ABŞ-ın neft ehtiyatları azalır
Bakı, 11 fevral, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 6,6 milyon barrel (1,4 faiz) azalaraq 469 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,34 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 200 min barrel azalaraq 637,9 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 4,3 milyon barrel (1,7 faiz) artaraq 256,4 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4,5 milyon barrel artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]