AVROPANI QAR BÜRÜMÜŞDÜR
Bakı, 15 yanvar (AZƏRTAC). Xarici ölkələrin KİV-ləri xəbər verirlər ki, bu günlərdə Türkiyə sıx duman səbəbindən gəmilərin keçdiyi Bosfor boğazını bağlamışdır.
Bütün Avropanı bürüyən şaxtalar və çoxlu qar yağması artıq “isti” ölkələr sayılan İtaliya, İspaniya, Portuqaliyaya çatmışdır və bununla əlaqədar həmin ölkələrdə dəmir yol nəqliyyatında hərəkətin bir çox yerlərdə dayandırılması müşayiət edilmişdir.
Təbii ki, qar qalıqları və buzlaşma ən çox hava nəqliyyatında əngəllər törətmişdir. Nəticədə bir neçə gün bundan əvvəl Frankfurt-Maynda iri təyyarə limanı işləməmiş, ondan bir gün əvvəl isə Londonun Xitrou aeroportu bağlanmışdı.
Güclü qar yağması və şaxtalar 100-ə yaxın insanın ölümünə səbəb olmuşdur. Təkcə Polşada 40-dan çox adam dünyasını dəyişmişdir. İnsanların həlak olmasının digər səbəbi də buz bağlamış avtomobil magistrallarında nəqliyyat hadisələrinin baş verməsidir.
Sinoptiklər isə belə ümidverici proqnozlar söyləyirlər ki, həftənin axırında iqlimin “şıltaqlığı” başa çatacaq və hava müsbət istiqamətə dəyişəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]