ABDULLAH GÜL ABŞ-DA YAŞAYAN TÜRKLƏRLƏ GÖRÜŞMÜŞDÜR
BMT Baş Məclisinin 59-cu sessiyasında iştirak edən Türkiyə Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül Nyu-York şəhərindəki “Türk evində” bu ölkədə yaşayan həmvətənləri ilə görüşmüşdür. Görüşdə çıxış edən Abdullah Gül xəstə erməni təfəkkürünün məhsulu olan “soyqırım” iddialarına diqqət çəkərək, Türkiyənin Xarici İşlər Nazirliyində bu məsələ ilə əlaqədar komissiya yaradıldığını bildirmişdir. Gələn ilin aprel ayında ermənilərin “soyqırım”ın 90-cı ildönümünü qeyd etməyə hazırlaşdığını nəzərə çarpdıran nazir, Türkiyənin bu yalan və iftira dolu təbliğat qarşısında səssiz qalmayacağını vurğulamışdır.
ABŞ-da yaşayan soydaşlarına müraciət edən Baş nazir onları yaşadığı ölkədəki siyasi həyatda daha fəal rol oynamağa çağırmışdır. Xarici ölkələrdə milyonlarla türkün yaşadığını vurğulayan Abdullah Gül onların böyük siyasi potensiala malik olduğunu söyləmişdir.