Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr - Milli birliyin Zəfəri

8 Noyabr - Milli birliyin Zəfəri

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan xalqı tarix boyu sülhün, ədalətin və birgəyaşayışın daşıyıcısı olub. Bizim milli kimliyimiz sülhə, insana hörmətə və qarşılıqlı anlaşmaya söykənir. Əsrlər boyu bu torpaq fərqli xalqların, dinlərin və mədəniyyətlərin məskəni olub. Biz heç vaxt kiminsə etnik mənsubiyyətinə və ya mənşəyinə görə ayrı-seçkilik etməmişik. Lakin bizim humanist dəyərlərimizdən sui-istifadə edən qüvvələr tarixdə acı səhifələr açdılar. Bu coğrafiyada əsla kökü olmayan ermənilər imperiya siyasətinin vasitəsi kimi Azərbaycan torpaqlarında yerləşdirildi. Sonradan həmin qüvvələr torpağımızda özlərinə dövlət yaratmaqla kifayətlənməyib, tarixi yurdlarımıza iddialarını ortaya qoydular. 1988-ci ildən etibarən mənfur qonşularımızın əsassız ərazi iddiaları bölgədə sülhü və sabitliyi ciddi şəkildə pozdu. Ermənistan rəhbərliyinin təxribatçı siyasəti nəticəsində bölgə qanlı toqquşmaların arenasına çevrildi. Azərbaycanlıların doğma yurdlarından zorla qovulması, dinc əhalinin qətlə yetirilməsi, kənd və şəhərlərin ardıcıl şəkildə işğal olunması bu planın əsas məqsədini, etnik təmizləmə siyasətini açıq şəkildə nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib.

O deyib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun illər beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını bilərəkdən təmin etmədi. İşğal siyasətini davam etdirən qarşı tərəf sülh danışıqlarını formal prosesə çevirməklə yanaşı, regionda sabitliyin bərqərar olmasına da süni maneələr yaratdı. Torpaqları illərlə işğal altında saxlanılan Azərbaycan beynəlxalq hüquqa əsaslanan sülh çağırışları edərkən Ermənistan qeyri-konstruktiv mövqeyini qoruyaraq sərhəd boyunca yeni təxribatlara əl atdı. Bu addımlar təkcə Azərbaycan dövlətinə qarşı yox, regional təhlükəsizlik və əməkdaşlıq perspektivlərinə yönəlmiş açıq təhdid idi.

"Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan üçün həm döyüş meydanında, həm də diplomatik masada tarixi Qələbə ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi altında düşmən ağır məğlubiyyətə uğradı və işğalçı qüvvələr təslimçilik aktına imza atmaq məcburiyyətində qaldı. Bu Zəfər yalnız torpaqlarımızın azad olunması deyil, həm də xalqımıza qürur, millətimizə milli birliyin və iradənin gücünü göstərdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycan tarixində yeni bir mərhələnin təməlini qoydu və xalqımıza misilsiz qələbə yaşatdı. Tarixi Zəfər Prezident İlham Əliyevin hərbi-siyasi qətiyyəti və dönməz iradəsi sayəsində mümkün oldu. Xalqımızın illərlə qoruduğu ümidlər gerçəkləşdi, itirilmiş torpaqlar geri qaytarıldı və hər bir azərbaycanlının qəlbində qürur hissi yenidən alovlandı.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan yalnız hərbi qalibiyyət qazanmadı, eyni zamanda, itirilmiş milli qürurunu və xalqın özünəinamını yenidən bərpa etdi. Bu Zəfər hər bir azərbaycanlının qəlbində ümid və sevinc hissi yaratdı, millətimizin birliyini möhkəmləndirdi və gələcəyə inamımızı daha da gücləndirdi.

Tarix sübut etdi ki, Prezident İlham Əliyev “Azərbaycan torpağında ikinci erməni dövləti qurulmayacaq” bəyanatını təsadüfən demirdi. Bu, ölkəmizin mövqeyinin qəti və dəyişməz ifadəsi idi. Dövlətimizin başçısı uzun illər boyunca bölgədə hökm sürən işğal və terror siyasətinin kökünü kəsdi, işğalçıya və onu dəstəkləyən qüvvələrə açıq mesaj verdi. Azərbaycanın ərazi bütövlüyü heç bir şərt altında danışıqlar mövzusu ola bilməz. Bu mövqe yalnız xalqımızın iradəsini və milli birliyini deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqqını bütün dünyaya nümayiş etdirdi, ölkəmizin haqqını müdafiədə qətiyyətli və prinsipial lider obrazını bir daha təsdiqlədi", - deyə Emin Bağırov vurğulayıb.

Onun sözlərinə görə, qəhrəman Azərbaycan əsgərinin şücaəti və şəhidlərimizin qanı sayəsində dünya Azərbaycanın əzmini və gücünü gördü. Azərbaycan Ordusu yalnız düşməni məğlub etmədi, eyni zamanda, illərlə formalaşmış mifləri və yalan iddiaları yerlə-yeksan etdi. Cəmi 44 gün ərzində ölkəmiz öz milli birliyini, ərazi bütövlüyünü və prinsipial mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər həm Azərbaycanın qətiyyətli liderliyini, həm də xalq-ordu birliyinin dönməzliyinin sübutu kimi yadda qaldı.

“Böyük Zəfərin ildönümünü qürur və minnətdarlıqla qeyd edirik. 8 Noyabr yalnız azadlığımızın günü deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, birliyinin və vətənpərvərlik ruhunun simvoludur. Hər addım, hər zəfər anı Azərbaycanın gücünü, xalqın əzmini və dövlətimizin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə xalqımızın şanlı tarixində parlaq bir səhifədir, hər zaman milli qürur, birliyin və vətən sevgisinin simvolu olaraq yadda qalacaq. 8 Noyabr Zəfəri qəhrəmanlıq və sarsılmaz iradənin nümunəsi kimi tariximizdə öz əvəzolunmaz yerini tutub və gələcək nəsillərə örnək olacaq” - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir