ADAU-da silsilə idman yarışları start götürüb
Gəncə, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlar çərçivəsində oğlanlar arasında ali təhsil müəssisəsi fakültələrinin futbol üzrə birinciliyi keçirilib.
Dairəvi sistem üzrə keçirilən birincilikdə 8 komanda iştirak edib. Final qarşılaşmasında Torpaqşünaslıq və aqrokimya fakültəsinin komandası Aqrotexnologiya fakültəsinin komandasını məğlub edərək, qalib olub.