ABŞ İrana qarşı 5 saatlıq son hücum dalğasını başa çatdırıb
Vaşinqton, 14 iyul, AZƏRTAC
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı 5 saatlıq son hücum dalğasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanlıq bəyanat yayıb.
Bildirilir ki, missiya zamanı ABŞ qüvvələri İranın kommersiya gəmiçiliyinə hücum qabiliyyətini daha da zəiflətmək üçün Buşehr, Çah Bahar, Cask, Konarak, Əbu Musa və Bəndər-Abbas da daxil olmaqla İrandakı hərbi hədəflərə zərbələr endirib.
“Komandanlıq qüvvələri İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz təyyarə obyektlərinə və dəniz imkanlarına qarşı dəqiq sursatlardan istifadə edib. Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Amerika qüvvələri sayıq, öldürücü zərbəyə qadir və hazırlıqlı vəziyyətdədir”,- deyə bəyanatda vurğulanır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]