Ağsuda 3 otaqlı ev yanıb
Ağsu, 9 mart, AZƏRTAC
Ağsu şəhərinin S.Vurğun küçəsindəki Natiq Qırxlarova məxsus evdə yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın martın 9-da saat 14:30 radələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 13 nəfərlik şəxsi heyəti və 2 yanğınsöndürən maşın cəlb olunub. Onların səyi nəticəsində saat 15:40 radələrinədək yanğın söndürülüb. Nəticədə 130 kvadratmetr ərazisi olan 3 otaqlı ev içərisindəki əşyaları, habelə tavanla birlikdə yanıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.