ABŞ-DA DONALD RAMSFELDİN MƏHKƏMƏSİ BAŞLANMIŞDIR
ABŞ hərbi həbsxanalarının keçmiş məhbuslarının Vaşinqton məhkəməsinə verdiyi iddia ərizəsində Ramsfeld və İraqdakı ABŞ qüvvələrinin bir neçə yüksəkrütbəli komandanı öz vəzifələrini və əmrləri yerinə yetirməməkdə, habelə şübhəli şəxslərə qarşı psixoloji və fiziki təzyiq metodları tətbiq etməkdə təqsirləndirilirlər.
“Əli Ramsfeldə qarşı” adı almış məhkəmə işini hakim Tomas Hoqan araşdıracaqdır. Cavabdehlərin vəkilləri bildirmişlər ki, müdafiə naziri hər cür cinayət təqibinə qarşı immunitetə malikdir. Bu immunitet yalnız Konstitusiya müddəalarını ciddi pozduqda ləğv edilə bilər.
Xatırladaq ki, konqresə seçkilərdə demokratların qələbəsindən dərhal sonra Ramsfeld müdafiə naziri vəzifəsindən istefa vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [11:58]
Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir
- 16.11.2026 [11:49]