Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək
Kiyev, 26 yanvar, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyini Avropa İttifaqı ilə oyuna girməkdən çəkindirib
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Lukaşenko bununla bağlı Minskdə jurnalistlərə açıqlama verib.
"Onlar Aİ ilə oyun oynamağa başladılar. Çox təhlükəli oyundur. Onu (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) sakitləşdirin. O, Ermənistanı məhv edəcək. Rusiyanı da özünə qarşı qoyur. Mühasirəyə alınıb, ərazisi kiçikdir. Əhali cəhətdən böyük ölkə deyil və düşmənlərlə əhatə olunub”, -deyə Belarusun dövlət başçısı qeyd edib.
Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı “küskünlüyündən” də danışıb.
“Azərbaycanı dəstəklədiyimə görə məndən incidilər. Tanrı da bilir ki, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibənin olmamasının tərəfdarı olmuşam, bir-birimizlə vuruşmamaq üçün”, -deyə Lukaşenko əlavə edib.
Belarus Prezidenti xatırladıb ki, o, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək münaqişənin sülh yolu ilə həllinə yardım etməyə çalışıb.
“Paşinyan özü Dağlıq Qarabağdan (Azərbaycanın Qarabağ bölgəsi - red.) imtina edib”, -deyə Lukaşenko vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [19:07]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]