ALMANİYADAN HUMANİTAR YARDIM
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almaniyanın ölkəmizdə fəaliyyət göstərən ARD humanitar təşkilatı Mingəçevirdə yeni salınmış qəsəbədə müvəqqəti məskunlaşmış 412 məcburi köçkün ailəsinə geyim dəstləri, ev əşyaları paylamış, bundan sonra da onlara maddi, mənəvi köməyini əsirgəməyəcəyini bildirmişdir.