Ahıllar yad olunmuşdur
Şahbuz, 24 dekabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin pedaqoji fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi Şahbuz şəhərindəki ahıllar evində olmuşlar.
AZƏRTAC xəbər verir ki, fakültənin dekanı İbrahim Rüstəmov ahıllarla səmimi söhbət zamanı ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada yaşlı insanlara göstərilən dövlət qayğısından söz açmışdır. Dekan yaşlı nəslin nümayəndələrinə hörmət və qayğı ilə yanaşmağın cəmiyyətin hər bir üzvünün borcu olduğunu bildirmişdir.
Universitetin nümayəndələri ahılları qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişlər. Ahıllara bayram hədiyyələri təqdim olunmuşdur.
Tədbir tələbələrin hazırladığı konsert proqramı ilə davam etmiş, mahnılar oxunmuş, şeirlər söylənmişdir.
Sonda ahıllar evinin direktoru Dilavər Allahverdiyev ahılları ziyarət etdiklərinə görə universitetin pedaqoji fakültəsinin kollektivinə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]