Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-nın qərarı nəyi dəyişəcək? ŞƏRH

AŞPA-nın qərarı nəyi dəyişəcək?  ŞƏRH

Bakı, 24 yanvar, AZƏRTAC

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklif olunub. Bu gün Monitorinq Komitəsi öz rəyini hazırlayıb plenar iclasa təqdim edəcək və rəyin müzakirəsindən sonra qərar qəbul olunacaq.

AŞPA Avropa Şurasına üzv olan 46 dövlətin milli parlamentləri tərəfindən göndərilmiş nümayəndə heyətlərindən ibarət olan Assambleyadır. Azərbaycan bu təşkilata 2001-ci ildə qoşulub və 6 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Assambleyada ən çox yer sahibinə malik olan ölkələr isə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Türkiyədir ki, onların hər biri 18 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Bütün bunlarla yanaşı, AŞPA üzv dövlətlərin icraedici orqanları üçün məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat deyib ki, Assambleyada müzakirə edilən məsələlər və dinlənilən hesabatlar əsasən Avropa Şurasının üç əsas qanunvericilik məqsədinə yönəlib: Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunması, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi. Bu məqsədlərə istiqamətlənmiş fəaliyyətində AŞPA 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilləşmiş ölkələrə dövlət quruculuğu proseslərində dəstək vermək, demokratiyaya keçidə, yeni müstəqil dövlətlərdə milli qanunvericilik bazasının formalaşdırılmasına və təkmilləşdirilməsinə kömək göstərmək, habelə üzv dövlətlərin ərazilərində baş verən münaqişələrin aradan qaldırılmasında münaqişə tərəfləri arasında konsensusun əldə olunmasına yardım etmək kimi vəzifələri də öz üzərinə götürüb.

2001-ci ildə Azərbaycanın AŞPA-ya qəbul olunması ölkəmizdə böyük ruh yüksəkliyi doğurmuşdu. Ölkəmizdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ , insan haqlarını və demokratiyanı təşviq etməsindən, xüsusilə beynəlxalq ədaləti dəstəklədiyini bildirməsindən irəli gəlirdi. Həmin illərdə torpaqlarının 20 faizi işğal edilmiş, etnik təmizlənməyə məruz qalmış, 1 milyona yaxın qaçqın və köçkünün olduğu Azərbaycan Avropa Şurasının və onun Parlament Assambleyasının bəyan etdiyi dəyərlərin həyatda real tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının müdafiəsinə və beynəlxalq ədalətin bərqərar olunmasına böyük ümidlər bəsləyirdi. Azərbaycanı təmsil edən deputatlar AŞPA-nın bütün toplantılarında böyük həvəslə iştirak edir və böyük əzmlə bölgədəki real vəziyyəti 46 Avropa ölkəsindən deputatların diqqətinə çatdırmağa, onlardan siyasi-mənəvi dəstək almağa çalışırdılar. Yeni dövlət quruculuğu və milli qanunvericiliyin təkmilləşdirilməsi proseslərində Azərbaycan hökumətinin bütün qurumları, eləcə də Milli Məclis AŞPA-da səsləndirilən çağırışların və tövsiyələrin nəzərə alınması, qanun yaradıcılığında və dövlət idarəçiliyində mütərəqqi üsulların tətbiq olunması istiqamətində ardıcıl addımlar atırdılar. Üzv olduğumuz digər beynəlxalq təşkilatlarla yanaşı, AŞPA-dan da gözləntilərimiz Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi.

Lakin üzv olduğumuz 20 il müddətində AŞPA-nın Azərbaycanın gözləntilərini doğrultmadığını diqqətə çatdıran deputat bildirib: “AŞPA-da fəaliyyətimiz bu qurumun Avropanın aparıcı dövlətləri tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə edildiyini üzə çıxardı. Aydın oldu ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmaya da bilir və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir. İyirmi il ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkar kimi tanımadı. Azərbaycan nümayəndə heyətinin tərəfindən Ermənistanın işğalçı siyasəti ilə bağlı irəli sürülən təkliflərin və qətnamə layihələrinin müzakirəyə çıxarılmasına süni maneələr yaradıldı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylərin və təşəbbüslərin qarşısını alındı. Bütün bunlarla yanaşı, Azərbaycan torpaqlarının işğalında səhra komandiri kimi bilavasitə iştirak etmiş, etnik təmizləməyə və minlərlə insanın qətlinə görə məsuliyyət daşımalı olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan AŞPA-nın plenar sessiyasında ayaq üstə, alqışlarla qarşılandı. Avropa qanunlarına görə qatı cinayətkar hesab olunmalı olan Robert Köçəryan plenar iclasda Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirdi. O, həmin iclasdakı çıxışında ermənilərlə azərbaycanlılar arasında milli uyğunsuzluğun mövcudluğu barədə irqçi, faşist mahiyyətli cəfəng ideyasını səsləndirməkdən belə çəkinmədi. Bütün bunlara baxmayaraq, AŞPA deputatları nəinki Avropanın, bütün sivil dünyanın bəyan və qəbul etdiyi qanunlara meydan oxuyan bir cinayətkarı ayaq üstə alqışlarla da yola saldı. Bütün bunlar onu göstərir ki, AŞPA heç də təqdim olunduğu kimi bütün Avropa cəmiyyətinin ümumi maraqlarını qoruyan, bütün qitə xalqlarına münasibətdə ədalətin təmin olunmasına çalışan bir siyasi qurum ola bilməyib. AŞPA tarixdə mövcud olmuş bütün imperialist ideyaların doğurduğu təzyiq və təhdid aləti olmaqdan uzağa gedə bilməyib”.

C.Feyziyev diqqətə çatdırıb ki, 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, son 30 il müddətində böyük güc mərkəzlərinin dəstəyi ilə Qarabağda yuva salmış separatçı qüvvələrin 2023-cü ildə təslim olması, nəhayət 35 ildən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə, bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin mümkün normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionun ən qüdrətli dövləti olan və öz müstəqil siyasətini aparmağa çalışan Azərbaycana qarşı yeni təzyiq mexanizmləri axtarışındadırlar. Bu dəfə AŞPA belə bir mexanizm kimi sınaqdan çıxarılır. Əlbəttə, bu qurumun Azərbaycanı müstəqil siyasət yürütməkdən məhrum etmək iqtidarında olmadığı da bəllidir. Bununla belə, ən azı ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Ermənistanı sülh prosesindən yayındırmaq və beləliklə, bölgəni xarici müdaxilələrə açıq vəziyyətdə saxlamaq cəhdlərinin ardı-arası kəsilmir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması təşəbbüsü də belə yeni cəhdlərdən biridir. AŞPA öz qərarını bu gün verəcək. Bu qərarın nədən ibarət olacağından asılı olmayaraq, Azərbaycan öz milli maraqları çərçivəsində öz müstəqil siyasətini aparmaqda davam edəcək. AŞPA-nın istənilən qərarı nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı üçün kədərli bir hadisə olacaq. Əksinə, Azərbaycan xalqı bir daha anlayacaq ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu Avropa dəyərlərinin arxasında hansı məkrli niyyətlər, hansı dövlətlərin neoimperialist siyasəti dayanır. Bu, bir daha “öz qınından çıxıb özünü bəyənməyən” Avropa heyranlarına yanıldıqlarını göstərəcək. Bu, bir daha cəmiyyətin ürəyində Vətən sevgisi və təəssübkeşliyi daşıyan sağlam düşüncəli üzvlərinin milli dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşməsinə təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB