AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən iyulun 10-dan 17-dək olan müddətdə yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində Qax rayonu Aşağı Malax-Qaşqaçay-Armudlu yolunun yenidən qurulması davam edib. Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Eyni zamanda, Salyan rayonunda 33 kilometr uzunluğa malik yollar yenidən qurulub.
Agentliyin “Çağrı Mərkəzi”nə cari ilin 6 ayı ərzində 2873 zəng daxil olub. İmişlidə 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması yekunlaşmaq üzrədir.
Hazırda Beyləqanda 36 kilometrlik avtomobil yolunun tikintisi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [15:33]
SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib
- 16.11.2026 [13:56]