Azərbaycan Dövlət İnformasiya Agentliyi

Acı tüstünün fəsadları

Acı tüstünün fəsadları

Bakı, 19 noyabr, AZƏRTAC

Mağaza vitrinlərində sıra ilə düzülmüş bər-bəzəkli qutular və üzərində yazılmış "Siqaret çəkmək sağlamlığa ziyandır" xəbərdarlığı... Görəsən, bu xəbərdarlığın acı tüstünü ciyərlərinə çəkməkdən çəkindirdiyi və ya ondan imtina etməyə sövq etdirdiyi nə qədər siqaret istifadəçisi olub?

“Qəm tütəyi”nin girdabına yuvarlanmaq haradan başlayır: ailədən, məktəbdən, oturub-durduğun dairədən, yoxsa adi maraqdanmı? Birmənalı cavab vermək çətindir, amma yəqin ki, bunların hamısından və ən başlıcası “ver birini yandırım” deyib ilk dəfə zəhərli tüstünü ciyərlərinə çəkmək həvəsindən...

Sovet vaxtı bu sözlərlə başlayan bir ara mahnısı var idi: “Daha səni çəkməyəcəm, ziyankarsan, ay papiros...” Yaşlı insanlar sovet vaxtında zərərli vərdişlərə, o cümlədən siqaretə qarşı müxtəlif üsullarla kampaniyaların aparıldığını yaxşı xatırlayırlar. Hətta o vaxt bəzi ictimai yerlərdə vurulan plakatlardan birinin üzərində at və bir qutu siqaretin tərkibində olan nikotinin iynəyə çəkilmiş təsviri var idi. İzahı belə idi: bir qutu siqaretin tərkibindəki nikotinin ata inyeksiya edilməsi onun həyatını bitirir, tütün istifadəçisi isə hər gün bir və ya bir neçə qutudakı tütünün tərkibində olan acı zəhəri könüllü olaraq ciyərlərinə çəkir...

İndi tütündən istifadənin məhdudlaşdırılması sahəsində xeyli uğurlu addımlar atılıb. Milli Məclisin qəbul etdiyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanundan sonra ictimai yerlərdə siqaret çəkənlərin sayı xeyli dərəcədə azalıb. İndi əhalinin sıx toplaşdığı yerlərdə demək olar ki, “qəm tütəyi”ni damağına qoyanlarla az üzləşirik. Ədalət naminə desək, ümumən bu sahədə vəziyyət kifayət qədər yaxşılaşıb.

Amma güllük-gülüstanlıq da deyil. Hələ də siqaretin tərkibindəki tütünün tüstüsünü təmiz havaya püfləyənlər, damağındakı siqareti siqaretə calayanlar var. Ən çox narahatlıq doğuran isə məktəbyaşlı uşaqlar və qadınlar arasında tütündən istifadə hallarının yaşanmasıdır. Zərif cinsin nümayəndələri arasında bu vərdişə maraq xüsusilə narahatlıq doğurur. Bunun zərəri o qədər böyükdür ki, xanımlar arasında acı tütün tüstüsünü ciyərlərinə sümürənlərə qarşı az qala cihad etmək lazımdır.

Acı tüstünün zərərli təsirini görmək üçün uzağa getmək lazım deyil: siqaret istifadəçilərinin saralan bığı, saçı, dırnağı, dəmirçi körüyü kimi xır-xır xırıldayan sinəsi onun sağlamlığa olan zərərli təsiri haqqında çox şey deyir. Buna baxmayaraq, acı tütün tüstüsünü ciyərlərinə sümürənlər xoşagəlməz bəlanın girdabından qurtula bilmirlər.

Tütünçəkmə - tütün tüstüsü ilə çirklərmiş hava ilə nəfəs almaqdır. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi əksər hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir. Alimlərin araşdırmaları sübut edib ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. Mütəxəssislər siqaretdə 4 min 560 zəhərli, 60-dan çox xərçəngə səbəb olan maddə aşkar ediblər. Tütünçəkmə ağ ciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və aterosklerozun inkişafına səbəb ola bilər. Eyni zamanda, siqaret iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğuna və digər ciddi problemlərə səbəb olur. Onu da əlavə edək ki, siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəaliyyəti azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır.

Məşhur Çin filosofu Konfutsi deyirdi ki, pul itirmisənsə, heç nə itirməmisən, vaxt itirmisənsə, çox şey itirmisən, sağlamlığını itirmisənsə, deməli, hər şeyi itirmisən. Hər şeyi itirməmək üçün sonuncu siqaretə son qullabı vurandan sonra onu söndürmək, qutusunu isə əzib, zibil qabına atmaq və bütün iradəni toplayaraq ona "əlvida" demək lazımdır. Nə qədər ki, gec deyil...

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

Azərbaycan “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

BMT-nin Baş katibi: İqlim ədaləti qarşıdakı onilliyin əsas vəzifəsidir

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

Tayland sahillərində neft tankerinin batması nəticəsində 6 ekipaj üzvü itkin düşüb

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

Əvəz Quliyev: Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Hər baxışda bir ümid - COP31-dən rəngli FOTOLAR

Bu il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır

“SpaceX” “Starlink” peyk internet terminalının yeni versiyasını təqdim edib

Qazaxıstan beynəlxalq yükdaşımalarında elektron qaimələrə dair protokolu ratifikasiya edib

Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Əbu-Dabidə üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir

Sahil Babayev: Gələn ildən rayonlarımızın dotasiyadan asılılığı olmayacaq

Analitik: Avropalı tərəfdaşların texniki biliklərini Azərbaycanla bölüşməsi enerji infrastrukturunun təkmilləşdirilməsinə şərait yarada bilər

Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Polşada yaşayan azərbaycanlıların Koordinasiya Şurasına seçkilər keçirilib

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

İdman direktoru: “Sabah”ın “Trabzonspor” üzərində qələbəsi xüsusi əhəmiyyət daşıyır

Komitə sədri: Vətəndaşlarımızın həssas təbəqəsinin rifah halının yaxşılaşdırılması üçün də kifayət qədər büdcə nəzərdə tutulub

Azərbaycan çayına COP31-də də çox böyük maraq var VİDEO

Azərbaycan çayına COP31-də də çox böyük maraq var VİDEO

Abşeron rayonunda valideynlərlə görüş: narkomaniya ilə mübarizədə ailənin rolundan bəhs olunub

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Arzu Nağıyev: Kibertəhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizlik məsələsidir

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi yazı və rəsm müsabiqələrini elan edib

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb