AĞCABƏDİDƏ RƏSM QALEREYASI YARADILACAQ
Rayon mədəniyyət şöbəsinin müdiri Rza Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, əhalinin mədəni-kütləvi tədbirlərə, musiqi və incəsənətə, o cümlədən təsviri sənət əsərlərinə marağı böyükdür. Təsadüfi deyildir ki, valideynlər övladlarını rayondakı 8 musiqi və 1 uşaq incəsənət məktəbinə həvəslə qoyurlar. Hazırda rayon mərkəzində rəsm qalereyasının açılması üçün iş gedir. Mədəniyyət Nazirliyinin qayğısı və tövsiyəsi ilə yaradılacaq qalereyada eksponatlar müntəzəm olaraq dəyişdiriləcəkdir. Burada əsas məqsəd əhalini Azərbaycan rəssamlıq məktəbi nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış etməkdir. Ötən dərs ilindən uşaq incəsənət məktəbində rəsm sinfi fəaliyyətə başlamışdır. Bu sinfə axın ğələcəkdə “öz” rəssamlarımızın yetişəcəyinə ümid oyadır.
Rəsm qalereyasının 2005-ci ilin əvvəllərində fəaliyyətə başlayacağı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [18:48]
Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala
- 16.11.2026 [18:38]
Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır
- 16.11.2026 [18:07]
ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub
- 16.11.2026 [17:24]
“Balaca səyyah” tamaşaçılarla görüşüb
- 16.11.2026 [16:15]
Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları
- 16.11.2026 [15:17]