Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABƏŞ-İN PREZİDENTİ DEVİD VUDVORDUN ÇIXIŞI

-Zati aliləri cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Çox məmnunam ki, bu mərhələdə Xəzər dənizində neft və qaz layihələrimizin inkişafı haqqında sizə qısa məlumat vermək imkanı yaratdınız. Mən həm də sizə həmkarlarımızla birgə işimiz və Şərq-Qərb enerji dəhlizinin reallığa çevrilməsi ilə bağlı tədbirlərimiz haqqında məlumat verəcəyəm.

Artıq sizin çoxunuz yəqin ki, Xəzər regionu ilə tanışsınız. Hesablamalara görə, Xəzər hövzəsi 40 milyard barrel neft və 200 trilyon kubmetr qaza malikdir. Əlbəttə, bu, regionu Yaxın Şərqə çevirmir. Lakin bu o deməkdir ki, hövzənin karbohidrogen ehtiyatları Şimal dənizinin və Meksika körfəzinin ehtiyatlarına bərabərdir. Təsəvvür edə bilərsiniz ki, on illər ərzində gündə bir neçə milyon barrel neft və neft məhsulu Xəzər regionundan beynəlxalq bazalara daşınacaqdır.

1990-cı illərin əvvəllərində müstəqilliyini əldə etdikdən sonra Azərbaycan karbohidrogen ehtiyatlarının işlənilməsində Qərblə əlaqələr yaratmaq siyasətini həyata keçirir. Bunun üçün ölkəyə beynəlxalq neft şirkətləri dəvət olunur. Neft və qaz boruları çəkilməsi vasitəsilə Gürcüstan və Türkiyə ilə əlaqələr yaradılır. Bu kəmərlər gələcəkdə ölkəyə neft və qazını beynəlxalq bazarlara çıxarmaq imkanı yaradacaqdır. Azərbaycanın bu siyasətini Amerika hökuməti əvvəldən möhkəm dəstəkləmişdir.

bp və Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə tərəfdaşlarımız bu layihəni birgə icra edirlər. Əsas ixrac neft kəməri Bakıdan başlayıb Tbilisidən keçməklə Aralıq dənizindəki Türkiyənin Ceyhan limanınadək ümumi uzunluğu 1760 kilometrdir. Bu, təxminən Nyu-Yorkdan Mayamiyə qədər olan məsafədir. Kəmər 1400 çaydan, 3 min metr hündürlüyə malik dağlardan keçərək, Xəzəri Aralıq dənizi ilə birləşdirəcəkdir. Marşurut boyu 8 nasos stansiyası, Ceyhanda genişləndirilmiş terminal inşa olunacaqdır. Həmin terminala supertankerlər yan alıb neft doldura biləcəklər.

Biz bu kəməri nəyə görə tikirik? Kəmərin tikintisinə ona görə ehtiyac var ki, Xəzərin Azərbaycan sektorunda mövcud olan neft və qaz ehtiyatları xarici bazarlara daşınmalıdır. Bəs nəyə görə bu marşrutu seçdik? Azərbaycan, Gürcüstan və Türkiyənin Şərq-Qərb enerji dəhlizini yaratmaq istəyindən əlavə, biz şirkətlər də bu layihənin kommersiya baxımından ən əlverişli olduğunu nəzərə aldıq. Bununla da hazırda 100 milyon ton neftin Türkiyə boğazlarından daşınması nəzərə alındı. Biz qərara gəldik ki, buna daha 50 milyon ton əlavə edilməsi əlverişli olmayacaqdır. Beləliklə, iqtisadi baxımdan, eləcə də ətraf mühitin təhlükəsizliyi baxımından ən sərfəli layihə Bakı-Tbilisi-Ceyhandır. Biz çalışırıq ki, bu layihə çox yüksək beynəlxalq standartlara uyğun olaraq aparılsın. Ətraf mühit və sosial təsirlə bağlı hərtərəfli araşdırmalar, marşrut boyu hökumətlər, qeyri-dövlət təşkilatları ilə intensiv məsləhətlər aparılmışdır.

Boru kəmərinin marşrutu elə seçilmişdir ki, heç bir ailəni köçürməyə ehtiyac qalmır. Torpaq ayrılması planı açıq, şəffaf olmuşdur. Sərmayə proqramı həyata keçirilir və bunun əsasında ətrafdakı qurğular, xəstəxanalar, məktəblər təkmilləşdiriləcəkdir. Kəmər boyu əhaliyə daha yaxşı yaşamaq üçün şərait yaradılacaqdır. Ətraf mühitə sərmayə nəzərdə tutulmuşdur ki, bu da boru kəmərinin çəkiləcəyi ərazi ətrafında ekologiyanın qorunmasına yönəldilmiş proqramdır. Biz yerli əhalini tikintiyə cəlb edir, onların bilik və bacarıqlarını artırmağa çalışırıq. Podratçılar işə cəlb olunur. İş bacarığının yaxşılaşdırılması üzrə mərkəzlər açmışıq. Bu layihədə yerli əhalinin iştirakını maksimuma çatdırmaq bizim məqsədimizdir. Bütün bu proqramların makroiqtisadi təsiri ilə bağlı geniş araşdırmalar həyata keçirilir.

Biz yerli hökumətlərlə birlikdə gəlirlərin idarə olunması və qiymətləndirilməsi proqramları da işləyib hazırlamışıq. Həyata keçirilən layihələr bp-nin səhiyyə, təhlükəsizlik, işçilərin lazımi qaydada istifadə olunması, biznes etikası qaydalarına əsasən həyata keçirilir. Biz bu gün torpaq ərazilərinin alınması prosesi ilə məşğuluq. Müqavilələr hazır vəziyyətdədir. Borular tikinti ərazilərinə gətirilir. Martın axırında həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyədə rəmzi olaraq boruların yerə basdırılması mərasimi keçiriləcəkdir.

Sual olunur ki, bu çox gəlirli layihədirmi Mən sizi əmin edirəm, bp və onun tərəfdaşları yəqin etmişlər ki, “Azəri” və dərinlikdə yerləşən “Günəşli” yataqlarında təsdiq olunmuş 5,4 milyard barrel neft ehtiyatı vardır. İstənilən standartla götürüldükdə bu nəhəng bir yataqdır. Şimal dənizi də Meksika körfəzində yerləşən bütün yataqların hamısından çox-çox böyükdür.

2001-ci ildə “Azəri-Çıraq-Günəşli”-nin birinci fazasının sanksiyası verildi, ötən il ikinci faza sanksiyadan keçdi. Buraya 8 milyard dollar investisiya qoyulacaqdır. Gələn il üçün 3-cü fazanın sanksiyadan keçirilməsi gözlənilir. Üçüncü fazanın həyata keçirilməsi dövründə dərinlikdə yerləşən “Günəşli” yatağı işləniləcəkdir. Yataqların ilk məhsulu 2004-cü ilin sonunda gözlənilir. Üç-dörd il müddətində yaranmış bu möhkəm baza əsasında 2008 və 2009-cu ildə “Azəri-Çıraq-Günəşli”dən 1 milyon barreldən çox neft hasil ediləcək, Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınacaqdır.

Bu, həqiqətən çox yüksək keyfiyyətlərə malik yataqdır. Dənizin nisbətən dayaz hissəsində yerləşibdir, burada suyun dərinliyi 120-150 metr arasındadır. Yatağın özü çox dərində deyildir. Quyular gündəlik 20 min barreldən artıq neft verir. Neftin özü də çox keyfiyyətlidir. Biz artıq beş ildir ki, “Azəri-Çıraq-Günəşli”dən neft hasil edirik.1997-ci ildə ilkin neft layihəsinə başlandı və keçən ildən gündəlik 130 min barrel neft hasil edirik ki, bu da qərb marşrutu ilə - Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə Supsa limanından beynəlxalq bazarlara çıxarırıq.

İlkin neft layihəsi subut etdi ki, biz Azərbaycan və Gürcüstan ərazisində səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması tədbirlərinin səmərəliliyi, biznes etikası baxımdan beynəlxalq standartlara uyğun olaraq iş görə bilərik. Bu layihə bizdə inam yaratdı ki, haqqında danışdığım tammiqyaslı işlənilmə mərhələsinə cəsarətlə başlayaq və bu layihəyə milyardlarla dollar yönəldək.

“Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhanla yanaşı, bp “Şahdəniz” üzrə tərəfdaşları ilə birlikdə bu nəhəng qaz yatağının işlənilməsi işinə də başlayır. Yataq 1999-cu ildə aşkar edilmişdir. Yataqda 50 trilyon standart fut qaz ehtiyatı təsdiq olunmuşdur. Həftənin sonunda “Şahdəniz” üzrə tərəfdaşların Azərbaycan hökuməti ilə bir yerdə layihənin birinci mərhələsini təsdiq etməsi gözlənilir. Bundan sonra dənizdə müvafiq qurğular və platformalar quraşdırılacaq, borular çəkiləcəkdir. Sahildə, Səngəçalda terminal tikiləcəkdir. Qaz layihəsinin həyata keçirilməsi Bakı-Tbilisi-Ceyhan layihəsi ilə birlikdə olacaqdır. 2006-cı ilin axırlarında biz “Şahdəniz” yatağından alınan qazı Türkiyə bazarlarına göndərəcəyik. Həmin qazdan həm də Azərbaycanda və Gürcüstanda yerli tələbatı ödəmək üçün istifadə olunacaqdır.

Bakı-Tbilisi-Ceyhan üzrə tərəfdaşlar layihənin maliyyəşdirilməsi üçün əlavə mənbələr axtarırlar. Layihənin xərclərinin, - bu da 3 milyarddan bir qədər az məbləğdir, - təxminən üçdə ikisi beynəlxalq maliyyə təşkilatları tərəfindən ödəniləcəkdir. Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ və Avropanın ixrac-inkişaf agentlikləri, Uzaq Şərq ixrac-inkişaf agentlikləri, 20 kredit bankı maliyyələşdirməyə qatılacaqdır. Maliyyə vəsaitini ayıranlar ətraf mühitlə və sosial məsələlərlə bağlı yüksək tələblər irəli sürürlər.

Bu ilin mayı üçün gözləyirik ki, onlar layihənin təsiri ilə bağlı müzakirələrə son qoyub, bizim ətraf mühit və sosial planımızı qəbul edəcəklər. Ümid edirik ki, 4 ay müddətində lazımi şərhlər və məsləhətlər veriləcəkdir. Vəsait ayıranlar maliyyə xərclərini təsdiq edəcək və ilin sonunadək razılıq əldə olunacaqdır.

Həqiqətən, layihənin yüksək səviyyədə həyata keçirilməsini təsdiq etmək üçün biz ətraf mühit və sosial təsirlə yanaşı, iqtisadi təhlil də aparmışıq. bp-nin prezidenti lord Braun siyasətini açıq müzakirələrə çıxarmışdır və bütün maraqlı tərəflər öz fikirlərini söyləyə bilmişlər. Bu işdə şirkətə sahənin tanınmış mütəxəssisləri Semiklaym, “Biçem” şirkətindən Con Ləşli, böyük nüfuza malik Kanada siyasətçisi Cim Nil, ABŞ-ın Avropa Birliyindəki səfiri Coy Dayzenstad, Əlcəzair prezidentinin məsləhətçisi Məhəmməd Saxnu yaxından kömək edirlər. Onlar yanvar ayından fəaliyyətə başlamışlar. Azərbaycana, Gürcüstana və Türkiyəyə gələn ay səfərə çıxacaqlar və bu ilin üçüncü rübündə ilk məruzəni təqdim edəcəklər. O məruzə və bp-nin cavabı açıq veriləcəkdir.

Mən öz şirkətim, bp haqqında çox danışdım. Vurğulamalıyam ki, layihənin həyata keçirilməsində Amerika şirkətlərinin nəzərəçarpan iştirakı hiss olunur. “Azəri-Çıraq-Günəşli” layihəsində ABŞ şirkətləri “Yunokal”, “Eksson Mobil”, “Devon”, “Dalta Hess” səhmlərin 30 faaizinə malikdir. “Yunokal” “Konoko” ilə birlikdə Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak edir. Çoxsaylı ABŞ müqavilə bağlayanları, təchizatçıları, mühəndis şirkətləri layihə işlərində iştirak edirlər. Hesablamalara görə, ABŞ şirkətlərinə 1 milyard dollardan artıq iş tapşırılmışdır. Gözləyirik ki, ilkin fazalar qurtardıqdan, “Şahdəniz” layihəsi başlandıqdan sonra bu rəqəm iki dəfədən çox arta bilər. Biz amerikalı tərəfdaşlarımızın iştirakını və Amerika hökumətinin dəstəyini hörmətlə qarşılayır, yüksək qiymətləndiririk. Şərq-Qərb enerji dəhlizi ideyasının reallığa çevrilməsində bu dəstək bizə çox lazımdır.

Diqqətinizə görə sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub