AXTARIŞDA OLAN NARDARAN SAKİNİ TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120, 221 və 228-ci maddələri ilə axtarışda olan Nardaran qəsəbəsinin sakini Etibar Əhmədov evinin yaxınlığında tutularkən, o, polis əməkdaşlarına qarşı odlu silahdan atəş açmışdır. Polis əməkdaşları cavab atəşi açmış və E.Əhmədov sol bud nahiyəsindən xəsarət almışdır. E.Əhmədov tutulmuş, ondan nömrəsi silinmiş “Makarov” tipli 2 tapança, 2 patron darağı və 14 ədəd patron götürülmüşdür. Əməliyyat zamanı polis əməkdaşlarından xəsarət alan olmamışdır.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]