17 APREL - DÜNYA HEMOFİLİYA GÜNÜDÜR
Bakı, 17 aprel (AZƏRTAC). 17 Aprel - Dünya Hemofiliya günüdür. 20 ildən artıqdır ki, dünyanın 100-dən çox ölkəsində həmin gün qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır. İndi dünyada 400 minə yaxın hemofiliyalı xəstə var.
Fransada kral Lüdovikin dövründə Lüdoviklər nəslində əsasən oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdilər. Bu səbəbdən o zamanlar bu xəstəliyə “kral xəstəliyi” də deyirdilər.
Hemofiliya - qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə yaxud zədə nəticəsində qanaxmalar baş verir. Hətta xırda zədələr nəticəsində belə xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.
Bu gün Azərbaycanda 1000 dən artıq hemofiliya xəstəsi var. Son zamanlar hemofiliya xəstələrinə dövlət tərəfindən göstərilən qayğı xeyli artmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunun tətbiq edilməsi haqqında» Fərmanı bu qayğının bariz nümunəsidir. 2006-cı ilin yanvarında isə Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı “Hemofiliyalı və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]