AKTAU LİMANI GENİŞLƏNDİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın baş naziri Danial Əhmədov Xəzər dənizindəki Aktau limanının genişləndirilməsi ilə bağlı müşavirə keçirmişdir. Baş nazir bildirmişdir ki, tikinti işləri 2005-ci ilin əvvəlində başlanacaqdır.
Limanda ildə 10 milyon ton neft boşaldılıb yüklənəcək, konteynerlərin sayı 20 minə qədər artacaq, iri yüklərin həcmi isə ildə milyon yarıma çatacaqdır.
Hidroqurğu kompleksi olan limanda 4 neftdoldurma məntəqəsi, 2 konteyner və 2 universal quru yük körpüsü tikiləcək. Layihənin təxmini dəyəri 157 milyon dollardır.
`