AFFA UEFA-nın iclasında təmsil olunub
Bakı, 24 aprel, AZƏRTAC
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində keçirilən Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.
Səfər çərçivəsində E.Məmmədov, həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [16:26]
Xankəndi stadionunda keçirilən oyunda topa ilk toxunuşu şəhid övladı edib
- 19.11.2026 [15:28]
Azərbaycan basketbol millisi Serbiya klubları ilə yoxlama oyunları keçirəcək
- 19.11.2026 [14:18]