunmuş maraqlı məqalə və müsahibələri sayəsində ən nüfuzlu fransızdilli dərgiyə çevrilmişdir.

Boris Yeltsin prezidentliyə başlayarkən demişdi: “Böyük siyasətçi olmaq üçün lazımdır ki, ən azı bir dəfə “La Politique İnternationale” jurnalında çap olunasan”. Təsadüfi deyil ki, Bill Klinton, Szyan Szemin, Gerhard Şröder, Toni Bleyer və digər siyasətçilər öz siyasi baxışlarını təqdim etmək, fikirlərini geniş kütlələrə çatdırmaq məqsədi ilə məhz bu jurnalı seçmişlər. Elə bu səbəbdən də Parisdə çap olunan “La Politique İnternationale” jurnalı dünyanın beş qitəsində yayılır.

Nəşrin yaradıcısı və rəhbəri Patrick Wajsmandır. O, beynəlxalq münasibətlər üzrə professordur və iyirmi ildən artıqdır ki, “Figaro” qəzeti üçün məqalələr yazır.

Jurnalın 2004-cü il 104-cü nömrəsində İslam ölkələri üzrə mütəxəssis Alən Şevaleriasın Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş müsahibəsi dərc olunmuşdur. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.

Azərbaycan Prezidenti İlham Əliyevin

“La Politique İnternationale” jurnalına müsahibəsi

AZƏRBAYCAN: ATA NAMİNƏ…

ALƏN ŞEVALERİAS: Cənab Prezident, Bakıya gələn Qərb səyahətçisi qəribə bir təəssüratla üzləşir. Bizi buradan, İranla sərhəddən 200 kilometrdən də az məsafə ayırır. Lakin buna baxmayaraq, buradakı ab-hava İslam mühitinə uyğun gəlmir. Siz bu qəribəliyi necə izah edərdiniz?

İLHAM ƏLİYEV: Müqayisə aparmaq həmişə çətin olur. Biz praktiki olaraq, müstəqil Azərbaycanı bütün sahələrdə öz dəyərlərimizə uyğun qurmaqdayıq. Ölkədə güclü inkişaf gedir. Bu, şübhəsiz ki, sizin təəssüratınızı izah edə bilər.

ALƏN ŞEVALERİAS: Siz keçmişdə islamçı ünsürlərin təsiri ilə üzləşmişdiniz. Bu məlumatı təsdiqləyirsinizmi?

İLHAM ƏLİYEV: Xeyr. Azərbaycan dünyəvi dövlətdir. Əlbəttə, İslam dini Azərbaycanda dərin kök salmışdır və biz bu dinə hörmət edirik. İslam bizim ümumi kimliyimizin bir hissəsidir. Lakin eyni zamanda, biz dini və ya etnik səbəblərdən asılı olmayaraq, hər hansı ayrı-seçkiliyə qarşıyıq.

ALƏN ŞEVALERİAS: Necə oldu ki, Sizin ölkəniz bir sıra qonşularınızın düşdüyü təhlükələrdən xilas oluna bildi?

İLHAM ƏLİYEV: Mənim başqalarının daxili işlərinə qarışmaq fikrim yoxdur. Əgər bütün dövlət başçıları bizim kimi siyasət həyata keçirsəydi, onda əminəm ki, dünya daha da sakit olardı. Məni maraqlandıran məsələ – inkişaf üçün lazımi zəmin yaradan sabit iqtisadi mühitin və əhali üçün yaxşı sosial müdafiənin təmin edilməsidir.

Düşünürəm ki, əmin-amanlıq olmadan sivil cəmiyyət yaratmaq mümkün deyildir. Məhz bu səbəbə görə də iqtisadiyyat bizim əsas prioritetlərimizdən biridir.

ALƏN ŞEVALERİAS: Əgər mən Sizi düzgün başa düşdümsə, Azərbaycanda hər şey yaxşılığa doğru gedir. Elə çıxır ki, Sizin heç bir probleminiz yoxdur?

İLHAM ƏLİYEV: Mən öz ölkəmi sevirəm. Normal haldır ki, mən yalnız müsbət aspektləri göstərirəm. Amma məlumdur ki, bizim problemlərimiz də var və onların əksəriyyəti sovet dövrü ilə bağlıdır. Sosialist sistemindən bazar iqtisadiyyatına keçid mürəkkəbdir. İslahatlar iqtisadi xarakterli çətinliklərlə üzləşir və həmçinin burada mentalitet də rol oynayır.

ALƏN ŞEVALERİAS: Sizin üzləşdiyiniz ən böyük çətinliklər hansılardır?

İLHAM ƏLIYEV: Ən ciddi problem Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu problem hələ 1988-ci ildə, hər iki ölkənin Sovet İttifaqının tərkibində olduğu dövrdən başlayır. Bu gün torpaqlarımızın 20 faizi, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni işğalı altındadır. Bu səbəbdən əhalinin böyük bir qismi öz yurd-yuvalarından məhrum olmuşdur. Nəhayət, artıq məqam yetişib, beynəlxalq hüquqa hörmət olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu problem bizi ən çox narahat edən məsələdir və Ermənistan silahlı qüvvələri öz ərazilərinə çəkilməyənəcən onun həlli mümkün deyildir. Bu münaqişə ilə müqayisədə digər çətinliklər o qədər də böyük deyildir.

ALƏN ŞEVALERİAS: Sizdə vəziyyətin çətin olduğunu daha da şişirtmək meyli varmı?

İLHAM ƏLİYEV: Mən bu fikrin tam əleyhinəyəm . Biz hazırda qaçqın-köçkünlərin sayına görə dünyada birinci yerdəyik: 8 milyon əhalinin 1 milyonu qaçqın-köçkündür. Bu da əhalinin 12,5 faizini təşkil edir. Hökumət bu insanların problemləri ilə məşğul olmalı, onların minimum həyat şəraitini təmin etməli, onlara qayğı ilə yanaşmalı və qida ilə təchiz etməlidir. Bütün bunlar çox baha başa gəlir və təəssüflər olsun ki, Azərbaycan bəzi qonşularına nisbətən o qədər də böyük beynəlxalq yardım almır. Amma belə bir acınacaqlı vəziyyət yalnız mənfi nəticələr vermir: öz imkanlarımıza arxalanmağa məcbur etməklə, bu vəziyyət bizi daha da güclü edir.

Görəcəyimiz işlər hələ də çoxdur, lakin onu xatırlamaq lazımdir ki, biz lap əvvəldən başlamışıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının süqutu iqtisadiyyatın tamamilə dağılması və bizim gəlir mənbələrimizin tükənməsi ilə müşayiət olundu. On il sonra biz ikirəqəmli göstərici ilə iqtisadi artıma nail olduq və Cənubi Qafqazdakı qonşularımızdan fərqli olaraq, iqtisadi baxımdan tamamilə müstəqil ölkəyə çevrildik.

ALƏN ŞEVALERİAS: Adambaşına düşən ümumi daxili məhsul (ÜDM) bir o qədər də böyük deyildir.

İLHAM ƏLİYEV: Ermənistanla müqayisə edin: siz böyük fərqi görəcəksiniz! Son yeddi il ərzində 90 faizlik iqtisadi inkişafa nail olmuşuq və bu illərdə inflyasiya çox zəif olub, dövlət büdcəsi kifayət qədər artıbdır. Hazırda bizim dövlət büdcəmiz Ermənistanın büdcəsindən 3 dəfə çoxdur. Təbii ki, bütün bunlar cəmiyyətin normal inkişafı və hər kəsin yaxşı məvacibi olan işlə təmin edilməsi üçün kifayət deyildir. Buna görə də biz yeni proqram hazırlamışıq və bu proqrama əsasən, gələn 5 il ərzində 600 min yeni iş yerinin açılması nəzərdə tutulur. Bu rəqəm 8 milyonluq əhalisi olan ölkə üçün kiçik göstərici deyildir. Göstərilən səylər öz bəhrəsini verməkdədir: seçkilərdən 6 ay sonra biz artıq minlərlə yeni iş yerləri açmışıq. Sizi əmin edirəm ki, Azərbaycan çiçəklənən ölkəyə çevrilməkdədir.

ALƏN ŞEVALERİAS: Bu iş yerləri hansı sektorlarda açılıb?İLHAM ƏLİYEV: Azərbaycanda neft sektorunda ən çox iş yerlərinin olduğunu desəm, yəqin ki, sizi təəccübləndirməyəcəm. Doğrudur, hasilatın həcmi hələ ki, o qədər yüksək deyil, lakin biz yeni böyük neft hasilatı mərhələsi qarşısındayıq. Bununla belə, neft özlüyündə yeganə vasitə deyildir. Karbohidrogen yataqlarının istismarından əldə olunan gəlirlərdən iqtisadiyyatın müxtəlifləşdirilməsinin maliyyələşdirilməsi üçün istifadə edirik. Bu məqsədlə xüsusi bir fond yaradılmışdır. Biz çalışırıq ki, həmin vəsaitlər hesabına bütün fəaliyyət sahələrində özəl sərmayəçiləri cəlb etmək üçün yaxşı mühit yaradaq.

Biz artıq torpağı özəlləşdirmişik və hazırda kənd təsərrüfatı məhsullarının həcminin artırılmasına çalışırıq. Karbohidrogen məhsullarından asılı olmamaq məqsədi ilə biz istehsalı artırmaq istəyirik və bunu yalnız öz ehtiyaclarımızın ödənilməsi üçün yox, eyni zamanda, ixrac üçün də edirik.

İqtisadi inkişafdan yalnız paytaxtın bəhrələnməsinə yol verməmək məqsədi ilə biz rayonlarımızda regional inkişaf proqramı həyata keçiririk.

Adambaşına düşən xarici sərmayələrin həcminə görə bizim ölkə keçmiş sovet məkanında və Şərqi Avropada öndə gedir. Hazırkı vəziyyəti aydınlaşdırmaq üçün sizə belə bir məlumat verim – bu günə kimi Azərbaycana 17 milyard dollar sərmayə yatırılmışdır.

ALƏN ŞEVALERİAS: Konkret olaraq, yeni sərmayələri cəlb etmək üçün Siz hansı işlərin görülməsini planlaşdırırsınız?

İLHAM ƏLİYEV: Biz infrastrukturu və nəqliyyat dəhlizlərini inkişaf etdiririk. Yeni elektrik stansiyaları tikirik. Biz, həmçinin qanunvericilik bazasını təkmilləşdiririk. Sərmayəçilər əmin olmalıdırlar ki, onların kapitalı qorunur.

ALƏN ŞEVALERİAS: Azərbaycan hansı ölkəni özünə daha yaxın tutur?

İLHAM ƏLİYEV: Biz Türkiyə, Gürcüstan, Rusiya və əlbəttə ki, İranla dostluq münasibətləri saxlayırıq. Təbii ki, bunu Avropa ölkələrinə, birinci olaraq, Fransaya şamil etmək olar. Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim məhz sizin ölkəyə olmuşdur. Avropaya inteqrasiya siyasətinə marağımızı nəzərə alaraq, Parislə diplomatik münasibətlər bizim üçün prioritet xarakter daşıyır.

ALƏN ŞEVALERİAS: Türkiyə Sizi xüsusən maraqlandırır?

İLHAM ƏLİYEV: Təbii. Bizim bir çox oxşarlıqlarımız var: tarix, mədəniyyət, etnik mənsubiyyət. Bundan başqa, Azərbaycan öz müstəqilliyini əldə etdiyi vaxtdan Türkiyə ölkəmizə çox kömək etmişdir. Türkiyə bizi tanıyan ilk dövlət olmuşdur. Biz bir-birimizə çox yaxınıq.

ALƏN ŞEVALERİAS: Nəyə görə Prezident seçiləndən sonra ilk səfərinizi Fransaya etdiniz?

İLHAM ƏLİYEV: Atam, Prezident Heydər Əliyev də 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etmişdir.

ALƏN ŞEVALERİAS: Nəyə görə o, məhz Fransanı seçmişdir?

İLHAM ƏLİYEV: Fransa və Azərbaycan siyasi və iqtisadi sahələrdə bir-birinə çox bağlıdır. Atam kimi, mən də Jak Şirakla şəxsi və dostluq münasibətlərini saxlayıram. Onun bizim regional problemlərdə iştirakını yüksək qiymətləndirirəm. Unutmayın ki, Fransa Minsk qrupunun həmsədridir və bizim Ermənistanla olan münaqişəmizi həll etməyə çalışır. Bir sıra fransız şirkətləri Azərbaycanda çox fəaldırlar. Siz görürsünüzmü, Fransaya səfərin həyata keçirilməsinin nə qədər əsasları var.

ALƏN ŞEVALERİAS: Əgər Sizin Fransa ilə münasibətləriniz bu qədər yaxşıdırsa, ölkənizə sərmayə qoyan dövlətlər arasında Fransanın 7-ci yerdə olmasını necə izah edərdiniz?

İLHAM ƏLİYEV: Əvvəla, 7-ci yerdə olmaq o qədər də pis deyil! İkincisi, bu rəqəm onu göstərir ki, sərmayələrin böyük hissəsinin məhz karbohidrogen məhsulları sektoruna qoyuluşu davam edir. Bu, ümumi sərmayələrin 70 faizini, yəni 17 milyard dollardan 12 milyardını təşkil edir. Beləliklə, biz öz neft və qaz yataqlarımızı qiymətləndirməyə başlayanda, amerikan və ingilis şirkətləri burada fəaliyyət göstərməyə birinci gəldilər. Lakin sizi əmin edirəm: bizim bir ölkə ilə mövcud olan münasibətlərin keyfiyyəti yatırılmış sərmayələrə proporsional deyildir. Burada fəaliyyət göstərən bir çox fransız şirkətləri sərmayə qoymaqla məşğul olmur, daha çox xidmət sahəsində çalışırlar.

ALƏN ŞEVALERİAS: Tutaq ki, mən iş adamıyam. Bu halda, Siz mənə Azərbaycan iqtisadiyyatının hansı sahəsinə sərmayə yatırmağı təklif edərdiniz?

İLHAM ƏLİYEV: Əlbəttə ki, bu sizin bacarığınızdan asılı olacaq, lakin güman ki, mən sizi kənd təsərrüfatı sahəsinə istiqamətləndirərdim. Neft və qaz sahəsində bizim ehtiyaclarımız ödənilib və sərmayələrimiz kifayət qədərdir. Əksinə, aqrar-sənaye sahəsində mövcud olan avadanlıqlarımız sovet dövründən qalıb. Onlar köhnədir və zəif işləyir. İstehsalın yerindəcə artırılması və beləliklə, kənd təsərrüfatçılarımıza yeni imkanların yaradılması məqsədilə avadanlıqları müasirləşdirmək lazımdır.

ALƏN ŞEVALERİAS: Əcnəbilər Azərbaycanda torpaq əldə etmək hüququna malikdirlərmi?

İLHAM ƏLİYEV: İcarəyə götürə bilərlər. Torpaqların özəlləşdirilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi çox artmışdır.

ALƏN ŞEVALERİAS: Siz Rusiya ilə bir çox ikitərəfli sazişlər imzalamısınız. Amerikalılarla, xüsusilə də bp şirkəti ilə böyük neft müqavilələri bağlamısınız. Bununla belə, Avropa məkanına inteqrasiya olunmaq istəyirsiniz. Bu, hər istiqamətə yönəlmiş müttəfiqlik siyasətidir, yoxsa Siz riskləri bölüşməyə çalışırsınız?

İLHAM ƏLİYEV: Neft sahəsinə sərmayələr 1994-cü ildə bizim xarici kapitala açıq olduğumuzu bəyan etdikdən dərhal sonra ən fəal şirkətlər tərəfindən yatırılmışdır. Vaxt var idi, bizim heç neft quyusu qazmağa belə pulumuz yox idi; hətta bu günlərdə də, yatırılmış həmin 12 milyard dollarımız da yoxdur. Biz istəyirik ki, burada təmsil olunmuş bütün şirkətlər sərmayə qoyuluşu sahəsində bərabərlik prinsipi əsasında işləsinlər. Eynilə biz istəyirik ki, əhatəmizdə olan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə də yaxşı münasibətlərimiz olsun. Biz bu cür tarazlaşdırılmış siyasətdən tam məmnunuq.

ALƏN ŞEVALERİAS: Sizə elə gəlmirmi ki, maraqların toqquşduğu vəziyyətlə üzləşə bilərsiniz? Sizin torpaqlarınızda müharibə aparan Ermənistanı dəstəkləyən Rusiya ilə vəziyyət belə olmayıbmı?

İLHAM ƏLİYEV: 1990-cı ildə Rusiya Ermənistanı dəstəkləyərkən bizim Moskva ilə heç bir hərbi müqaviləmiz yox idi. Bizə təcavüz edən ermənilərə yardım göstərməklə Rusiya rəhbərləri böyük səhvə yol verdilər. Lakin Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra münasibətlərə yeni dinamika gətirildi. Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiyanın mövqeyi daha qərəzsiz forma aldı.

İki ölkənin tarixində ilk dəfə olaraq, Rusiya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi. Bundan əvvəl isə mənim atam Rusiyaya rəsmi səfər etmişdi. Bu yaxınlarda isə mənim Rusiyaya səfərim olmuşdur. Bu səfər Xəzər dənizi, enerji məsələləri, onların nəqli ilə bağlı bizim aramızda olan bütün mübahisəli məsələləri sahmana salmağa imkan yaratmışdır.

ALƏN ŞEVALERİAS: Moskva ilə hərbi sahədə yaxınlaşmağı nəzərdə tutursunuzmu?

İLHAM ƏLİYEV: Biz heç bir blokun üzvü deyilik və aramızda qarşılıqlı müdafiə ilə bağlı heç bir müqaviləmiz yoxdur. Bizim ərazimizdə heç bir xarici hərbi qüvvə yoxdur və belə də davam etməyi planlaşdırırıq.

ALƏN ŞEVALERİAS: Sizi dinlədikcə, məndə elə bir təəssürat yaranır ki, İsveçrə haqqında danışırsınız…

İLHAM ƏLİYEV: Baxın görün, bizim gölümüz heç də pis deyil! O, hətta Cenevrədəkindən də böyükdür. O, Xəzər dənizi adlanır…

ALƏN ŞEVALERİAS: İraqda Vaşinqton və London tərəfindən aparılan müharibə haqqında nə fikirləşirsiniz?

İLHAM ƏLİYEV: 11 sentyabr 2001-ci ildən etibarən ABŞ tərəfindən başlanılan terrorizmə qarşı mübarizəyə Azərbaycan da qoşulmuşdur. Biz özümüz də bu bəladan əziyyət çəkmişik. 1990-cı illərin əvvəllərində erməni təşkilatları tərəfindən Azərbaycanda törədilən 30-dan çox terror aktı nəticəsində 2000-dən artıq azərbaycanlı öldürülmüşdür. İnanın mənə, biz bilirik terrorizm nə deməkdir.

ALƏN ŞEVALERİAS: İraqa edilən müdaxilənin yalnız terrorizmlə mübarizə istəyi ilə bağlı olmasını hesab edirsinizmi?

İLHAM ƏLİYEV: Bu, hər halda, amerikalıların bütün dünyaya təqdim etdikləri formadır. Başqa mülahizələr də mümkündür. Lakin, zənnimcə, burada vacib əhəmiyyəti bugünkü reallıq daşıyır. Çalışmaq lazımdır ki, tezliklə iraqlılar üçün elə bir şərait yaradılsın ki, onlar özlərini idarə edə bilsinlər.

Terroristin yaxşısı, pisi olmur. Harada olmalarından asılı olmayaraq, onların hamısını eyni səylə axtarıb tapmaq lazımdır. Azərbaycan bu mübarizədə qətiyyətlə iştirak edir. Ermənistanla mübarizədə biz tək idik. Belə olanda isə çox çətin olur!

ALƏN ŞEVALERİAS: Soros Fondu Azərbaycanda nə kimi rol oynayır?

İLHAM ƏLİYEV: Bir il bundan əvvəl Corc Soros Azərbaycanda olmuşdur. Mən o vaxt bu vəzifədə deyildim, amma onunla görüşdüm. Bizim konstruktiv fikir mübadiləmiz oldu. Mənə elə gəlir ki, o, mənimlə söhbətdən, xüsusilə də ölkəmizin apardığı neft siyasətindən razı qaldı. O, Prezident Heydər Əliyevlə də görüşdü və bu, ona çox böyük təəssürat bağışladı. Mən şadam ki, onun özü ölkənin necə inkişaf etdiyini gördü. İqtisadiyyatın şəffaflığı məsələsi Soros Fondunu narahat edən əsas işlərdən biridir və bu baxımdan, Azərbaycan nümunə rolunu oynaya bilər. Söhbətimizin əvvəlində sizə dediyim kimi, biz beynəlxalq audit altında Neft Fondu yaratmışıq və bu qurumu Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq şəraitində idarə edirik.

ALƏN ŞEVALERİAS: Gürcüstanda bəziləri Eduard Şevarnadzenin devrilməsinin və icraedici hakimiyyətin dəyişilməsinin Corc Sorosla bağlı olan təşkilatların təsiri altında baş verdiyini iddia edirlər. Bu haqda Siz necə düşünürsünüz?

İLHAM ƏLİYEV: Mən bunların heç birini eşitməmişəm. Mən fikirləşirəm ki, Gürcüstanda baş verən hadisələr xalqın istəyi ilə olmuşdur. Hər halda, xalq tərəfindən dəstəklənməyən hökumət uzun müddət hakimiyyətdə qala bilməz. Bu, demokratiyanın qanunudur.

ALƏN ŞEVALERİAS: Siz demokratiyadan danışdınız. Bu baxımdan, Sizin ölkədəki durum necədir? Bir sıra müşahidəçilər bu mövzu barədə müxtəlif fikirdədirlər…

İLHAM ƏLİYEV: Bizdə müxalifət mövcuddur. O, seçkilərdə və bu yaxınlarda keçirilmiş prezident seçkilərində iştirak etmişdir. Siyasi fəaliyyət və mətbuat azaddır. Azərbaycanda əllidən çox siyasi partiya mövcuddur.

ALƏN ŞEVALERİAS: Partiyaların çox olması demokratiya olması demək deyil…

İLHAM ƏLİYEV: Düzdür, lakin biz keçid dövrünü yaşayırıq. Partiyanı yaratmaq o qədər asandır ki, bəzi hallarda bir ailənin üzvləri, sadəcə, səfirliklər tərəfindən təşkil edilən qəbullara dəvət olunmaq və ya xaricdən maliyyə yardımı almaq məqsədi ilə siyasi təşkilat adı altında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirlər! Bəziləri hətta bunu biznes kimi istifadə edirlər. Lakin bunları ümumiləşdirmək olmaz. Yaxşı ki, bir çox “normal” partiyalar da var.

ALƏN ŞEVALERİAS: Regiondakı çətinlikləri nəzərə alaraq, Siz Azərbaycanın gələcəyi ilə bağlı narahatsınızmı?

İLHAM ƏLİYEV: Əksinə. Gələcək parlaq, hətta çox parlaq olacaqdır. Bu, məndə heç bir şübhə doğurmur: Azərbaycan iqtisadi baxımdan möhkəmlənəcəkdir. Biz nəhəng bir layihənin son mərhələsinə qədəm qoyuruq. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi neftimizi nəql etməyə və Avropanı təchiz etməyə imkan yaradacaqdır. Lakin bu yeni sərvətin yaradacağı imkanların həmvətənlərimiz arasında bərabər şəkildə paylanmasına nəzarət etmək lazım gələcək.

ALƏN ŞEVALERİAS: Bu il mayın 24-də Prezident Şirak Sizə Azərbaycanın genişlənmiş Avropaya inteqrasiyası ilə bağlı istəyinizi əks etdirən məktub ünvanlamışdı. Ölkənizin Avropanın bir hissəsi olmasını hesab edirsinizmi?

İLHAM ƏLİYEV: Tamamilə belədir. Coğrafi nöqteyi-nəzərdən biz də, habelə Cənubi Qafqazdakı qonşularımız da Avropadayıq. Artıq üç ildir ki, Azərbaycan Avropa Şurasında təmsil olunur. Hər halda bir məsələ aydındır: əgər Türkiyə və Gürcüstan Avropaya inteqrasiya olunurlarsa, onda Azərbaycanın da orada öz yeri var.

ALƏN ŞEVALERİAS: Beləliklə, Azərbaycan hansı istiqamətdə gedəcək: Birləşmiş Ştatlar, Avropa, yoxsa Asiya?

İLHAM ƏLİYEV: Bizim xarici siyasət yalnız Azərbaycanın maraqları və onun tarixi əlaqələri əsasında müəyyən edilir. Ümumiyyətlə, biz əməkdaşlıq və dostluğa üstünlük veririk. Kimlər ki, hər yerdə qarşıdurma üçün yer axtarırlar, onlar bunu burada yox, digər yerdə axtarsınlar. Misal üçün, bizim həm İranla, həm də Birləşmiş Ştatlar ilə yaxşı münasibətlərimiz var. Bunlar o iki ölkədir ki, əgər belə demək olarsa, aralarında heç də yaxşı münasibətlər yoxdur! Bizim Gürcüstanla tarixi münasibətlərimiz var. İranla - mən bunu təkrar edirəm – qədim tariximiz var, orada çoxlu azərbaycanlı yaşayır. Rusiya ilə çoxdankı münasibətlərimiz mövcuddur… Biz elə bir alternativ qarşısında deyilik ki, kiminlə əməkdaşlıq etməliyik. Biz, sadəcə, öz mövqeyimizi müdafiə edirik, vəssalam.

ALƏN ŞEVALERİAS: Əgər atanız sağ olsaydı, o da eyni siyasəti davam etdirərdimi?

İLHAM ƏLİYEV: Bəli, mən buna əminəm. Bu siyasət öz səmərəliliyini nümayiş etdirdi. Bu siyasət sülh, əmin-amanlıq və iqtisadi inkişaf gətirdi. Bunun alternativi yoxdur. Hər hansı digər seçim fəlakətli ola bilər və özlüyündə vətəndaş müharibəsi parçalanma ilə nəticələnə bilər. Artıq on beş ildir ki, Ermənistan bu kartdan istifadə etməyə çalışır. Lakin azərbaycanlılar artıq bunu bilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib VİDEO

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasının əsasını etnos, din və ümumbəşəri dəyərlərin vəhdəti təşkil edir

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

® “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib