19 MAY - HEPATİTLƏ BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜDÜR
Bakı, 19 may (AZƏRTAC). Hər il mayın 19-da hepatitlə beynəlxalq mübarizə günü qeyd edilir. Beynəlxalq mübarizə günü hepatit xəstəliyi olanların 200-dən çox assosiasiyasını birləşdirən Hepatitlə Mübarizə üzrə Beynəlxalq Alyans tərəfindən elan edilmişdir.
Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyinə görə hepatit əksər hallarda virus yoluxmasının törətdiyi qara ciyərin iltihabıdır. Hepatitin A, B, C, D və E adlı beş əsas virus növü mövcuddur.
A və E hepatitini bir qayda olaraq çirkli qida məhsulları və su törədir. B, C və D hepatitləri isə adətən orqanizmin yoluxmuş mayelərlə parenteral təması nəticəsində (məsələn, qan köçürmə və ya tibbi prosedurlarda virusla çirklənmiş avadanlıqdan istifadə olunması zamanı) inkişaf edir. B hepatiti cinsi əlaqə zamanı da insan orqanizminə daxil olur. B hepatiti həmin xəstəliyin ən ağır növü hesab edilir. Heç də təsadüfi deyil ki, hiss olunmadan keçən və tez-tez ölümlə nəticələnən bu hepatit növünü “sakit qatil” adlandırmışlar.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 2 milyarda yaxın adam B hepatiti virusuna yoluxmuş, 350 milyona yaxın insan isə bu xəstəliyin xroniki infeksiya daşıyıcısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]