Almaniyada karantin müddəti uzadılır
Berlin, 9 yanvar, AZƏRTAC
Almaniyanın bir sıra federal əyalətləri sərt karantin rejiminin uzadılması barədə qəti qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Almaniya Federasiyasının mərkəzi və tərkib hissələri arasında illik müşavirənin yekunlarına əsasən, karantin müddətinin uzadılıb-uzadılmaması, karantinin sərtləşdirilməsi, yoxsa əksinə, yüngülləşdirilməsi barədə qərarın verilməsi əyalətlərin ixtiyarına buraxılıb. Məsələn, Saksoniyada yerli əyalət hökuməti karantin müddətinin fevralın 7-dək uzadılması barədə dünən qərar qəbul edib. Ölkənin almanlar tərəfindən “Azad dövlət” adlandırılan bu hissəsində sakinlər arasında kontakt zamanı əlavə məhdudiyyətlər tətbiq edilə bilər. Bu qaydalar epidemioloji vəziyyətin pisləşməsi barədə həyəcanlı məlumatlar araya çıxandan sonra koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [23:33]
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
- 06.11.2026 [23:06]
Tramp Ağ Evin aparat rəhbərini dəyişir
- 06.11.2026 [22:32]
Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]