Ağstafada yanğın baş verib, xəsarət alan var
Ağstafa, 4 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada fərdi yaşayış evində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub. Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib. Yanğının başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [19:07]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [18:16]
Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq
- 13.11.2026 [18:04]
Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb
- 13.11.2026 [17:38]
Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO
- 13.11.2026 [17:29]