AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
Bakı, 28 aprel, AZƏRTAC
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin Sosial Layihələr üzrə meneceri Zəhra Vəlizadə Avropanın idman sahəsindəki ən nüfuzlu gənclər platformalarından biri olan “European Sports NGO (ENGSO) Youth” təşkilatının 2026-2027-ci illərdə Azərbaycan üzrə “Gənc nümayəndə”si seçilib.
AZƏRTAC xəbər verir ki, o, növbəti iki il ərzində proqramın “Dayanıqlı İnkişaf” (Sustainable Development) işçi qrupunda fəaliyyət göstərəcək. Zəhra Vəlizadə bu müddət ərzində Azərbaycanı beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında keçirilən tədbirlərdə təmsil edəcək.
“Gənc Nümayəndələr” (ENGSO Youth) proqramı idman sektorunda uşaq və gənclərin hüquqlarını müdafiə edən, idmanı sosial dəyişiklik vasitəsi kimi təşviq edən aktiv və bilikli gəncləri bir araya gətirir.
Əməkdaşımız bu proqram çərçivəsində beynəlxalq işçi qruplarında fəaliyyət planlarının hazırlanmasında iştirak edəcək, idman və gənclər siyasəti üzrə Avropa standartlarının tətbiqi ilə bağlı təcrübə toplayacaq, sahə üzrə beynəlxalq mentorluq və şəbəkələşmə imkanlarından yararlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [01:43]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib
- 14.11.2026 [01:34]
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
- 13.11.2026 [18:15]
Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib
- 13.11.2026 [17:44]
Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 13.11.2026 [17:07]
Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir
- 13.11.2026 [16:53]
Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]