Ayxan Abbasov: Bizə qələbə lazımdır
Bakı, 8 iyun, AZƏRTAC
Hər şey planladığımız kimi gedir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.
O bildirib ki, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsinə qatılmayıblar: “Bu da planları müəyyən qədər pozdu. İstəyirdik ki, Malta ilə matçda da qalib gələk. Təəssüf ki, əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Görüşün təhlili zamanı da iradlarımızı bildirdik. Qol vurmaq çox vacibdir. Bir yerdə olub, əskikləri görmək önəmlidir. İlk matçdan fərqli olaraq, heyət tamamilə dəyişəcək. Start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov olacaq. Bizə qələbə lazımdır”.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:14]
Tayson Fyuri – Entoni Coşua döyüş gecəsinin əsas proqramı açıqlanıb
- 12.11.2026 [15:00]
“Mançester Yunayted”in baş məşqçisi istefaya göndərilib
- 12.11.2026 [13:57]
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
- 12.11.2026 [12:58]
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
- 12.11.2026 [12:14]
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
- 12.11.2026 [11:31]
Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]