AVROPADA ŞƏKƏRDƏN ENERJİ ALINACAQDIR
AZƏRTAC xəbər verir ki, Avropa alimləri beynəlxalq alternativ ekoloji yanacaq şəbəkəsi layihəsi hazırlamışlar.
Məsələn, Böyük səhrada quraşdırılmış günəş enejisi şəbəkəsi bütün Avropanı elektrik enerjisi ilə təmin edə bilər. Böyük Britaniya və Danimarkadan külək enerjisi, İslandiya və İtaliyadan geometrik enerji almaq mümkündür. Bu ideya alimlərin alternativ enerji mənbələrinin axtarılması sahəsinində layihələrini maliyyələşdirməyə hazır olan bir çox siyasi liderlər arasında populyardır.
Belə ki, İngiltərənin Baş naziri Qordon Braun, Fransa Prezidenti Nikola Sarkozi Böyük səhradan günəş enejisi mənbəyi kimi istifadə olunması planını dəstəkləmişlər. Alimlər əmindirlər ki, Böyük səhraya düşən işığın təkcə 0,3 faizi Avropada enerji qıtlığı və bahalığı problemini həll etməyə imkan verər. Doğrudur, tədqiqatçılar etiraf edirlər ki, mövcud planlar hətta fəal həyata keçirilsə belə, günəşdən, küləkdən, sudan və vulkandan enerji alınmasına dair beynəlxalq şəbəkənin işə düşməsi üçün uzun illər və xeyli maliyyə vəsaiti tələb olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]