Atamla fəxr edirəm!
Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Mən atamla fəxr edirəm. O, Azərbaycanın müstəqilliyi, azadlığı yolunda şəhid olub. Bu gün azad, firavan yaşamağımızda 20 Yanvar şəhidlərinin, o cümlədən atam Zahid Abdullayevin rolu böyükdür.
Bu sözləri Xaçmazdan olan 20 Yanvar şəhidi Zahid Adbullayevin oğlu Tural Abdullayev AZƏRTAC-a müsahibəsində söyləyib. Şəhid oğlu deyib: “Atam şəhid olanda mən beş aylıq körpə olmuşam. Anam söhbət edir ki, atam zavodda fəhlə işləyib. Həmin gün o, da iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar sırasında olub. Gecə evə qayıtmayıb. Anam səhər onun şəhid olduğunu öyrənib. Dediyinə görə, atamı güllə ilə başından vurublar. Hazırda mənim 25 yaşım var. İndi anlayıram ki, həmin gecə atılan güllə atamı öldürə bilməyib. O, Azərbaycan xalqının qəlbində daim yaşayacaq.”
20 Yanvar şəhidi Zahid Adbullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən Zahid Abdullayev iş yoldaşı Zeynəb ilə ailə qurmuşdu. İki oğul, bir qız atası idi.
Şəhid Zahid Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]