Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Çarəsizə çarə, ümidsizə ümid

®  Çarəsizə çarə, ümidsizə ümid

Canımızı çox sevirik, lakin ən çətin və ümidsiz vəziyyətlərdə onlara üz tuturuq. Ağrıyanda, həyatla ölüm arasında qalanda onlara pənah aparır və etibar edirik. Ağxalatlı peşə sahibləri gecə-gündüz xəstənin çarpayısının yanından ayaq çəkmədən bilik, bacarıq, zəhmət və təcrübələri hesabına onu həyata qaytarmağa çalışırlar. Xəstə ayağa qalxıb gözünə işıq, üzünə təbəssüm gələndə bəlkə də ən çox sevinən elə ona bu həyatı bəxş edən həkim olur. Görünür, bu müqəddəs peşə sahibləri ona görə çox sevilirlər və onlara ehtiramla yanaşırlar. Hippokrat andı içən xeyirxah peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ürəklərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar.

Yüksəkixtisaslı cərrah, Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Bəxtiyar Musayev də həyatını bu nəcib və müqəddəs peşəyə həsr edib. O uzun illərdir ki, bütün növ açıq və laporoskopik cərrahi əməliyyatlarını yüksək peşəkarlıqla yerinə yetirərək xəstələrə şəfa verir, onlara sağlamlıq bəxş edir. Onun həkim kimi ən üstün keyfiyyətlərindən biri hər bir xəstəyə qayğı ilə yanaşması, onları öz doğması və əzizi kimi qəbul etməsidir. Tibdə həkimlə xəstənin ünsiyyəti, onunla davranışı və inamı ən mühüm keyfiyyətlərdən biri sayılır. Müasir tibb elmi də sübut edir ki, bəzən mükəmməl tibbi biliklərlə bərabər xəstəyə qarşı göstərilən insani münasibət, ona olan sevgi müalicənin başlıca şərtlərindən sayılır. Bəxtiyar həkimdə olan məhz bu keyfiyyətlər onu xəstələrə daha çox sevdirir.

“Həkimlik elminin qanunları” əsərinin müəllifi olan İbn‐Sina deyirdi: “Həkim şahin gözünə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır”. Bəxtiyar həkim keyfiyyətləri özünün elmi bilikləri ilə birləşdirərək bu gün ən tanınmış mütəxəssislərdən birinə çevrilib. O, özünün bilik və bacarığı ilə yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır, peşəkarlığı və elmi ilə qəbul edilir. Həm nəzəri elmi, həm də praktik tibbi uğurları məşğul olduğu sahədə ona şöhrət və hörmət qazandırıb.

Bəxtiyar həkim bir alim kimi ölkəmizdə tibb elminin inkişafına da böyük töhfələr verib. O, 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 4 metodik tövsiyənin müəllifidir. Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları icra edən ilk həkimlərdən biri kimi Azərbaycan səhiyyəsində xeyli uğurlara imza atıb. Xüsusilə qeyd etməyə dəyər ki, yüksəkixtisaslı ümumi cərrah Bəxtiyar Musayev 1984-cü ildə ölkəmizdə perkutan endobiliar əməliyyatının ilk icraçısı olub. Onun istedadı və humanist keyfiyyətləri peşəkar cərrah kimi tanınmasında xüsusi dəyər sayıla bilər.

Bəxtiyar həkim həm də uğurlu təşkilatçıdır. Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Bəxtiyar Musayev 3 ilə yaxındır ki, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimi vəzifəsini icra edir. Bu müddət ərzində hospital təkcə ölkəmizin deyil, regionun aparıcı tibb müəssisələrindən birinə çevrilib. Hazırda Gömrük Hospitalı ən müasir tibbi avadanlıqları, dərman vasitələri, innovativ laboratoriya avadanlıqları, tibdə informasiya texnologiyaları və s. ilə təmin edilib.

Qeyd etmək lazımdır ki, Bəxtiyar Musayevin rəhbərlik təcrübəsi yalnız Mərkəzi Gömrük Hospitalı ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın bir sıra nüfuzlu özəl tibb müəssisələrində baş həkim kimi fəaliyyət göstərib, hər zaman peşəkar idarəçilik bacarığı, strateji baxışı və tibbi xidmətin keyfiyyəti ilə seçilib. Onun rəhbərliyi altında tətbiq olunan yenilikçi yanaşmalar və inkişaf strategiyaları çalışdığı bütün müəssisələrin uğur qazanmasına və yüksək reputasiya qazanmasına səbəb olub.

Həkim peşəkarlığı, təşkilatçılıq bacarığı və nəcib insani keyfiyyətləri ilə rəğbət qazanan tibb elmləri doktoru Bəxtiyar Musayev Hippokrat andına sadiq bir həkim kimi xəstələrin keşiyindədir. Onun həm həkim, həm səhiyyə təşkilatçısı kimi fəaliyyəti gənc tibbi kadrlar üçün əsl örnəkdir.

Xəstələr həmişə çarəni həkim əllərində axtarırlar. Ağxalatlı müqəddəs peşə sahibləri onları həyata qaytarmaq, ağrılarına əncam çəkmək, ömürlərinə ömür calamaq, ən çarəsiz vəziyyətlərdə də qəlblərində ümid işığı yandırmaq, necə deyərlər, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Bəxtiyar həkim də belə xoş məramla yaşadığı üçün ona üz tutan, pənah gətirən xəstələrin, rəhbərlik etdiyi kollektivin sevimlisinə çevrilib.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçirilən BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin ilk iş günü yekunlaşıb

“A Bola”: Ronaldonun yığmanı tərk etməsi ilə bağlı qərarından baş məşqçinin xəbəri olmayıb

Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

Aykut Bülbül: Şəhərsalma layihələri şəhərin ümumi inkişaf strategiyasına uyğun həyata keçirilməlidir

Ena-Kameliya Məlikova: Brend rezidensiyalar premium yaşayış konsepsiyasını zənginləşdirir

Balakəndə 500 ədəd ağac əkilib

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub

Ana bətnində əməliyyat mümkündür? VİDEO

Ana bətnində əməliyyat mümkündür? VİDEO

“Auditoriyadan Zəfərə” - ADNSU-da şəhid məzunların xatirəsi yad edilib

Ağalıda payızın rəngləri, uşaqların təbəssümü...

Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər - PANEL SESSİYA

Bolnisidə məktəblilər Zəfər Gününü qeyd etməyə hazırlaşır

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Gəncədə amputant futbolçular mina təhlükəsinə qarşı maarifləndirmə təşəbbüsünə dəstək veriblər

“Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik - PANEL SESSİYA

Sumqayıtda yeniyetmələr rəqəmsal mühitdəki gizli narkotik riskləri barədə məlumatlandırılıb

Qəbələdə şəhid ailə üzvləri və qazilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvlərindən

Şəhid oğlu: Azad olunmuş torpaqlara hər səfər edəndə atamın döyüş yolu gözlərim önündə canlanır

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Elvin Quliyev: İkinci hissənin ilk dəqiqələrində komanda çətinliklə üzləşdi

Melaniya Trampla görüşdə Rusiyanı Yana Lantratova və Kirill Dmitriyev təmsil edəcəklər

Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb

Tatyana Poloskova: Makron Fransa tarixində ölkəni necə idarə etməməyin nümunəsi kimi qalacaq

® “Expressbank” “Felis 2026”da 2 qızıl mükafat qazanıb

Deputat: Zəngilan Aqroparkı kənd təsərrüfatı məhsullarının emalı və ixrac imkanlarını genişləndirəcək

Zaqatalada "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi açılıb VİDEO

Zaqatalada "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi açılıb VİDEO

İngiltərə Bankı üç ildən çox müddətdə ilk dəfə faiz dərəcəsini artırıb

“İçərişəhər” stansiyasında sosial aksiya keçirilib

Azərbaycanın futzal millisi Çexiya ilə heç-heçə edib

ADU-da “ABŞ seçkiləri: sonra nə olacaq?” mövzusunda müzakirə təşkil edilib

“Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim

Mərkəzi Bank Mikromaliyyə Mərkəzi ilə maliyyə sektorunda innovasiyaları müzakirə edib

Türk ekspert: Avropa ciddi sınaq qarşısındadır - RƏY

Azərbaycan ilə Estoniya arasında biznes forumların keçirilməsi barədə fikir mübadiləsi aparılıb

MDU-da şanlı Zəfərin altıncı ildönümünə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib

Milli ideologiya və dövlətçilik şüurunun təşviqində ailənin rolu

Zəfərin işığında: Gənclər Kitabxanasında şanlı tariximizə nəzər salınıb

Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin layihələri “AIREX 2026” sərgisində vahid stenddə təqdim olunur

® “Ziraat Bank Azərbaycan” maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib VİDEO

AzTU komandaları Beynəlxalq STEM Olimpiadasının ölkə mərhələsində birinci olublar

Avropa Siyasi Birliyi Azərbaycan üçün Avropa dövlətləri ilə birbaşa siyasi təmasların qurulmasına şərait yaradan platformadır - ŞƏRH

Azərbaycan Yunanıstanla rəqəmsal inkişaf istiqamətində əməkdaşlığı müzakirə edib

Portuqaliya Futbol Federasiyası Ronaldonun şərəfinə vida mərasimi təşkil edəcək

AQTA sədri ilə FAO-nun rəsmiləri arasında görüş olub

Səməd Seyidov: Fransa və Almaniyada dövlət siyasəti ilə cəmiyyətin gözləntiləri arasındakı uçurum dərinləşib

Ağdamda Zəfər Gününə həsr olunmuş minifutbol turnirinə start verilib

Tərtərdə keçirilən aksiyalarda 650 ədəd ağac əkilib

Binəqədidə 244 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsi əbədiləşdirilib

Hakimə hücum edən futbolçu bir il müddətinə diskvalifikasiya olunub

“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub

Fransada 2027-ci il büdcəsinə parlament zərbəsi: gəlirlər üzrə layihə 458 səslə rədd edilib

İlham Zəkiyev: Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim - ONUN HEKAYƏSİ VİDEO

İlham Zəkiyev: Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim - ONUN HEKAYƏSİ VİDEO

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub

Böyük Britaniyanın səfiri: Naxçıvan mühüm turizm və yaşıl enerji mərkəzinə çevrilə bilər VİDEO

Böyük Britaniyanın səfiri: Naxçıvan mühüm turizm və yaşıl enerji mərkəzinə çevrilə bilər VİDEO

Kirayə mənzil mexanizmi çərçivəsində 1700 mənzil təminat qeydi əsasında əldə edilib

ATMU-nun 20 illik yubileyi qeyd olunub

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq

Ramil Tahirov: İpoteka kreditləşməsində təminat qeydi mexanizminin tətbiqi üçün qanunvericilik təkmilləşdirilməlidir VİDEO

Ramil Tahirov: İpoteka kreditləşməsində təminat qeydi mexanizminin tətbiqi üçün qanunvericilik təkmilləşdirilməlidir VİDEO

“Dağlar: biomüxtəliflik, landşaftlar və mədəniyyətlər” - Qərbi Kaspi Universitetində beynəlxalq konfrans

Şanlı tariximizin zəfər zirvəsi Polis Akademiyasında qeyd olunub

AYNA oktyabrın sonlarında 715 sahibkara 6993 xidmət göstərib

Professor Seyit Aydın: 44 günlük müharibə iştirakçılarının qəhrəmanlığı Türkiyə və Azərbaycan gəncləri üçün nümunədir

Paraqvayda Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş konfrans

Vətənpərvərlik və dövlətçilik əzminin təcəssümü - ADPU-da Zəfər Günü tədbiri

Avropanın siyasi xəritəsində baş verən dəyişiklik dərinləşən fikir ayrılıqlarının təzahürüdür- ŞƏRH

203 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təyin edilib

Vəkil köməkçilərinin reyestri istifadəyə verilib

“Biletim.az” portalı üzərindən bilet satışı 1,6 dəfə artıb

“Barselona” Rafinya ilə yeni müqavilə imzalayıb

® “Unibank” ağacəkmə kampaniyasında iştirak edib

Qəhrəmanlıq salnaməmizin qüruru - AzMİU-da Zəfər Günü qeyd olunub

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub VİDEO

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub VİDEO

Estoniyanın IT şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib

Elşad Məmmədli: Daşınmaz əmlak sahəsində vahid mexanizmin tətbiqi dayanıqlı inkişaf üçün vacibdir

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib YENİLƏNİB VİDEO

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb

BMU-da Zəfər tarixi və milli həmrəylik mövzusunda tədbir təşkil olunub

Elşad Məmmədov: Mənzil bazarında hüquqi təhlükəsizliyin təmin olunması üçün təminat qeydi institutunun tətbiqi genişləndirilməlidir VİDEO

Elşad Məmmədov: Mənzil bazarında hüquqi təhlükəsizliyin təmin olunması üçün təminat qeydi institutunun tətbiqi genişləndirilməlidir VİDEO

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir VİDEO

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir VİDEO

Autizmli uşaqlar Zəfər Gününə həsr olunan tədbirdə bacarıqlarını nümayiş etdiriblər VİDEO

Autizmli uşaqlar Zəfər Gününə həsr olunan tədbirdə bacarıqlarını nümayiş etdiriblər VİDEO

BDU ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında anlaşma memorandumu imzalanıb

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”: Bakı metrosunda fotosərgi

Aşqabadda “MAMA NATURE” beynəlxalq incəsənət sərgisinə ekskursiya təşkil olunub

Nazirlik rəsmisi: Tikinti tullantılarının 85 faizi təkrar emal olunaraq iqtisadi dövriyyəyə qaytarıla bilər

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

Numon Muhammadiyev: Dövlət qurumları cəmiyyət və ətraf mühit qarşısında da məsuliyyət daşımalıdır

Nəğməyə çevrilən Qələbə: Xor və orkestrin Zəfər töhfəsi

BMT Azərbaycana “ASAN xidmət”ə görə xüsusi sertifikat təqdim edib

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb

“Təmiz Şəhər”: Müasir texnologiyaların inkişafı Azərbaycanda tullantıların basdırılmasının minimuma endirilməsinə imkan verir VİDEO

“Təmiz Şəhər”: Müasir texnologiyaların inkişafı Azərbaycanda tullantıların basdırılmasının minimuma endirilməsinə imkan verir VİDEO

Ağdam rayonunda 3 milyon tona yaxın söküntü tullantısı var VİDEO

Ağdam rayonunda 3 milyon tona yaxın söküntü tullantısı var VİDEO

Azərbaycan-Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb