“Abituriyent” jurnalının xüsusi buraxılışını DİM-in saytından əldə etmək olar
Bakı, 20 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (http://eservices.dim.gov.az/ejurnal/).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:52]
Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir
- 12.11.2026 [16:56]
AzTU-ya yeni qəbul olunan əcnəbi tələbələrlə görüş olub
- 12.11.2026 [16:39]
Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixi üçün yeni elmi mənbə
- 12.11.2026 [16:02]