ARDNŞ YENİ AĞACƏKMƏ MÖVSÜMÜNƏ BAŞLAYIR
Bakı, 12 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 14-də şirkətin bütün idarə və müəssisələrində iməcilik keçiriləcəkdir.
Həmin gün ARDNŞ-nin baş ofisinin, “Azneft” İstehsalat Birliyinin, Sərmayələr İdarəsinin, Qazma İşləri Trestinin və Ekologiya İdarəsinin əməkçiləri Bibiheybətdəki neftdən təmizlənmiş ərazilərdə 10 mindən çox ağac əkməyi planlaşdırır. Bu yaşıllaşdırma tədbirində mədən ərazisində şam, sərv, Eldar şamı, zeytun, evkalipt və Abşeron iqliminə uyğunlaşa bilən başqa növ ağacların əkilməsi nəzərdə tutulur. İndiyədək Bibiheybət mədən ərazisində artıq 44 mindən çox ağac və gül kolu əkilmişdir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun və Qaz Emalı Zavodunun kollektivləri ötən il olduğu kimi bu il də müəssisələrin yerləşdiyi Qaradağ rayonu ərazisindən keçən Salyan şossesi boyu yaşıllaşdırma və abadlaşdırma işləri aparmağı nəzərdə tuturlar.
Xəzər Dəniz Neft Donanmasının kollektivi bu idarənin balansında olan Gəmi Təmiri Zavodunun ərazisində yaşıllaşdırma işləri aparacaqdır. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “Azərneftyağ” NEZ-in, şirkətin digər idarə və müəssisələrinin kollektivləri isə öz ərazilərində ekoloji tədbirlər həyata keçirəcək, abadlaşdırma işləri ilə məşğul olacaq, səliqə-sahman yaradacaq, ağac və gül kolları əkəcəklər. ARDNŞ-nin idarə və müəssisələrində keçiriləcək iməcilik paytaxtın bütün rayonlarını əhatə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]