Ağdaşda 31 yaşlı oğlan bıçaqlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Ağdaş rayon sakini, 1992-ci il təvəllüdlü Məhəmmədəli Yusifovun kəsilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Məhəmmədəli Yusifova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Nəzər Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:49]
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
- 16.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.11.2026 [11:55]