ABŞ DÖVLƏT KATİBİNİN ETİRAFI
O vurğulamışdır ki, ABŞ kəşfiyyat idarəsinin əməkdaşları İraqda kütləvi qırğın silahının (KQS) mövcudluğu barədə informasiya aldıqları mənbələrin şübhəli olduğunu bildirirlər, amma yüksək rəhbərliyə bu barədə vaxtında məlumat verilməmişdir.
K.Pauell hələ yanvarda İraqda belə silahların aşkarlanması məsələsinin “açıq qaldığını” söyləsə də, sonralar, apreldə etiraf etmişdir ki, İraqın bu silahı barədə ötən il BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi informasiya düz deyildi. Artıq mayın 17-də dövlət katibi açıqlamışdır ki, Səddam Hüseyndə bioloji silah istehsalı üçün səyyar laboratoriyalar olduğu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatı səhih deyildi.
Xatırladaq ki, İraqda kütləvi qırğın silahının mövcudluğu barədə MKİ-nin bu məlumatı ABŞ-ın və onun müttəfiqlərinin Səddam Hüseyn rejiminə qarşı hərbi əməliyyata başlaması üçün əsas olmuşdur. Bağdad alındıqdan bir neçə ay sonra amerikalılar çox axtarsalar da, ölkədə bu cür silahın heç izini-tozunu da tapa bilməmişlər.
Bundan başqa, Kolin Pauell En-Bi-Si telekanalının efirində çıxışında etiraf etmişdir ki, Səddam Hüseynin 11 sentyabr terror aktlarında bilavasitə əli yoxdur. O demişdir ki, bu terror aktlarının hazırlanmasında İraqın iştirakına dair heç vaxt birəmənalı dəlil-sübut almayıbdır.