Astarada torpaq sürüşməsi baş verib
Bakı, 7 oktyabr, AZƏRTAC
Astarada torpaq sürüşməsi olub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev quraraq vətəndaşa təhvil verib.