Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARXİVLƏRİMİZ ZƏNGİNLƏŞİR

Son illərdə respublikamızın arxivləri bir sıra qiymətli materiallarla zənginləşmişdir. Onların arasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünə və mühacirət tariximizə dair sənədlər xüsusi yer tutur. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə məlumat vermişdir. O demişdir:

- Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricdə yaşayan və ömrünü mühacirətdə başa vuran görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərimizin irsinin toplanılaraq vətənə qaytarılmasında 1980-ci illərdə YUNESKO-da məsul vəzifədə çalışmış Ramiz Abutalıbovun böyük xidmətləri olmuşdur. O, 1989-cu ildə ilk dəfə olaraq, Paris sülh konfransının nümayəndələrindən olan Ceyhun Hacıbəyli və başqalarına aid sənədləri Bakıya gətirərək, Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təhvil vermişdir. Bunların arasında C.Hacıbəylinin ədəbiyyat və incəsənətə, mühacirət tarixinə, ictimai-siyasi mövzulara dair məqalələri, xatirələri, məktubları (128 ədəd), fotoşəkilləri, kitabları və digər sənədləri, ayrı-ayrı yazıçıların həyat və yaradıcılığından fransız və ingilis dilinə etdiyi tərcümələri, “Arşin mal alan” musiqili komediyasının 1925-ci il iyulun 4-də Parisdə “Femine” teatrında fransız dilində tamaşaya qoyulması barədə məlumatlar vardır.

Azərbaycan yenidən öz müstəqilliyini qazanandan sonra isə R.Abutalıbov mühacirət tariximiz barədə, Cümhuriyyət dövründə Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş Ə.Topçubaşov haqqında, heyətin digər üzvləri haqqında xaricdəki soydaşlarımızdan, arxivlərdən, kitabxanalardan topladığı sənədləri və ya onların sürətlərini, 1931-1934-cü illərdə Münhendə Azərbaycan dilində nəşr olunmuş “İstiqlal” qəzetinin komplektini və sair sənədləri gətirərək arxivlərə vermişdir.

O, son vaxtlar yenə də Milli Arxiv İdarəsinə çox qiymətli sənədlər təqdim etmişdir. Bu sənədlər arasında daha çox diqqəti cəlb edən Əlimərdan bəy Topçubaşova, Ceyhun bəy Hacıbəyliyə və onun oğlu Timuçin Hacıbəyliyə aid şəxsi arxivlərdir. Əlimərdan bəy Topçubaşovun nəvəsi Zərifə xanım Kürdəmir tərəfindən təqdim olunmuş sənədlər arasında babasının əlyazmaları, Həsən bəy Zərdabi haqqında 42 səhifəlik xatirələri, qeydləri, məktublar və sair vardır. 1903-1935-ci illəri əhatə edən həmin sənədlər arasında Rusiya Dövlət dumasının üzvü olmuş Ə.Topçubaşova Sankt-Peterburqdan, Samaradan, Xarkovdan, Ufadan, Tiflisdən, Baxçasaraydan və başqa şəhərlərdən, habelə tanınmış şəxslərdən gələn məktublar (250 ədəd), Zərifə xanım Kürdəmirin bir sıra nadir tarixi sənədlərin əslinin qəbul edilməsi barədə ümummilli liderimiz Heydər Əliyevə müraciəti və bunların qəbul olunmasına görə minnətdarlıq məktubları da var.

İkinci qrup materiallar Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəyli tərəfindən təqdim olunmuş yeni sənədlərdir. Onların arasında Ə.Topçubaşovun, Ə.Hüseynzadənin, M.Rəsulzadənin, Y.Çəmənzəminlinin və başqalarının C.Hacıbəyliyə yazdıqları və 1920-1932-ci illəri əhatə edən 135 məktub, C.Hacıbəylinin Azərbaycan etnoqrafiyası, türkologiya və türk xalqlarının soykökü problemləri, qadınların ictimai-siyasi həyatda iştirakı barədə tədqiqat və araşdırmaları da vardır.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə dövlət hesabına təhsil almaq üçün xaricə göndərilən tələbələrin taleyi ilə bağlı C.Hacıbəyli ilə tələbələrin yazışmaları (32 məktub) nadir sənədlərdən sayıla bilər. Tələbələrdən Teymur Aslanovun, Əjdər Axundovun, İsmayıl Əliyevin, Əbdülhüseyn Dadaşovun, gənc şair Əli Yusifin, ilk azərbaycanlı heykəltəraş Zeynal Əliyevin və başqalarının C.Hacıbəyliyə göndərdikləri məktublardan aydın olur ki, tələbələrin təqaüdləri ilk altı ay müddətində müntəzəm göndərilmiş, lakin Azərbaycan sovetləşdikdən sonra onların vəziyyəti çətinləşmiş, Nəriman Nərimanovun Moskvaya getməsindən sonra isə daha da ağırlaşmışdır.

Sənədlər arasında Timuçin Hacıbəylinin özünün xalq şairi Nəbi Xəzri ilə, maestro Niyazinin həyat yoldaşı Həcər xanımla, xalq yazıçısı Elçinlə, respublikamızın bir sıra idarə və təşkilatları ilə yazışmaları (120 məktub) da maraq doğurur.

Yeni sənədlər arasında M.Rəsulzadənin, Ə.Ağayevin, S.Turanın və başqalarının cümhuriyyət və mühacirət tariximizə aid məqalələri, məktubları, Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin məlumat bülletenləri (1919-1920), fransız dilində çap etdirdiyi və Parisdə yaydıqları “Azərbaycan Qafqaz respublikasının iqtisadi və maliyyə vəziyyəti” (1919), “Qafqaz-Azərbaycan əhalisinin antropoloji və etnik tərkibi” (1919), Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması barədə sənədin çap variantını və digər materialları qeyd etmək olar.

A.Paşayev vurğulamışdır ki, şübhəsiz, elmin müxtəlif sahələrinə dair araşdırmalar aparan tədqiqatçılarımız bütün bu sənəd və materiallardan geniş istifadə edə biləcəklər. Ümidvarıq ki, xaricdə fəaliyyət göstərən diplomatlarımız da dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan, habelə həmin ölkələrin arxiv, muzey və kitabxanalarından xalqımızın tarixinə dair sənədləri və ya onların surətlərini toplayaraq respublikamıza gətirəcəklər. Çünki bunlar xalqımızın sərvətidir və tariximizi daha ətraflı öyrənməyə imkan verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib