ABŞ-nin neft ehtiyatları artır
Bakı, 24 sentyabr, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3 milyon barel artaraq 426 milyon 400 min barel olub. Bazar proqnozları ehtiyatların 700 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 400 min barel geriləyərək 284 milyon 600 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon 700 min barel azalaraq 206 milyon barel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]