ABŞ və BƏƏ arasında strateji görüş baş tutub
Qahirə, 24 iyun, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ABŞ ilə İran arasında əldə edilmiş razılaşma və Hörmüz boğazının açılması ilə bağlı addımları müzakirə ediblər.
AZƏRTAC BƏƏ xəbər agentliyinə istinadla bildirir ki, tərəflər, eyni zamanda, strateji əməkdaşlıq əlaqələrinin daha da inkişafı, regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio BƏƏ-dən sonra Küveyt və Bəhreynə gedəcək. Bu, ötən həftə ABŞ və İsrail tərəfindən İrana qarşı dörd ay əvvəl başlanan müharibənin dayandırılması barədə əldə olunmuş razılaşmadan sonra Rubionun həyata keçirdiyi ilk yüksəksəviyyəli diplomatik missiya hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:57]
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:31]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]