ALTINCI QUYU QAZILIR
AZƏRTAC xəbər verir ki, “Bayıl limanı” Dəniz Kəşfiyyatı Qazması İdarəsinin kollektivi ilin ötən dövründə 5 quyu qazıb istismara vermiş, 14 min metrdən artıq qazma işi aparmışdır.
Hazırda 15-ci dəniz özülündə qazılan 6-cı quyu da ilin sonunadək “28 May” Neft və Qaz Çıxarma İdarəsinin istifadəsinə veriləcəkdir. Quyuların hamısı yüksək hasilatla işləyir.