Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə VİDEO

Sofiya, 5 mart, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Bolqarıstan Prezidenti Rosen PLEVNELİYEV çıxış edərək dedi:

- Zati-aliləri.

Milli Assambleyanın sədrinin müavini.

Kabinetin üzvləri.

Zati-aliləri.

Xanımlar və cənablar.

Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir. Səfəriniz Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras qoyublar.

Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin sentyabrında Bakıya etdiyi səfər zamanı “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirakını xatırladı. Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını, regionda aparıcı ölkəyə, neft və qaz sahəsində beynəlxalq ticarətdə mühüm amilə çevrildiyini diqqətə çatdıran Bolqarıstan dövlətinin başçısı dedi:

- Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində Avropa İttifaqının əsas tərəfdaşına çevrilmişdir. “Cənub” qaz dəhlizinin uğurla həyata keçirilməsi Bolqarıstanın yeganə boru xəttindən və təchizatçıdan uzunmüddətli asılılığına son qoyacaqdır. Keçən ilin sentyabr ayında Bakıda rəsmi mərasimdə yüksək səviyyədə təmsil olunmağımız da Bolqarıstan Respublikasının Avropa üçün strateji əhəmiyyət daşıyan bu infrastruktur layihəsinə verdiyi önəmin ifadəsidir. Bolqarıstan və Azərbaycan arasında enerji əməkdaşlığının təməlində hər il 1 milyard kubmetr qazın təchizi üzrə artıq imzalanmış müqavilə, habelə əlavə həcmlərin müzakirə olunması imkanı durur. Lakin biz daha yaxşı nəticələr də əldə edə bilərik. Biz Bolqarıstanda və Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz anbarları və qaz tranziti infrastrukturunun inşası sahəsində Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlıyıq.

X X X

Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Bolqarıstan xalqını milli bayramı - 3 mart Azadlıq Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri - İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir.

Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz regional əməkdaşlığa töhfə verən digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu istifadəyə veriləcəkdir.

Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur.

Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də cari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.

Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ali qonağın şərəfinə VİDEO

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan EPC-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin rəhbəri: 2028-ci il mühəndislik, tikinti və servis xidmətlərinə tələbatın pik həddə çatacağı dövrlərdən biri ola bilər

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub VİDEO

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub VİDEO