Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalıdakı “Ağıllı kənd”in bugünkü mənzərəsi FOTO VİDEO

Zəngilan, 18 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış yurd yerlərimiz ən müasir texnologiyalara əsaslanan layihələr üzrə bərpa olunur. Belə yaşayış məntəqələrimizdən biri də Zəngilanın Ağalı kəndidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevin iştirakı ilə aprelin 26-da təməli qoyulan ilk “Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir. 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” layihəsi tam başa çatdıqdan sonra əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı olacaq. Kənd sakinlərinə daha çox gəlir əldə etmək və məşğulluq imkanı üçün lazımi şərait yaradılacaq. Layihə 5 komponent üzrə icra edilir: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri.

Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 evin tikintisi, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

“Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunur. Evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur, turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

“Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır.

Kənddə tikiləcək “Arximed” qurğusu karbon dioksid emissiyası sertifikatına malik olacaq və “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək. Artıq qalan enerjini xaricə satmaq da olacaq. Türkiyə şirkətinin tikintisində iştirak etdiyi sistemdən çıxan isti su kənddəki evlərə və otelə ötürüləcək. Qurğu suyu oksigenləşdirəcək ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verəcək.

Ağalı kəndində “Huawei” şirkətinin rəqəmsal texnologiyasından da istifadə olunacaq. “Huawei-Azərbaycan” şirkəti kəndi ən son texnologiyalarla təchiz edəcək. Burada Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyası istifadə olunacaq. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısaldacaq. Beləliklə, şəbəkənin qurulması sürətlənəcək, xərclərə qənaət ediləcək. Quraşdırılacaq qurğu 100 meqabitə qədər kabelsiz internet paylayacaq. Eyni zamanda, kənd sürətli internetlə də təmin olunacaq.

Kənddə yaradılacaq “Ağıllı kənd təsərrüfatı” isə özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulan tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verəcək.

Burada İtaliyanın məşhur “Motsarella di buffalo” pendiri də istehsal olunacaq. İtaliya şirkətinin inşa edəcəyi ferma tam avadanlıqla təchiz ediləcək. Kənddə yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi planlaşdırılır. Ferma qurulandan sonra əməkdaşlara pendir hazırlanması ilə bağlı təlimlər keçiləcək.

Kənddə 300-400 başlıq camış ferması da tikiləcək. Heyvanların sayı sonralar 1000 başa çatdırılacaq. İsrail şirkətinin inşa edəcəyi ferma “ağıllı” texnologiya ilə işləyəcək. Belə ki, fermada məlumatların təhlili üzrə proqram təminatı yaradılacaq. Mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması xüsusi nəzarət altında olacaq. Heyvanlar xüsusi sensorlarla təchiz ediləcək. Ferma ərazisində peyin emalı da həyata keçiriləcək. Peyindən gübrə və bioqaz alınacaq, tullantı suları təmizlənərək yenidən istifadəyə yararlı hala gətiriləcək və günəş enerjisindən istifadə olunacaq.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazinin 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.

Kənddə “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Beləliklə, əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı kənd” layihəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.

Ağalıdakı “Ağıllı kənd”in bugünkü mənzərəsi FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında dörd hədəfə zərbə endirdiklərini iddia ediblər

Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşüb

Göyçayda yol qəzası ölümlə nəticələnib

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var

Hörmüz boğazının şərqində tanker minaya düşərək alovlanıb

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib

Fransa Ruanda da daxil olmaqla, miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasında iştirak etməyəcək

Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım

Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib

Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib

Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub

Yanvar-sentyabr ayları ərzində elektron satınalmanın məbləği 3 milyard manatı ötüb

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

“Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı nəşr edilib

Səudiyyə Ərəbistanı Azərbaycanla əlyazmalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Hacettepe Universitetinin Simfonik Orkestri “Nizami” simfoniyasını ifa edib