ASTARADA SOYĞUNÇULAR YAXALANMIŞLAR
Astara, 3 mart (AZƏRTAC). Astara Rayon Polis Şobəsinin əməkdaşları rayonda soyğunçuluqla məşğul olan şəxsləri zərərsizləşdirmişlər.
Şöbədən verilən məlumata görə, Şahağacı kənd sakini, 1974-cü il təvəllüdlü Fəqan Dadaşov həmkəndlisi, 1976-cı il təvəllüdlü Fikrət Cabbarovla qabaqcadan əlbir olaraq Lənkəranın Gərmətük kənd sakini, 1984-cü il təvəllüdlü İlkin Aslanova qarşı zor tətbiq edərək “Siemens” və “Nokia 6500s1” markalı mobil telefonlarını, idarə etdiyi “VAZ-2106” markalı avtomobili ələ keçirmişlər.
Zərərçəkənin veridiyi ifadəyə görə, soyğunçular Lənkəran rayonunun Gərmətük kəndi ərazisində onun idarə etdiyi avtomobili saxlatdırıb onları Astara rayonunun Şahağacı kəndinə aparmağı xahiş etmişlər. İlkin Aslanov 10 manat müqabilində onları Şahağacı kəndinə aparmağa razılaşmışdır.
Qeyd edək ki, soyğunçuluqda təqsirli bilinən Fikrət Cabbarov əvvəllər də özgənin əmlakını talamaya görə 3 il müddətində həbs cəzasına məhkum edilmişdi.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]