100 SAATLIQ RƏQS
Rəqs həvəskarları arasında 20 yaşlı bir gənc bildirmişdir ki, rekordlar kitabına düşmək onların çoxdankı arzuları imiş. “Biz 100 saat rəqs etmək istəyirik. Biz yalnız rekod qazanmağı arzulamırıq, həm də öz bacarığımızı nümayiş etdirmək niyyətindəyik,”-deyə Polşada hüquq təhsili alan gənc qeyd etmişdir.
Avqustun 26-da yerli vaxtla saat 19-da başlamış rəqs ayın 30-da saat 23-də başa çatacaqdır.
Gənclər rəqsdən əldə ediləcək gəliri Afrikada QİÇS-lə mübarizəyə sərf etməyi qərara almışlar.
Xatırladaq ki, zimbabveli bu gəncin təşəbbüsü ilə ötən il Polşada keçirilmiş və vaxtına görə rekord hesab edilmiş rəqs 62 saat 30 dəqiqə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Zəfərdən doğan işıq”
- [16:28]
Xocalıda ağacəkmə aksiyası
- [14:50]
“PeşəFest-2026”ya yekun vurulub
- [14:09]
Aktauda Zəfər Günü qeyd olunub
- [14:03]