Anonimləşdirilmiş məhkəmə qərarları ilə necə tanış olmaq olar?
Bakı, 28 aprel, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında (https://courts.gov.az/) müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları yerləşdirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəmənin adı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub. Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyəti və nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsi mümkündür.
Qərarlarla linkinə keçid edərək tanış olmaq olar.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:06]
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
- 13.11.2026 [16:45]
“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib
- 13.11.2026 [16:17]
Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir
- 13.11.2026 [16:16]
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO
- 13.11.2026 [16:00]
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib
- 13.11.2026 [15:57]