AĞSTAFADA YENİ MEŞƏLƏR SALINIR
Ağstafa meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, müxtəlif ağac növlərinin 1.430 kiloqramdan artıq toxumunu tədarük etmiş meşəçilər 800 min ədəd əkin materialı yetişdirmişlər. Cari ildə salınması nəzərdə tutulmuş 80 hektar yeni meşənin 20 hektarı artıq hazırdır. Qalan 60 hektar üçün yer hazırlanmış və əkinə başlanılmışdır.
Müəssisə tərəfindən qanunsuz ağac kəsiminə qarşı mübarizə tədbirləri də gücləndirilmişdir. Cari ilin 10 ayı ərzində 22 kubmetr qanunsuz ağac kəsilməsinə dair 242 manat cərimə kəsilmiş və vəsait yerli büdcəyə ödənilmişdir.
Qış mövsümü ilə bağlı müvafiq qaydalara uyğun odun satışı təşkil edilmiş, hərbi hissələrə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarına 247 kubmetr odun satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]