AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlatdı.Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlətimizin başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Səfir qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, son dövrlərdə əlaqələrimizin inkişaf etdiyini deyərək hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğuladı.Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu. Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.</description>
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu dedi. Bildirdi ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olundu. Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini dedi. Dövlətimizin başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğuladı, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirdi, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı. Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş etdi. Səfir, həmçinin qeyd etdi ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı. Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını dedi.Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.</description>
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
                <description>Bakı, 1 noyabr, AZƏRTAC Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşaya baxıblar.Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Tamaşanın vizual dünyası “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.Qeyd edək ki, səhnə əsəri Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında nümayiş etdirilib.</description>
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO
                <description>Bakı, 1 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. AZƏRTAC icmalı təqdim edir.</description>
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.AZƏRTAC xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub. Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.</description>
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
                <description>Bakı, 29 oktyabr, AZƏRTAC Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun “Qağayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar. “Qızıl maska” da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan Lev Dodinin quruluş verdiyi “Qağayı” klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir. Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digərləri çıxış ediblər.Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb. Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.</description>
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
                <description>Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib.AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!”.      </description>
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
                <description>Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi qatar qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, - deyə paylaşımda bildirilib.</description>
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib   YENİLƏNİB-2  VİDEO
                <description>Bakı, 27 oktyabr, AZƏRTAC Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimində çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Sabahınız xeyir, xanımlar və cənablar. Mən VII Forumun bütün iştirakçılarını salamlayıram. Bütün qonaqlarımıza xüsusi salamlar olsun. Azərbaycana xoş gəlmisiniz. Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir.Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub.Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq.Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir.Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar.Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik.2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik.Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər.Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır.Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır.Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik.Nəzərə alınmalı olan digər bir məsələ beynəlxalq təşkilatların qərarlarının icra mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi.İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir. Bu, təkcə, məsələn, müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. Qeyd etdiyim kimi, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur. Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir.Ən azından biz məsələyə belə yanaşırıq. Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik.Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır. Diqqətinizə sadəcə bir neçə faktı çatdırmaq istərdim.Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki supergüclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki supergüclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var.Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə 2028-ci ildə Zirvə Görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Beləliklə bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək. Bu da bizə göstərilən hörməti nümayiş etdirir və bir daha bunun aparıcı qüvvəsi bu günlərdə müzakirə etdiyimiz mövzudur: mədəniyyətlərarası dialoq. Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı. Bu ay biz AQEM Zirvə Görüşünə ev sahibliyi etdik. Bu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Bu təşkilat demək olar ki, 30 ölkəni birləşdirir və bizim AQEM-də sədrliyimiz yekdilliklə daha iki il uzadılmışdır. Ötən il Azərbaycan Mərkəzi Asiya Məşvərət Formatının tamhüquqlu üzvü kimi dəvət olunmuşdur. Bu format Mərkəzi Asiya ölkələrini birləşdirir. Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq. Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir. Əlbəttə ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz, hesab edirəm ki, diqqətlə nəzərdən keçirilməlidir. Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu, - hansı ki, ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır, - qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır. Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Harada ki, artıq qeyd etdiyim kimi münaqişələr başlayır və heç vaxt bitmir. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq. Əminəm ki, bu və bir çox digər mühüm məsələlər Forumda geniş müzakirə olunacaq. Bütün iştirakçılara, xüsusilə Bakıya gəldikləri üçün əcnəbi qonaqlara bir daha minnətdarlığımı ifadə edirəm. Bu forumlar iki ildən bir keçirilir və yeganə istisna COVID pandemiyası zamanı olmuşdur, onda müəyyən fasilə yaranmışdır. Lakin indi fəaliyyətimizi yenidən davam etdiririk. Sonuncu - 2024-cü ildə keçirilən Forumu xatırlayıram. O zaman biz qlobal gündəlikdə olan mühüm məsələləri müzakirə etdik. Lakin bu iki il ərzində biz nə qədər çox məsələnin müsbət və mənfi istiqamətdə dəyişdiyini görürük. Mənfilər arasında bizim yaxınlığımızda baş verən yeni müharibələrdir. Müsbətlər arasında Ermənistanla sülhdür, hansı ki, keçən ilin avqust ayında paraflanmışdır və onun paraflandığı yer də çox rəmzi məna daşıyır. O, Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmışdır. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri öz imzalarını atmışdılar, - sülh sazişinə yox, - lakin sənəd Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə paraflanmışdır və üçtərəfli Bəyannamə də imzalanmışdır. Amerika Prezidenti onu şahid qismində imzalamışdır. Beləliklə biz, nəinki ədaləti bərpa etməyə, ərazilərimizi işğaldan azad etməyə, Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz ölkələrinin tarixində heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail olduq, eyni zamanda, Ağ Evdə bunu möhürlədik. Sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm və Foruma uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. x x x Tədbir digər çıxışlarla davam edib.BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxış edərək dedi: “Zati-aliləri cənab İlham Əliyev, həmişəki kimi ilhamverici öhdəliklər, ideyalar, baxışınıza görə çox sağ olun. Təşəkkür edirik ki, Siz bizi bu çox vacib Foruma dəvət etdiniz. Xanım Leyla Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm. Hörmətli din xadimləri, zati-aliləri, mötəbər qonaqlar, əziz dostlar. Yenidən Bakıda olmaq mənim üçün böyük məmnuniyyətdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bizi yenidən bir araya gətirdiklərinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə səmimi təşəkkürümü bildirirəm. BMT Sivilizasiyalar Alyansı UNESCO, ICESCO və BMT-nin Turizm Təşkilatı ilə birlikdə bu mühüm platformaya dəstək vermək istiqamətində Mədəniyyət Nazirliyi ilə uzunmüddətli tərəfdaşlığı davam etdirməkdən qürur duyur. Bu VII Forum 2011-ci ildə burada keçirilən ilk Ümumdünya Forumunun 15 illik yubileyinə təsadüf edir".Migel Anxel Moratinos Qubada Beynəlxalq Gənclər Forumunun təşkil olunduğunu da bildirdi: "Qubada başlayan tədbir bu gün və sabah Heydər Əliyev Mərkəzində davam etdiriləcəkdir. Bu onu göstərir ki, mədəniyyətlərarası dialoq necə müzakirə mövzusu ola, eyni zamanda, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub xalqları necə birləşdirə bilər".O, “Bakı Prosesi”nin əməkdaşlığa verdiyi töhfələri vurğulayaraq dedi: "2008-ci ildə “Bakı Prosesi” müxtəlif ölkələrin hökumətlərinin, vətəndaş cəmiyyətlərinin, beynəlxalq təşkilatların nümayəndələrini və gəncləri bir araya gətirmişdi. O vaxt irəli sürülən təkliflər artıq yeni tərəfdaşlıqlara çevrilmişdi. Bu da bizim yeni fəlsəfəmizdir və Azərbaycan tərəfindən sülhün yayılması fəlsəfəsidir. Azərbaycan öz əlini bütün regionda mədəniyyətlərarası əməkdaşlığı inkişaf etdirməyə uzadıb. Bu da VII Forumun əsas mövzularından biridir". x x x İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Mənim üçün çox sevindirici haldır ki, bu gün sizlərlə birgə bu gözəl Bakı şəhərində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm. Mən, ilk növbədə, cənab Prezident İlham Əliyevə qonaqpərvərliyə və yüksək səviyyədə təşkilatçılığa görə öz təşəkkürümü bildirmək istəyirəm. Parçalanan dünyada körpülərin salınması məsələsi əlbəttə ki, olduqca önəmlidir. Təbii ki, bu, dünyada sülhün daha da mükəmməl şəkildə təmin edilməsinə töhfəsini verir və buna görə göstərdiyi səylər üçün Azərbaycana təşəkkürümü bildirirəm. Hörmətli Prezident və hörmətli iştirakçılar, qeyd etmək istəyirəm ki, Bakı Forumu dünyanın müxtəlif bölgələrindən insanları bir araya gətirib. Biz əlbəttə ki, dünya səviyyəsində sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması üçün əlimizdən gələni edirik və etməliyik. Həqiqətən Azərbaycanda islami dəyərlər və dinlərarası birgəyaşayış olduqca yüksək səviyyədədir. Cənab Prezident, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə İslam Əməkdaşlıq Təşkilatı adından Sizə bir daha təşəkkürümü bildirirəm". x x x BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirakından məmnunluğunu ifadə etdi. O, “Bakı Prosesi” vasitəsilə dialoqun təşviqinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə minnətdarlığını bildirərək dedi: “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Sizə qoşulmaq mənim üçün böyük şərəfdir. Çox sevinirəm ki, yenidən bu önəmli Forumda çıxış edirəm. Gözəl qonaqpərvərliyə, eyni zamanda, “Bakı Prosesi” çərçivəsində dialoqun təşviqinə və göstərilən səylərə görə şəxsən Zati-aliləri cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə minnətdaram”. Aleksandr Zuyev dini və mədəniyyət abidələrinin terror hücumlarından qorunmasının vacibliyinə diqqət çəkdi, Azərbaycanın dini irsə və dinlərarası dialoqa verdiyi əhəmiyyəti vurğulayaraq bildirdi: “BMT-nin qlobal proqramı dini və mədəni obyektləri qorumağa kömək edir. Çünki bu təhlükələr çox vaxt icmalardan kənara çıxır, cəmiyyətlərdə qorxu və ayrı-seçkilik yaradır. Ona görə də bu obyektlərin mühafizəsi birgəyaşayış arzusunu və imkanlarını qoruyub saxlamaq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın dini irsə və dinlərarası dialoqa verdiyi önəmi nəzərə alsaq, bu fəaliyyət bu ölkə üçün xüsusilə aktualdır. Terrorçuluqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası arasında daha yaxın əməkdaşlığın gücləndirilməsinə çalışırıq”. x x x İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayaraq dedi: "Prezident İlham Əliyevin “Bakı Prosesi”nə davamlı dəstəyi mədəniyyətlərarası dialoq üçün beynəlxalq miqyasda uzunömürlü bir platforma yaradıb. Bu Forum bizi qarşımızda duran öhdəliyi konkret qərarlara çevirməyə, insan ləyaqətinin qorunmasını təmin edən addımlar atmağa çağırır”. Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın müxtəlif ölkələrdə təhsilin inkişafına verdiyi dəstəkdən də danışdı. O qeyd etdi: “Azərbaycanın dəstəyi bizə imkan verir ki, Suriyada 100-dən çox məktəbi bərpa edək və 10 yeni məktəb tikə bilək. Heydər Əliyev Fondu vasitəsilə biz Burkina-Fasoda və Nigerdə qızların təhsilini dəstəkləyirik”. ICESCO-nun Baş direktoru qurumun texniki missiyalarının Qarabağa və Şərqi Zəngəzura səfərini, işğal nəticəsində orada dağıntıların qeydə alındığını xatırlatdı. O, Heydər Əliyev Fondunun dəstəyi ilə təsis olunmuş ICESCO-Azərbaycan Natəvan Mədəni İrs Mükafatının əhəmiyyətindən də danışaraq bildirdi: “ICESCO-nun Qarabağa və Şərqi Zəngəzura iki texniki missiyası işğal nəticəsində mirasın dağıdılmasının şahidi oldu”. Cənab Prezident, Azərbaycana təşəkkür edirəm ki, bu platformanı yaşadırsınız və dəstəkləyirsiniz. Bu dialoqun müvəffəqiyyəti məhz bununla ölçülür”. x x x Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveys Azərbaycanın aralarında ciddi fikir ayrılıqları olan ölkələrin nümayəndələrini Bakıda təşkil olunan AQEM Sammitində bir araya gətirməsinə diqqət çəkərək vurğuladı: “Mən cənab İlham Əliyevlə görüşəndə o, müxtəlif ölkələrin nümayəndələrinin eyni masa arxasında bir araya gətirilməsinə toxundu və AQEM Sammiti barədə də danışdı. Qeyd etdi ki, AQEM Asiyada etimadın yaradılması üçün çox vacib platformadır. Əlbəttə ki, razılıq kifayət etmir və ona görə Birgə Bəyannamə də qəbul olundu. Fərqlər var, əlbəttə ki, onlar qalır, amma buna baxmayaraq, ölkələr tərəfindən birlikdə addım atılmışdı. Zati-aliləri cənab Prezident, “Bakı Prosesi” vasitəsilə Azərbaycan həmin o təmkin tələb edən işi, ölkələri, mədəniyyətləri bir araya gətirməyi dəstəklədi. Sizə səmimi-qəlbdən təşəkkürümüzü bildirmək istəyirik ki, bizim üçün görüşməyə, dinləməyə imkan yaratdınız, yer verdiniz. Ümumi əsaslar formalaşdı. Əməkdaşlıq bax, buradan başlayır". x x x UNESCO-nun Baş direktorunun müavini Asa Regner rəhbərlik etdiyi təşkilatla Azərbaycanın əməkdaşlığının vacibliyini vurğulayaraq dedi: “Bu gün gözəl Bakı şəhərində bu Forumda iştirak etmək mənim üçün şərəfdir. Mən Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyinizə və Azərbaycanın uzun illər ərzində UNESCO ilə apardığı əməkdaşlığa görə minnətdaram”. O, Bakıda yeni mədəniyyətlərarası rəqəmsal imkanlar təşəbbüsünü təqdim etdiklərini xatırladaraq bildirdi ki, bu, tənqidi düşüncəni, mədəni maarifləndirməni rəqəmsal təhsilə gətirəcək. Bundan başqa, biz sülh vasitəsilə gənclərin cəlb edilməsinə də dəstək göstəririk. Asa Regner UNESCO-nun bu Forumun mədəniyyətlərarası dialoq platformasına çevrilməsi üçün Azərbaycanla birgə səy göstərdiyini qeyd edərək vurğuladı: “UNESCO əlindən gələni etdi ki, bu Forum mədəniyyətlərarası platformaya çevrilsin. Biz Azərbaycanla və digər ölkələrlə birlikdə buna nail olmağa çalışdıq. Bu gün bu dialoqu konkret tədbirə, hərəkətə çevirmək üçün qarşımızda fürsət var. Bu, bir iddiadır, biz bunu insanlar üçün edirik. UNESCO Azərbaycanla, bütün tərəfdaşlarla işi davam etdirir ki, mədəniyyətlərarası dialoq praktikada sülh və bütün dünyada xalqlar, insanlar üçün yaxşı zəmin olsun”.</description>
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar VİDEO
                <description>Bakı, 27 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.</description>
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO
                <description>Bakı, 27 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb.AZƏRTAC paylaşımı təqdim edir:  </description>
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib VİDEO
                <description>Bakı, 27 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.AZƏRTAC xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirdi.ICESCO-nun Baş direktoru təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ICESCO-nun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edərək, Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.Səlim bin Məhəmməd əl-Malik bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd etdi, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxundu.Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini bildirdi.Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi həyata keçirəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğuladı.Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.</description>
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib VİDEO
                <description>Bakı, 26 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı. Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.</description>
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB  VİDEO
                <description>Bakı, 26 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğuladı. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini dedi və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırlatdı. Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini dedi. İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu dedi. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı. İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını dedi.Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırlatdı. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd etdi. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini dedi. Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulandı və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıldı.</description>
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib VİDEO
                <description>Bakı, 26 oktyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olundu, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi. Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulandı, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edildi.</description>
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib VİDEO
                <description>Bakı, 26 oktyabr, AZƏRTACOktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib.AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırdı. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğuladı.Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd etdi.O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir etdi və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğuladı.Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirdi.Prezident İlham Əliyev Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında çoxillik uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətinə dəstəyini davam etdirəcəyini dedi. Dövlətimizin başçısı Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətini vurğuladı.Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.</description>
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib
                <description>Bakı, 26 oktyabr, AZƏRTAC Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib.AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident sosial media hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:“Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur.Hörmətli Fərhad müəllim!Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə,MEHRİBAN”.</description>
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib VİDEO
                <description>Bakı, 26 oktyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının sabiq Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı. Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi. Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir. Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.</description>
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb VİDEO
                <description>Bakı, 25 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı və festivalının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb.AZƏRTAC paylaşımı təqdim edir.Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər. Açılış mərasimindən sonra keçirilən Azərbaycan-Timor-Leste yığmalarının oyunu milli komandamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb.</description>
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib  YENİLƏNİB 2  VİDEO
                <description>Bakı, 24 oktyabr, AZƏRTAC Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşdülər. Canni İnfantino dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi.Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra FIFA U-15 dünya çempionatına və festivalına həsr edilən videoçarx nümayiş etdirildi.Tədbirdə çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasiminə qatılan qonaqları salamladı və Azərbaycanın 189 ölkənin milli komandasını bir araya gətirən bu böyük turnirə ev sahibliyi etdiyini bildirdi. Azərbaycanın bu turnirin təşkilində FIFA ilə tərəfdaşlıq etdiyini vurğulayan Samir Şərifov ölkəmizə etimad göstərdiyi üçün ali futbol qurumuna təşəkkürünü bildirdi. O, tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının ən qısa müddətdə və yüksək standartlar əsasında keçirilməsini təmin etdiyinə, bu konsepsiyanın reallığa çevrilməsi üçün göstərdiyi liderliyə və qətiyyətli dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.FIFA prezidenti Canni İnfantino çıxışında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatının və festivalının dünyanı birləşdirdiyini vurğuladı, Bakıda üç mindən çox futbolçunun və rəsmi nümayəndənin turnirdə iştirak etdiyini diqqətə çatdırdı. O, turnirdə iştirak edən 189 komanda ilə yanaşı, könüllülərin və işçilərin yarışın işinə töhfə verəcəklərini dedi. Futbolçulara səslənən FIFA prezidenti onları turnirdən zövq almağa, ədalətli mübarizə aparmağa, rəqiblərinə hörmət göstərməyə və oyun qaydalarına əməl etməyə çağırdı. Canni İnfantino növbəti yeddi gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirdi, Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd etdi. Sonra FIFA U-15 dünya çempionatı və festivalı açıq elan edildi. Daha sonra müxtəlif ölkələri təmsil edən komandaların üzvlərinin təəssüratlarının da yer aldığı videoçarx nümayiş olundu.Tədbir bədii proqramla davam etdirildi. X X X Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izlədilər.Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatdı. X X X Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşdülər. Prezident İlham Əliyev dedi: Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz. Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.Futbolçular: Sağ olun.</description>
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB VİDEO
                <description>Bakı, 23 oktyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.AZƏRTAC xəbər verir ki, Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev dedi: -Hörmətli Fərhad müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər öz sənətinizlə xalqımızı sevindirirsiniz, cəmiyyətdə böyük rəğbət qazanmısınız. Əsərləriniz dünyanın müxtəlif yerlərində nümayiş olunur. Siz Azərbaycanın gözəlliyini təsvir edirsiniz, ölkəmizi dünyada tanıdırsınız. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə müstəqillik illərində Azərbaycanın müasir ölkə, istedadlarla zəngin ölkə kimi tanıdılmasında sizin böyük rolunuz vardır. Eyni zamanda, siz gənc rəssamları yetişdirərək yeni nəsil rəssamlar yetişdirmisiniz. Onlar da sizin əsərlərinizdən ilhamlanıb öz istedadlarını göstərirlər. Bir də 40 ilə yaxındır ki, Rəssamlar İttifaqının sədri kimi böyük fəaliyyət göstərirsiniz. Ölkəmizin ictimai həyatında da çox fəalsınız. Bütün məsələlərlə bağlı sizin çox gözəl vətəndaşlıq mövqeyiniz var, bunu da xalqımız yaxşı bilir. Sizi tanıyanlar həm sizə böyük hörmət bəsləyirlər, həm də ən xoş fikirlər ifadə edirlər, o cümlədən də mən. Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim.Dövlətimizin başçısı “İstiqlal” ordenini Fərhad Xəlilova təqdim etdi.Prezident İlham Əliyev: Təbrik edirəm.Fərhad Xəlilov: Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacağam. Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz.Sonra çıxış edən Fərhad Xəlilov dedi: “Cənab Prezident, icazə verin, mənə verilən bu qiymətə, dövlətimizin qiymətinə görə Sizə dərin təşəkkürümü bildirim. Təşəkkür edirəm. Doğrudan da həyatımda çalışmışam ölkəmizə sədaqətli olum, əlimdən gələni edim, bundan sonra da edəcəyəm. Fürsətdən istifadə edərək deyirəm ki, xeyli vaxtdır görüşmürük. Ona görə də lap səmimi deyirəm, bir az darıxmışam. Amma fürsətdən istifadə edərək, hərdən Sizə yazıram. Amma bu gün burada Sizə demək istəyirəm ki, Azərbaycan qısa zamanda bütün dünyaya sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Bu, doğrudan fantastik bir məsələdir. Ona görə ki, hələ bir neçə müddət bundan qabaq Azərbaycanı tanımırdılar, harada olduğunu bilmirdilər”.Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı dedi: “44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman - lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu. Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram”.Leyla Əliyevanın yaradıcılığından da söz açan, onun əsərlərinin böyük maraqla qarşılandığını bildirən Fərhad Xəlilov dedi: “Biz Leyla xanımla Aşqabadda idik, orada səmimi dedim ki, mənim ən çox xoşuma gələn işlər bunlardır. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən bu gün Sizinlə görüşümə çox şadam ki, Sizi belə gümrah, belə yaxşı formada görürəm”.Prezident İlham Əliyev: Çox sağ ol, Fərhad müəllim. Xoş sözlərə görə təşəkkür edirəm. Siz Ulu Öndər haqqında danışdınız. Əlbəttə ki, o, mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim. Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də. Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır. Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət. Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz.Fərhad Xəlilov: Çox sağ olun.</description>
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib VİDEO
                <description>Bakı, 23 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.AZƏRTAC xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirdi.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu. Bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.</description>
Prezidentin Mətbuat Xidmətinin məlumatı
                <description>Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.</description>
Prezidentin Mətbuat Xidmətinin məlumatı
                <description>Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.</description>
Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb VİDEO
                <description>Bakı, 19 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb.AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.</description>
                <description>Bakı, 18 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb.AZƏRTAC icmalı təqdim edir.</description>
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
                <description>Bakı, 18 oktyabr, AZƏRTAC Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”.</description>
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO
                <description>Bakı, 16 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb. AZƏRTAC paylaşımı təqdim edir:</description>
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO
                <description>Bakı, 16 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi.Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı. Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu dedi. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğuladı. O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini bildirdi.Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunuldu, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulandı.</description>
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO
                <description>Bakı, 16 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.</description>
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO
                <description>Bakı, 15 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial media hesablarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş və Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışı ilə bağlı videoçarx paylaşılıb.AZƏRTAC paylaşımı təqdim edir:</description>
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2  VİDEO
                <description>Bakı, 15 oktyabr, AZƏRTACOktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq elan edərək dedi:-Hörmətli dövlət və hökumət başçıları.Hörmətli nümayəndə heyətləri rəhbərləri.Xanımlar və cənablar.Sizləri Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə salamlamağa şadam. Dəvətimizi qəbul etdiyiniz üçün hamınıza minnətdarlığımı bildirirəm. AQEM-in dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşünü açıq elan edirəm. İlk növbədə, biz gündəliyi təsdiq etməliyik. Əgər gündəliklə bağlı hər hansı bir təklif yoxdursa, gündəlik təsdiq olunur. Gündəlikdə duran məsələlərdən biri Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması haqqında qərardır. Bu, gündəliyimizin üçüncü bəndidir və Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərarı qəbul etməyi təklif edirəm. Etiraz yoxdursa, Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə qərar qəbul edildi. Təbrik edirəm.Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət qismində qəbul olunması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisədir. Bunun məhz Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsini yüksək qiymətləndiririk.Zati-aliləri Prezident Thonqlun Sisuliti və bütünlükdə hamımızı qəbul edilmiş qərar münasibətilə təbrik edirəm. Gündəliyin növbəti bəndi nümayəndə heyəti rəhbərlərinin çıxışlarıdır. İcazənizlə, AQEM-in hazırkı sədri qismində birinci mən çıxış edəcəyəm. Prezident İlham Əliyevin çıxışı   -Hörmətli dövlət və hökumət başçıları, xanımlar və cənablar, Azərbaycana xoş gəlmisiniz. İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir. Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı. Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı. 2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı. Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi. Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur. Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər. Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır. Hörmətli xanımlar və cənablar, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun. x x x Görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir etdiklərini dedi: -Zati-aliləri, mən Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevə səmimi qonaqpərvərliyə və Zirvə Görüşünün mükəmməl təşkilinə görə səmimi minnətdarlığımı ifadə edirəm. Qədim tarixi və müasir yenilikləri əks etdirən ecazkar Bakı şəhərinə yenidən qayıtmaq məndə həqiqətən də məmnunluq hissi oyadır. Prezident Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi çırağı kimi üzə çıxıb - istər söhbət iqtisadiyyatdan, istərsə də beynəlxalq münasibətlərdən getsin. Biz bu təlatümlü və proqnozlaşdırılması çətin olan dünyada dialoq, etimad və hərtərəfli əməkdaşlıq üçün bənzərsiz platforma kimi AQEM-in potensialının möhkəmləndirilməsinə hədəflənmiş Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir edirik. 2022-ci ildə Astanada keçirilmiş 6-cı Zirvə Görüşündə AQEM-ə üzv dövlətlər Müşavirənin tamhüquqlu beynəlxalq təsisata çevrilməsi barədə razılığa gəldilər. Azərbaycanın sədrliyi indi bu missiyanı böyük ləyaqətlə yerinə yetirir və bizim üçün yol bələdçisi kimi AQEM Nizamnaməsinin qəbul edilməsini səbirsizliklə gözləyirik. Prezident Kasım-Jomart Tokayev bildirdi ki, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə keçən Trans-Xəzər fiber-optik xəttini birgə işə salaraq artıq bu vacib mərhələni qeyd edirlər.Qazaxıstan Prezidenti dedi: “Bu bənzərsiz rəqəmsal ipək yolu layihəsi Avrasiyada daha sürətli və daha təhlükəsiz məlumatlar ötürülməsini təmin edəcək və bununla da Asiyanın rəqəmsal potensialını gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar açacaq”. Kasım-Jomart Tokayev Ermənistan ilə Azərbaycan arasında hazırkı vəziyyəti müsbət qiymətləndirdiyini bildirərək əlavə etdi: “Biz Azərbaycan və Ermənistan arasında baş tutmuş barışığı alqışlayırıq. Onillərlə davam edən dərin fikir ayrılıqlarından sonra bu yaxınlaşma Şərq və Qərb arasında qapı yaradan yeni imkanlara yol açır”.Qazaxıstan Prezidenti “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsindən də danışaraq bildirdi: “Ötən il Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla Xəzər Yaşıl Enerji Dəhlizinin təməlini qoyublar. Bu dəhliz bizim elektrik enerjisi şəbəkələrimizi birləşdirmək və onları Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırmaq üçün nəzərdə tutulub. Azərbaycanla birlikdə biz Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstan xam neftinin nəqlini artırmağı nəzərdə tuturuq”. Kasım-Jomart Tokayev BMT sistemi çərçivəsində Beynəlxalq Su Təşkilatının təsis edilməsi təklifindən danışaraq bildirdi ki, bu, Mərkəzi Asiya ölkələri və Azərbaycan adından birgə təşəbbüs qismində irəli sürülə və buraya bütün AQEM üzv dövlətləri qoşula bilərlər. Qazaxıstan Prezidenti Azərbaycana AQEM-ə sədrliyi dövründə uğurlar arzulayaraq vurğuladı: “Qazaxıstan bu şərəfli vəzifəni həyata keçirmək üçün Azərbaycanın sadiqliyini və Prezident İlham Əliyevin şəxsi diqqətini yüksək qiymətləndirir. Biz bu məsələyə olan səmimi bağlılığa köklənməyə hazırıq. Bu gün qəbul etdiyimiz Bakı Bəyannaməsinin qarşıdakı işlər üçün möhkəm təməl kimi xidmət edəcəyinə əminəm. Qazaxıstan bu məsələdə Azərbaycanın yanında möhkəm dayanır. Çox sağ olun”. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndəsinin AQEM-in Baş katibi vəzifəsinə namizədliyini və Azərbaycan tərəfinin bu təşkilatda sədrliyini 2028-ci ilə qədər davam etdirmək niyyətini dəstəklədiyini bildirdi və bu məsuliyyətli missiyanın yerinə yetirilməsində ölkəmizə uğurlar arzu edərək dedi: “Hörmətli İlham Heydər oğlu, hörmətli dövlət başçıları, nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar. Qonaqpərvər Azərbaycan torpağında yenidən olmağa və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünün bütün iştirakçılarını salamlamağa şadam. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə səmimi qəbul və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edirəm. Sizin uğurlu rəhbərliyinizlə Azərbaycanın dinamik inkişafına, dünyada nüfuzunun artmasına və qardaş Azərbaycan xalqının rifahının durmadan yüksəlməsinə ürəkdən sevinirik. Bu, bizdə ölkə rəhbərliyinə dərin hörmət hissləri oyadır. Biz, həmçinin Azərbaycanın sədrliyini yüksək qiymətləndiririk. Bunun sayəsində AQEM təşkilatı çərçivəsində dialoqumuz daha dolğun və faydalı oldu”.Tacikistan Prezidenti Emoməli Rəhmon da tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək dedi: “Zati-aliləri, əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə Görüşün yüksək səviyyədə təşkilinə, çox isti salamlamaya və bizi burada qarşıladığına görə təşəkkürümü bildirirəm”. Qırğızıstan Prezidenti Sadır Japarov da Qırğız Respublikasının Azərbaycana lazımi dəstəyi göstərməyə və ümumi fəaliyyətə öz töhfəsini verməyə hazır olduğunu bildirərək vurğuladı: “Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə Görüşümüzün təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycan tərəfinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyətinin inkişafına verdiyi mühüm töhfəni böyük məmnuniyyətlə qeyd edirəm. Azərbaycan tərəfinin sədrliyinin 2028-ci ilədək davam etdirilməsi təşəbbüsünü alqışlamaq istərdim. Bu, Müşavirənin fəaliyyətində varisliyin qorunmasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə imkan verəcək. İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanın sədrliyi dövründə AQEM-i daha da canlandırdığını vurğulayaraq bildirdi: “Təsirli regional tərəfdaşlıq, tolerantlıq, etimad tədbirləri və quruculuğu ilə ahənglik təşkil edən ölkədə - Azərbaycanda bir araya gəlməyimiz çox yerinə düşür. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan sabitlik nümunəsinə çevrilməklə inanılmaz iqtisadi artıma nail olub və regiondakı ölkələrlə sıx əlaqələr qurub. Dünyada gərginliklərin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı bir dövrdə Azərbaycan AQEM-in diqqətini ən vacib məsələlərə yönəldə bilib. Bunlar konstruktiv dialoq, davamlı tərəfdaşlıq və ortaq maraqların axtarışıdır”. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit səmimi qonaqpərvərliyə görə təşəkkür edərək dedi: “Mən Azərbaycan xalqına, Hökumətinə qonaqpərvərliyə və təşkilatçılığa görə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Bu gözəl Bakı şəhərində bizi qəbul etdiyinizə görə çox sağ olun. Bundan başqa, Zati-aliləri cənab İlham Əliyevə AQEM-in 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə səmimi təbriklərimi çatdırmaq istərdim. 2021-ci ildən istifadəyə verilmiş Laos-Çin dəmir yolları Laosu bu fikrin reallaşmasına gətirib çıxarıb. Bu addıma isə sürətli tranzit sərnişindaşımaları və sərhədlərarası yükdaşımalar imkan verib. Gələcəyə baxaraq biz bu əhəmiyyətli dəmir yolu şəbəkəsinin Mərkəzi Asiyaya və daha geniş Avrasiya regionuna, xüsusilə dəhliz olaraq Azərbaycana uzadılmasında əməkdaşlıq etmək istəyirik”.Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Zirvə Görüşünün təşkilinə görə təşəkkür edərək bildirdi: “İcazə verin, ilk növbədə, hazırkı tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və konstruktiv iş üçün əlverişli şəraitin yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin nəticələrini yüksək qiymətləndiririk. Bu kontekstdə xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan AQEM-in sədri kimi onun məqsəd və vəzifələrinə qəti sadiqliyini nümayiş etdirərək qarşılıqlı fəaliyyətin inkişafı və etimadın möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində qətiyyət və ardıcıllıq göstərib. Eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə fəal töhfə verib”.Kamboca Krallığının Baş naziri Hun Manet ölkəsinin AQEM-in 7-ci Zirvə Görüşünün Bakı Bəyannaməsinin qəbul edilməsini, əməyin mühafizəsi və səhiyyə sahəsində əməkdaşlığa dair bəyanatı tam dəstəklədiyini vurğulayaraq bildirdi: “Mənim nümayəndə heyətimə göstərdikləri səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, Azərbaycan Hökumətinə və xalqına dərin minnətdarlığımı bildirmək istərdim. Mən Azərbaycanın sədrliyini yüksək qiymətləndirirəm və AQEM-ə sədrliyinin 2026-cı ildən 2028-ci ilədək uzadılması münasibətilə təbriklərimi çatdırıram. Mən, həmçinin bu tədbirin yüksək səviyyədə təşkilinə görə AQEM-in sədrliyini və katibliyini təqdir edirəm. Bakı Bəyannaməsində bir daha öz təsdiqini tapmış prinsiplər, o cümlədən BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, suveren bərabərlik, ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə nizamlanmasına hörmət, bütün bunlar sadəcə bir arzu deyil, sülh və sabitlik üçün zəruri təməldir”.Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ölkəsinin Azərbaycanın AQEM-ə sədrliyini çox yüksək qiymətləndirdiyini vurğulayaraq dedi: “İstərdim bir daha xoş və mehriban qonaqpərvərliyə görə Azərbaycan xalqına və Hökumətinə təşəkkürümü ifadə edim. Regionun qarşısında və bütün dünyanın qarşısında duran çağırışların fonunda Azərbaycan dialoqun və əməkdaşlığın inkişafına böyük töhfə verir. Eyni zamanda, bu tədbirin təşkil olunmasına böyük töhfə verib. Fürsətdən istifadə edib Azərbaycanı sədr olaraq bir daha salamlamaq istərdim. AQEM-in 7-ci Zirvə Görüşündə Bakı Bəyannaməsi, Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanat qəbul olunub. Zirvə Görüşünün mövzusu inkişafın praktiki yolunu göstərir, maraqları uzlaşdırmaq üçün bərabər, şəffaf bağlantını təşviq edir. Həmçinin imkanları genişləndirmək üçün inklüziv rəqəmsallaşdırmaya imkan yaradır və ümumi rifaha nail olmaq məqsədilə inkişafın bəhrəsini paylaşır. Bütün bunlar AQEM-in daha da güclənməsinə xidmət edir”.Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko müşavirənin gələcəkdə tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş təşəbbüsü alqışladığını bildirərək dedi: “Hörmətli İlham Heydər oğlu, hörmətli nümayəndə heyətlərinin rəhbərləri. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun adından tədbir iştirakçılarını salamlayıram. Göstərilən qonaqpərvərliyə və tədbirin ən yüksək səviyyədə təşkilinə görə Azərbaycanın rəhbərliyinə təşəkkürümü bildirirəm. Müşavirənin gələcəkdə tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş təşəbbüsü alqışlayırıq. Şübhəsiz ki, bu prosesə Azərbaycanın səmərəli sədrliyi mühüm töhfə verib və sədrliyin növbəti iki il ərzində də davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan bu təklifin həyata keçirilməsində liderliyi öz üzərinə götürüb”.Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi də əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edərək dedi: “Azərbaycan ikiillik sədrliyi dövründə iqlim dözümlülüyü, yaşıl enerjiyə keçid istiqamətində uğurlu fəaliyyətlər göstərib. Çin tərəfi də Azərbaycanın sədrliyini davam etdirməsini dəstəkləyir”. x x x Zirvə Görüşü işini digər çıxışlarla davam etdirib.</description>
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO
                <description>Bakı, 15 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb.AZƏRTAC paylaşımı təqdim edir:  </description>
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb  YENİLƏNİB  VİDEO
                <description>Bakı, 15 oktyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu dedi. Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı. Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundular.</description>
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO
                <description>Bakı, 15 oktyabr, AZƏRTAC Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.</description>
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər VİDEO
                <description>Bakı, 15 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi. Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi. Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar. X X X Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.Dövlət başçılarına layihə barədə məlumat verildi. Bildirildi ki, “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır. X X X Azərbaycan və Qazaxıstan prezidentləri layihənin rəsmi açılışını bildirən düyməni basdılar. X X X Sonra Prezident Kasım-Jomart Tokayev dedi:-Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür.Prezident İlham Əliyev dedi:-Bəli. O cümlədən Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır. Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.Prezident Kasım-Jomart Tokayev dedi: Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir. X X X Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə etdilər.Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Samruk-Kazına” Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə “Samruk-Kazına” SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə etdilər.</description>
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTACOktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva tədbirdə iştirak ediblər.</description>
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olundu, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu.</description>
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB  VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı. Bu xüsusda səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə olundu.Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Prezident Şavkat Mirziyoyev ölkəmizin inkişafının və tərəqqisinin qardaş özbək xalqını sevindirdiyini vurğuladı. Özbəkistan Prezidenti Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bütün bunları ölkəmizin nüfuzunun göstəricisi kimi qiymətləndirdiyini dedi.Söhbət zamanı bütün sahələrdə səmərəli əlaqələr məmnunluqla qeyd edildi, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulandı. Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirildi, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edildi. Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi apardılar.</description>
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub.AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi. Prezident İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirdi və bundan məmnunluğunu ifadə etdi.İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi.Dövlətimizin başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğuladı.Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.</description>
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.AZƏRTAC xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu dedi. Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğuladı. Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini dedi. Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.</description>
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb. Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır. Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd etdi, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirdi. Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğuladı.O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı.Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Dövlətimizin başçısı ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğuladı. Prezident İlham Əliyev, həmçinin “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladı. Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi. Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğuladı.Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd etdi. Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulandı.</description>
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirdi, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını dedi. Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğuladı. Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir. Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirdi. Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlandı, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edildi.Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd etdi. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırladı. Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə “PetroVyetnam” arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirdi, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırladı.</description>
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO
                <description>Bakı, 14 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir. Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi. Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə etdi.Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulandı.Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.</description>
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB  VİDEO
                <description>Bakı, 13 oktyabr, AZƏRTACOktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı   -Hörmətli cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar.İlk növbədə, bir daha cənab Prezident, Sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz. Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır. Parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır. Yəni ki, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır. Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa. Söhbət əsnasında bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik. Əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır. Müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və nəqliyyatdır. Cənab Prezident bildirdi ki, onların qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər. Mən də öz tərəfimdən bildirdim ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var. Laos bizim üçün dost ölkədir, yenə də deyirəm, 30 ildən çoxdur ki, davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir. Cənab Prezidentin Azərbaycana rəsmi səfəri və ayın 15-də Zirvə görüşündə nəzərdə tutulan iştirakı bunu bir daha göstərir. Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Cənab Prezident, səfər etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm, ən xoş arzularımı çatdırıram. Sağ olun. x x x Sonra Laos Prezidenti bəyanatla çıxış etdi. Prezident Thonqlun Sisulitin bəyanatı   -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, çox sağ olun. Bu gün burada Azərbaycanın mətbuat nümayəndələri ilə görüşmək mənim üçün böyük şərəfdir. Xoş sözlərinizə görə təşəkkür edirəm. Bəyanatınız çox hərtərəfli idi və ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini və əməkdaşlığı genişləndirmək, gələcəkdə daha da çox sahələri əhatə etmək üçün bu gün burada keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərdə müzakirə etdiklərimizin hamısını əhatə etdi. Bu gün Zati-aliləri cənab Prezident məni çox yaxşı qəbul etdi. Qeyd etmək istərdim ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir. Bunlar ənənəvi əlaqələrə əsaslanır, çünki vaxtilə biz sabiq Prezidentiniz Heydər Əliyevi ölkəmizdə qəbul etmişdik. O vaxt Heydər Əliyev Laosa SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini və Siyasi Büronun üzvü qismində səfər etmişdi. O, 1986-cı ildə partiyamızın dördüncü qurultayında iştirak etmişdi. Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayında möhtəşəm çıxışı və bəyanatı ilə Laos xalqına çox yaxşı təsir bağışlaması haqqında bizim çox xoş xatirələrimiz var. Bu gün mən bizim xalqımızla yaxşı münasibətlərin təməlini qoyan Prezidentin oğlu, Zati-aliləri Prezident İlham Əliyevə bir daha səmimi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmin ənənəvi əlaqələrin davamçısıdır. Prezident Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti Laosun Baş nazirinin müavini və xarici işləri naziri Tonqsavan Fomfihan ilə üzbəüz əyləşmişdir. O da Laosun sevimli sabiq Prezidenti Keyson Fomfihanın oğludur. Bu da bizim əlaqələrimizin yüksəldiyini və bugünkü rəsmi səfərimin yaxşı nəticələrini əks etdirir. Görüşlərimizlə bağlı xatirələriniz haqqında fikirlərinizi tam dəstəkləyirəm. Prezident İlham Əliyev, həmçinin ənənəvi müsbət xarakter daşıyan ikitərəfli əlaqələrimizin yenidən qiymətləndirilməli, parlamentlərarası və siyasi əlaqələrdən savayı əməkdaşlıq sahələrinin daha da genişləndirilməli olduğunu vurğuladı. Biz iqtisadiyyat, ticarət, investisiyalar, xalqlararası mübadilələr, turizm, insan resurslarının inkişafı sahələrində əlavə imkanları araşdırmalıyıq ki, Laosun bu sahələrə çıxışı olsun.Mən həqiqətən inanıram ki, bu rəsmi səfər ölkələrimizin müvafiq qurumlarına dövlət başçıları səviyyəsində aparılmış müzakirələrin nəticələrini daha ətraflı müzakirə etmək tapşırığını vermək imkanı yaradacaq. Biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var. Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq. Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq. Biz, həmçinin bir çox digər sahələrdə də araşdırma və müzakirələri davam etdirəcəyik. Bu rəsmi səfər çərçivəsində bizim Azərbaycan Milli Məclisinin sədrli ilə görüşmək imkanımız olacaq. Biz ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın davam etdirilməsini təşviq edəcəyik. Əlbəttə ki, hökumətlər bizim bu gün burada keçirdiyimiz görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasında əsas hərəkətverici qüvvə olacaq. Mən, həmçinin Azərbaycanın Baş naziri ilə görüşəcəyəm. Mən ona müvafiq sahələr üzrə əməkdaşlığı davam etdirməyi təklif edəcəyəm. Mən investisiya, təhsil, enerji sahələrinin və Azərbaycan üçün maraq kəsb edən digər sahələrin genişləndirilməsində mühüm rol oynaya biləcək daha çox nazir göndərəcəyəm ki, ətraflı müzakirələr davam etdirilsin və gələcəkdə əməkdaşlığımız həyata keçirilsin. Mənə və nümayəndə heyətinə göstərdiyi səmimi qarşılanmaya görə bir daha Zati-aliləri Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm. Çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı. Cənab Prezident, bir daha təşəkkür edirəm.</description>
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub  YENİLƏNİB  VİDEO
                <description>Bakı, 13 oktyabr, AZƏRTACOktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi: - Bir daha xoş gəlmisiniz, cənab Prezident. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycanı ziyarət edirsiniz. Əminəm ki, səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bizim elə indicə təkbətək görüşümüz oldu. Bu görüşdə biz ikitərəfli gündəliyimizi, o cümlədən siyasi və iqtisadi sahələri, qarşılıqlı maraq doğuran digər sahələri geniş müzakirə etdik. İndi isə müzakirələrimizi nümayəndə heyətlərinin iştirakı ilə davam etdirəcəyik. Hesab edirəm ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə ki, biz iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik. Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Hesab edirəm ki, hər iki tərəfin biznes dairələri bu imkanı araşdıracaq. Eyni zamanda, müzakirə etdiyimiz kimi, Sizin Milli Məclisin sədri və Baş nazir ilə görüşləriniz olacaq, müzakirələr davam edəcək. Ümumiyyətlə, siyasi əlaqələrin səviyyəsi bizi çox qane edir. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüşük. Lakin bu, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin xüsusi statusu var. Həmçinin AQEM Zirvə görüşündə iştirak edəcəyiniz üçün təşəkkür edirəm. Bütün ölkələrin dəstəyi ilə Azərbaycan yekdilliklə AQEM-in sədri seçilmişdir. Son iki ildə Azərbaycan bu təsisatın inkişafına töhfə verməyə çalışmışdır. Sözsüz ki, dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha Azərbaycana xoş gəlmisiniz. x x x Sonra çıxış edən Prezident Thonqlun Sisulit dedi: - Azərbaycan Respublikasına rəsmi səfər üçün Laosdan olan yüksəksəviyyəli nümayəndə heyətinə rəhbərlik etmək imkanını əldə etdiyimə görə qurur və şərəf hissi duyuram. Bu səfər Zati-aliləri Prezident İlham Əliyevin səmimi dəvəti əsasında baş tutur. Mənim 2024-cü ilin oktyabrında Kazanda keçirilmiş BRICS+ Sammitində Zati-alinizlə keçirdiyim görüş, habelə müxtəlif beynəlxalq forumlar çərçivəsində apardığımız səmimi söhbətlərimizlə bağlı hələ də xoş xatirələrim var. Mən dost Azərbaycan xalqına və Zati-alinizə gözəl Bakı şəhərinə gəldiyimiz andan etibarən göstərdiyiniz liderliyə, məni və nümayəndə heyətimi səmimi qəbul etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bakıda və Azərbaycanda 1982-ci ildə, qırx ildən də çox müddət əvvəl olduğumu nəzərə alaraq və davamlı olaraq ölkənizin inkişaf xəttini müşahidə edən bir şəxs kimi onun sürətli inkişafını və transformasiyasını indi öz gözlərimlə görmək mənə çox böyük təsir bağışlayır. Bu mənim Laosun Prezidenti kimi Azərbaycana ilk rəsmi səfərimdir. İki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri bu, dövlət başçısı səviyyəsində baş tutan ilk səfərdir və tarixi bir mərhələdir. Bu mərhələ bizim dostluq və əməkdaşlıqdan ibarət ənənəvi əlaqələrimizin daha sıx və səmərəli tərəfdaşlıq dövrünə qədəm qoyması ilə müşayiət olunaraq onları daha da gücləndirir, genişləndirir və yüksəldir.</description>
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib  YENİLƏNİB  VİDEO
                <description>Bakı, 13 oktyabr, AZƏRTACOktyabrın 13-də “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdilər. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə ilə Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan mübadilə etdilər.“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə etdilər.</description>
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO
                <description>Bakı, 13 oktyabr, AZƏRTAC Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib.AZƏRTAC xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı ildə Laosa səfəri çərçivəsində Laos Xalq Demokratik Respublikasının Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotolara baxdılar. Qeyd edək ki, Keyson Fomfihan Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.</description>
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO
                <description>Bakı, 13 oktyabr, AZƏRTAC Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub.</description>
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
                <description>Bakı, 13 oktyabr, AZƏRTAC Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu. Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.</description>