“ATABANK” İSTİQRAZ BURAXMIŞDIR
“AtaHoldinq” şirkətlər qrupuna daxil olan “AtaBank” Bakı Fond Birjası (BFB) vasitəsilə istiqraz yerləşdirmişdir. Holdinqin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər birinin nominal dəyəri 1 milyon manat olan 5 min istiqrazın buraxılması barədə qərar iyunun 2-də qəbul edilmişdir. Emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2010432V nömrəsi ilə qeydiyyata alınmışdır. İstiqraz buraxılmasından məqsəd əlavə vəsaitlərin cəlb olunmasıdır. Dövriyyə müddəti buraxıldığı gündən başlayaraq bir il, illik faiz dərəcəsi 8 faizdir. Faizlər hər rübün axırıncı iş günü nağd və nağdsız hesablaşma ilə ödənilir. BFB-nin hərracında dörd sərmayəçi iştirak etmişdir. Təqdim olunan sifarişlərin ümumi dəyəri 5,2 milyard manatdır. İstiqrazın nominal üzrə satış həcmi 5 milyard manat səviyyəsində müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:11]
Maliyyə Nazirliyinin aparatına olan müraciət sayı açıqlanıb
- 13.11.2026 [16:10]
Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35 faiz artıb
- 13.11.2026 [15:21]
Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib
- 13.11.2026 [13:23]