AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq
                <description>Bakı, 4 noyabr, AZƏRTAC Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 4-də paytaxtın Yasamal və Nizami rayonlarında, həmçinin Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov və Zərgərpalan küçələrində, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.Nizami Rayon RETSİ-nin xidməti ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Tofiq Abbasov küçəsi, 15 ünvanında elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan çıxan 6 kV-luq “Aşağı Sulutəpə” hava xətti üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilə olacaq.Bundan başqa, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən Abşeron RETSİ-nin bir sıra yaşayış sahələrində də elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.Belə ki, 110/35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttinin yuvasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov və Hamlet Həşimov küçələrinin müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Həmçinin 35 kV-luq “Qobu” hava xəttindən qidalanan transformator məntəqələri və komplekt transformator məntəqələrində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.Qeyd edək ki, görülən işlər elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edir.  </description>
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.</description>
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AZ0201240105 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 34,4 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99.3366 (7,2500 faiz) və kəsmə qiyməti 99.3366 (7.2500 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 2029-cu il noyabrın 3-dür.</description>
® Kino biletləri də “ABB mobile” tətbiqində
                <description>Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. Noyabrın 3-də bankla “CineMastercard” şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlarda bankın brendinin yerləşdirilməsini və premium zalların “ABB zalları” adlandırılmasını, ABB üçün hədəfli reklam imkanlarının yaradılmasını, xüsusi nümayişlər cədvəlinin əvvəlcədən banka təqdim edilməsini və ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanmasını, birgə innovativ layihələrin həyata keçirilməsini, ABB müştəriləri üçün bilet satışına erkən keçid imkanının yaradılmasını, habelə mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiyaların təmin edilməsini nəzərdə tutur. Bu tərəfdaşlıq sayəsində “ABB mobile” tətbiqi istifadəçiləri ölkəmizdə ilk dəfə kino biletlərini də başqa heç bir platformaya ehtiyac olmadan birbaşa “ABB mobile” tətbiqindən əldə edəcəklər. Tətbiqdə film və seanslar axtarmaq, bilet və yer seçimi etmək, lazımi kino biletlərini alıb ödənişlərini də birbaşa “ABB mobile” tətbiqi üzərindən rahatlıqla həyata keçirmək mümkün olacaq. “ABB mobile” müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.</description>
Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş müraciətlərinin yerində dinlənilməsi, onların müraciət və təkliflərinin öyrənilməsi, habelə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslər çərçivəsində növbəti səyyar görüşü Hacıqabul rayonunda keçirib. AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşlar əsasən kredit istəyi, kredit üzrə güzəşt istəyi, sığorta xidmətləri və digər maliyyə xidmətləri ilə bağlı məsələləri diqqətə çatdırıblar.Vətəndaşlar tərəfindən səsləndirilən məsələlərə dair müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə baxılması üçün qeydə alınıb.Qeyd edək ki, vətəndaşlar Mərkəzi Bankın səyyar görüşlərlə və xidmətləri ilə bağlı müraciətlərini www.contact.e-cbar.az saytı və ya "966" Çağrı Mərkəzi vasitəsilə ünvanlaya bilərlər.</description>
® “Expressbank” Bərdədə 300 ağac əkib
                <description>“Expressbank” “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanlı kəndlərinin yolkənarı ərazilərində keçirilən aksiyada ümumilikdə 300 ədəd iqlim şəraitinə uyğun ağac əkilib. Təşəbbüsdə “Expressbank”ın Baş ofis və “Bərdə” filialının əməkdaşlarından ibarət komanda fəal iştirak edib.Ağacəkmə aksiyası ətraf mühitin qorunmasına, yaşıllıq sahələrinin artırılmasına və ekoloji məsuliyyət prinsiplərinin təşviqinə yönəlib.“Expressbank” sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təbiətin mühafizəsinə və daha yaşıl mühitin formalaşmasına xidmət edən təşəbbüslərini bundan sonra da davam etdirməyi planlaşdırdığını bildirib. “Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın “Instagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial media platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.“Expressbank” ASC ARMB tərəfindən 1992-ci il dekabrın 30-da verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi 134C.</description>
Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 3-də keçirilən hərracda 67 nəqliyyat vasitəsi satılıb. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda start qiyməti 10 min manat olan “Hyundai ix-35” markalı avtomobil 15 min 300 manata, ilkin qiyməti 5 min manat olan “Ford Transit” markalı mikroavtobus isə 9200 manata satılıb.Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərraclar noyabrın 11, 17 və 24-də keçiriləcək.Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.</description>
Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Oktyabr ayında Bakı Metropoliteni ilə 16 milyondan çox sərnişin səfəri həyata keçirilib.AZƏRTAC “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, ay ərzində girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından ümumilikdə 556 min 424 sərnişin istifadə edib. Bu, sentyabr ayı ilə müqayisədə 64 faiz artım deməkdir.Oktyabrda 1 milyon 683 min 32 sərnişinlə “Koroğlu” stansiyası ən çox istifadə olunan stansiya olub. Ayın ən yüksək sərnişindaşıma göstəricisi isə oktyabrın 20-də qeydə alınıb. Həmin gün metrodan 641 min 442 sərnişin istifadə edib.Hesabat ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Rəqəmsal ödənişlərin sayı sentyabr ayı ilə müqayisədə 15,9 faiz artıb. Gediş haqqının NFC vasitəsilə ödənilməsi bütün ödənişli sərnişinlərin 43,3 faizini təşkil edib. “Əlçatan metro” xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.  </description>
Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Əczaçılıq sənayesinin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və dərman təminatının dayanıqlılığının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Əczaçılıq sektoru müasir sənaye iqtisadiyyatında yüksək əlavə dəyər yaratmaq, texnoloji bilikləri istehsala tətbiq etmək və məşğulluğu genişləndirmək imkanları ilə seçilir. Bu sahənin inkişafı yalnız dərman və tibb vasitələrinin istehsalı ilə məhdudlaşmır. O, kimya sənayesi, laboratoriya tədqiqatları, tibbi texnologiyalar, qablaşdırma, logistika və elmi-tədqiqat fəaliyyəti arasında əlaqələrin genişlənməsinə də yeni imkanlar açır.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanın ənənəvi enerji sektorundan əldə etdiyi imkanların qeyri-neft-qaz sənayesinin inkişafına yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal sahələrinin formalaşdırılması üçün mühüm zəmin yaradıb. Özəl investisiyaların təşviqi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, müasir sənaye infrastrukturunun qurulması və yerli istehsalın dəstəklənməsi bu siyasətin əsas istiqamətlərindəndir. Sənaye parklarının yaradılması və burada fəaliyyət göstərən müəssisələrə tətbiq olunan stimullaşdırıcı mexanizmlər dövlətin iqtisadi inkişaf hədəflərinin konkret investisiya layihələri ilə uzlaşdırılmasının nümunəsidir. Bu yanaşma əczaçılıq kimi strateji əhəmiyyətli sahələrdə istehsal potensialının artırılması, texnologiyaların ölkəyə gətirilməsi, yeni iş yerlərinin yaradılması və Azərbaycanın regional istehsal mərkəzinə çevrilməsi üçün əlavə imkanlar açır.İstehsal potensialında artım və investisiya fəallığıAzərbaycanda əczaçılıq sənayesinin inkişafında son dövrün diqqətçəkən xüsusiyyətlərindən biri istehsal göstəricilərində müşahidə olunan artımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 32,9 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın dəyəri 60,4 faiz artıb. Bu dövrdə dərman istehsal olunub ki, bu da illik ifadədə 92,8 faiz çoxdur. İdxaldan asılılığın azaldılması və dərman təminatının gücləndirilməsiAzərbaycan üçün qarşıdakı mərhələdə əsas vəzifələrdən biri rəqabətqabiliyyətli, eləcə də ixracyönümlü sənaye ekosistemini daha da gücləndirməkdir. Əczaçılıq isə yüksək əlavə dəyər, texnoloji tutum və insan kapitalına tələbat baxımından bu strategiyanın ən perspektivli sahələrindən biri kimi diqqət çəkir. Sahibkarlar üçün geniş güzəştlər və təşviq mexanizmləri tətbiq edən Pirallahı Sənaye Parkı Bu baxımdan Pirallahı Sənaye Parkı xüsusi önəm çəkir. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib. Park üzrə ümumi investisiya portfeli 175,6 milyon manatdır. Bunun 111,3 milyon manatı artıq layihələrin icrasına yönəldilib. Həyata keçirilən layihələr nəticəsində bu günə qədər 215 nəfər daimi işlə təmin olunub. Rezidentlər tərəfindən indiyədək ümumilikdə 82,2 milyon manat dəyərində məhsul istehsal edilib. Ümumiyyətlə, sənaye parklarında sahibkarlar üçün kifayət qədər geniş güzəştlər və təşviq mexanizmləri tətbiq olunur. İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilirlər. Bundan əlavə, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Həmçinin istehsal məqsədilə xaricdən gətirilən texnika və avadanlıqlar ƏDV-dən və gömrük rüsumlarından azad edilir.Müasir istehsal standartları və texnoloji imkanlarPirallahı Sənaye Parkında əczaçılıq sənayesinin inkişafına töhfə verən müəssisələrdən biri də “R-Pharm” MMC-dir. İnvestisiya dəyəri 16 milyon dollar olan zavodun illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edir. Müəssisənin fəaliyyəti yerli əczaçılıq istehsalının genişləndirilməsi ilə yanaşı, beynəlxalq istehsal təcrübəsinin ölkəyə gətirilməsi baxımından da əhəmiyyət daşıyır. Müəssisə Azərbaycanda GMP sertifikatı alan ilk əczaçılıq müəssisəsi olub. Bu standartların tətbiqi istehsal proseslərinin idarə edilməsinə, xammalın və hazır məhsulların keyfiyyətinə nəzarətə, avadanlıqların düzgün istismarına və istehsalatda çalışan mütəxəssislərin peşə hazırlığına xüsusi tələblər qoyur. Belə yanaşma dərman istehsalında keyfiyyət və təhlükəsizlik prinsiplərinin təmin olunması üçün mühüm zəmin yaradır.Yeni investisiya layihələri əczaçılıq istehsalını genişləndirir Əczaçılıq istehsalının inkişafı yalnız mövcud tələbatın ödənilməsi ilə məhdudlaşmır. Bu proses eyni zamanda texnoloji biliklərin ölkəyə gətirilməsini, istehsal təcrübəsinin formalaşmasını və gələcəkdə daha geniş məhsul çeşidinin istehsalı üçün zəmin yaradılmasını nəzərdə tutur. Pirallahı Sənaye Parkında həyata keçirilən yeni layihələr, o cümlədən “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisəsi bu baxımdan diqqət çəkir. Layihənin miqyası və maliyyələşmə strukturu əczaçılıq sektorunun inkişafında həm özəl kapitalın, həm də dövlət dəstəyinin rolunu göstərir. Bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir. Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub. Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq. Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Bu cür müasir avadanlıqların tətbiqi zavodun texnoloji imkanlarını gücləndirən əsas amillərdəndir. Müasir avadanlıqlar istehsal proseslərinin dəqiq idarə edilməsinə, məhsul keyfiyyətinə nəzarətin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Bu, müəssisənin yalnız istehsal həcmini artırması baxımından deyil, həm də yerli əczaçılıq məhsullarına etimadın yüksəldilməsi və onların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.İxrac imkanları və regional bazarlara çıxışMəhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Yeni müəssisənin perspektivlərini təkcə Azərbaycan bazarı ilə məhdudlaşdırmaq düzgün olmazdı. İstehsal olunacaq məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracının nəzərdə tutulması respublikamızın regional əczaçılıq bazarında mövqeyini gücləndirmək üçün əlverişli imkan yaradır. Bu istiqamətdə ixrac coğrafiyasının genişləndirilməsi yerli istehsalın həcminin artırılması, satış bazarlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Daxili bazarla yanaşı, xarici bazarlara çıxışın təmin olunması istehsalçıya daha geniş istehlakçı auditoriyasına çatmaq, uzunmüddətli kommersiya əlaqələri qurmaq və regional təchizat zəncirlərində iştirakını genişləndirmək imkanı verə bilər. Azərbaycanın coğrafi mövqeyi, region ölkələri ilə iqtisadi əlaqələri əczaçılıq məhsullarının xarici bazarlara çatdırılması üçün əlavə imkanlar yaradır. Bununla belə, regional bazarlarda möhkəmlənmək yalnız istehsal gücünün mövcudluğu ilə məhdudlaşmır. Məhsulların keyfiyyətinin beynəlxalq tələblərə uyğunluğu, ixrac ediləcəyi ölkələrdə qeydiyyat prosedurlarının tamamlanması, qiymət rəqabətliliyi və etibarlı distribütor şəbəkələrinin qurulması da mühüm şərtlərdir. Bu amillərin uzlaşdırılması yerli istehsalın xarici bazarlarda davamlı mövqe qazanmasına və ixrac imkanlarının reallaşdırılmasına şərait yarada bilər. Perspektivdə isə ixracın genişləndirilməsi Azərbaycanın əczaçılıq sənayesində əlavə dəyərin artırılmasına, istehsal təcrübəsinin və texnoloji imkanların inkişafına, eləcə də əlaqəli sahələrdə yeni iqtisadi fəaliyyətin formalaşmasına töhfə verə bilər. Beləliklə, müəssisənin regional bazarlara çıxışı yalnız ayrı-ayrı məhsulların xaricə satışını deyil, ölkənin qeyri-neft-qaz sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi və Azərbaycanın regional istehsal-təchizat zəncirində rolunun gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.İnsan kapitalı və ixtisaslı kadr hazırlığı 178 nəfərin daimi işlə təmin ediləcəyinin qeyd olunması “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisənin əmək bazarına birbaşa töhfəsini göstərir. Bununla belə, göstəricinin iqtisadi təsirini daha dolğun qiymətləndirmək üçün yaradılan iş yerlərinin ixtisas strukturu və gələcəkdə məşğulluğun genişləndirilməsi imkanları da əhəmiyyətlidir. Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazasının yaradılması əczaçılıq müəssisəsinin fəaliyyətinin istehsalla məhdudlaşmadığını, eyni zamanda ixtisaslı kadr hazırlığına töhfə vermək imkanına malik olduğunu göstərir. Bu əməkdaşlıq tələbələrin nəzəri biliklərini real istehsal mühiti ilə əlaqələndirməsinə, müasir texnologiyalarla tanış olmasına və praktiki bacarıqlar əldə etməsinə şərait yaradacaq. Pirallahı Sənaye Parkı yeni sənaye klasterinin mərkəzinə çevriləcəkYeni müəssisənin məhz Pirallahı Sənaye Parkında yerləşməsi də diqqətçəkən məqamdır. Sənaye parklarının əsas üstünlüyü təkcə investor üçün yaradılan güzəştlərlə məhdudlaşmır. Burada əsas məqsəd eyni və əlaqəli fəaliyyət sahələrinin bir məkanda cəmləşməsi, infrastruktur xərclərinin optimallaşdırılması, texnologiya və bilik mübadiləsinin sürətləndirilməsi və yeni istehsal zəncirlərinin yaradılmasıdır.Əczaçılıq istehsalının genişlənməsi gələcəkdə Pirallahıda təkcə dərman istehsalı müəssisələrinin deyil, həm də qablaşdırma materialları, tibbi məhsullar, laboratoriya xidmətləri, logistika, texniki servis və digər əlaqəli fəaliyyətlərin də inkişafına zəmin yarada bilər. Belə bir klaster yanaşması əczaçılıq sənayesində əlavə dəyərin daha böyük hissəsinin ölkə daxilində formalaşmasına imkan verə bilər.</description>
® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da
                <description>Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən “Bir” ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri “CineMastercard” ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçid etmədən birbaşa “Birbank” vasitəsilə əldə edə biləcəklər. “Bir” ekosistemi fintex, ödəniş və e-ticarət sahələrindəki rəqəmsal həlləri ilə gündəlik ehtiyacları vahid platformada qarşılayır. “CineMastercard” ilə əməkdaşlıq isə bu imkanları əyləncə sahəsinə də genişləndirir. Layihə çərçivəsində “Birbank”da film və seans axtarışı, bilet və yer seçimi, eləcə də ödəniş üçün xüsusi interfeys yaradılır. İstifadəçilər interaktiv xəritə üzərindən istədikləri yerləri seçərək biletlərini birbaşa tətbiqdə əldə edə biləcəklər.Yeni funksionallığın texniki inteqrasiya və sınaq mərhələləri tamamlandıqdan sonra, 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Əməkdaşlıq rəqəmsal ödəniş imkanlarını gündəlik əyləncə təcrübəsi ilə birləşdirərək bilet alışını daha sürətli və əlçatan edəcək.“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Kapital Bank”ın əmtəə nişanı olan “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.Daha ətraflı: bir.az</description>
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) təchizatçıların satınalma prosesi ilə bağlı müraciətlərinin elektron qaydada təqdim edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatların operativ əldə olunmasına imkan verən yeni “Müraciətlər” modulu istifadəyə verilib.Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni imkanın tətbiqi müraciətlərə baxılması prosesində operativliyin artırılmasına, təchizatçılarla elektron məlumat mübadiləsinin daha səmərəli təşkilinə xidmət edir.Modul təchizatçıların şikayət, ərizə və təkliflərini vahid elektron platforma üzərindən təqdim etməsinə və müraciətlərin icra prosesinin sistemli şəkildə izlənməsinə imkan yaradır. Bununla müraciətlərin idarə olunması prosesi rəqəmsallaşdırılır, məlumatların vahid sistemdə toplanması və müraciətlərin statusu barədə təchizatçıların operativ məlumatlandırılması təmin olunur.“Müraciətlər” modulundan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu buraya keçid etməklə izləyə bilərsiniz.</description>
Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.Tərəflər SOCAR ilə “KazMunayGas” arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.</description>
® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
                <description>Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən “Bank of Baku” növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə təşkil etdiyi tədbirdə 100-ə yaxın şagird iştirak edib. İki mərhələdən ibarət olan tədbirdə ilk olaraq məktəblilərə maliyyə savadlılığı mövzusunda təlim keçirilib.Bankın KOB Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov tərəfindən məktəblilərə pulun yaranma tarixi, ondan səmərəli istifadə yolları, əsas maliyyə anlayışları, eləcə də nağdsız ödənişlər zamanı təhlükəsizlik qaydaları barədə məlumat verilib.İkinci mərhələdə isə Şirvan şəhərinin 4 məktəbini təmsil edən ümumilikdə 25 şagird komandalar şəklində maliyyə savadlılığı mövzusundakı intellektual yarışda iştirak ediblər. Yarışın sonunda bank tərəfindən qaliblər, eləcə də bütün yarış iştirakçıları hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar. Tədbir çərçivəsində 10 nömrəli məktəbin kitabxanasına ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan “Bank of Baku”nun Azərbaycan Banklar Assosiasiyası, AzFina və “VISA” ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi “Ömərin ödəniş kartı ilə tanışlığı” kitabça da hədiyyə edilib. Nəşrin məqsədi uşaqların ödəniş kartları və maliyyə anlayışları ilə erkən yaşlardan tanışlığına dəstək olmaqdır.Qeyd edək ki, “Bank of Baku” maliyyə savadlılığı ilə əlaqədar uşaqlarla yanaşı, yaşlı insanlar, sahibkar qadınlar üçün də təlimlər həyata keçirib. Bank maliyyə savadlılığını sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.</description>
“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi ilə ölkənin yükdaşımalarında mühüm paya malik olan və qurumla intensiv əməkdaşlıq edən şirkətlərin nümayəndələri arasında görüş keçirilib.QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi ADY-nin yükdaşıma sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi nəticələr və qarşıdakı dövr üçün planları barədə biznes tərəfdaşlarını məlumatlandırmaq, onların təklif və gözləntilərini dinləmək, əməkdaşlığın inkişafı istiqamətində birgə yanaşmaları müəyyənləşdirmək olub.ADY sədrinin sözlərinə görə, yükgöndərənlər ölkə iqtisadiyyatının, eləcə də nəqliyyat-logistika sektorunun inkişafında mühüm rol oynayırlar. Bu baxımdan müştəriyönümlülük, açıqlıq və şəffaflıq qurumun fəaliyyətində əsas prinsiplər kimi müəyyən edilib. Bildirilib ki, indiyədək yük sahibləri ilə ayrı-ayrılıqda görüşlər keçirilsə də, daşıma həcmlərinə görə əsas yükgöndərənlərlə bu format ilk dəfədir. Bu təşəbbüs ADY-nin müştəriləri üçün açıq və əlçatan olmasının, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.Görüşdə ADY-nin yükdaşıma infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib.Qeyd olunub ki, Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması başa çatıb. Növbəti mərhələdə xəttin dəyişən cərəyan sisteminə keçirilməsi üzrə işlərə başlanılacaq. Astara Terminalında tikinti işləri tamamlanıb. Bununla yanaşı, Bakı-Böyük Kəsik xəttində enerji təchizatı, rabitə və işarəvermə sistemlərinin yenilənməsi, Ələt-Osmanlı-Astara xəttinin əsaslı təmiri davam etdirilir.Bildirilib ki, artıq Osmanlı-Astara xəttində qatarların hərəkət sürəti artırılıb. Bu, xəttin buraxıcılıq imkanlarının genişləndirilməsinə və daha çox yükün daşınmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində isə onun illik buraxıcılıq qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.Hərəkət tərkibinin yenilənməsi, lokomotiv və vaqon parkının genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Məlumat verilib ki, 2025-ci ildə 300 yeni yük vaqonu alınıb. 2026-cı ilin sentyabrında Çindən 7 ədəd müasir AC50 markalı magistral yük lokomotivi Azərbaycana gətirilib. Daha 14 lokomotivin alınması ilə bağlı danışıqlar aparılır. Gələn il əlavə 250 vaqonun alınması istiqamətində də işlər davam etdirilir. Bu tədbirlər dəmir yolu şəbəkəsinin daşıma imkanlarının artırılmasına, xidmətlərin keyfiyyətinin və etibarlılığının yüksəldilməsinə xidmət edir.Tədbirdə yükdaşıma sahəsində institusional və rəqəmsal transformasiya tədbirləri də müzakirə olunub. Bildirilib ki, “ADY Express” modeli çərçivəsində dəmir yolu, liman və dəniz nəqliyyatı xidmətlərinin vahid pəncərə prinsipi əsasında təqdim edilməsi nəzərdə tutulur. “Bir müqavilə, bir menecer və bir hesab” yanaşması müştərilərin müxtəlif xidmətlərdən daha rahat və operativ istifadəsinə, daşınma proseslərinin vahid qaydada əlaqələndirilməsinə imkan yaradacaq. Eyni zamanda, yükdaşımaların rəqəmsallaşdırılması, elektron qaimələrin tərtibi, daşımaların izlənilməsi və tariflərin avtomatik hesablanması istiqamətində görülən işlər barədə məlumat verilib.Qeyd olunub ki, müştərilərə xidmətlərin əlçatanlığını artırmaq məqsədilə yaradılan “portal.ady.az” platforması üzərindən hazırda 11 elektron xidmət təqdim edilir. Növbəti mərhələdə müştəri kabinetinin funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu üzrə həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün ADY tərəfindən “Cargo Tracking” (cargo-tracking.ady.az) platforması istifadəyə verilib. Yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır. Görüşdə tarif siyasəti, güzəşt mexanizmləri və yükdaşımaların iqtisadi səmərəliliyinin artırılması məsələləri də diqqət mərkəzində olub. Bildirilib ki, müştərilərə tarif güzəştləri tətbiq edilərkən yük həcmlərinin artırılması, zəmanətli daşınma həcmi, yeni yük axınlarının cəlb edilməsi, alternativ marşrutların rəqabət qabiliyyəti və digər iqtisadi amillər nəzərə alınır.Tədbirin interaktiv müzakirə hissəsində yükgöndərənlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə vaqon və platforma təminatı, yüklərin təyinat məntəqələrinə çatdırılma müddətləri, stansiyalarda əməliyyatların təşkili, tarif və yığımların tətbiqi ilə bağlı suallar cavablandırılıb.Görüşün sonunda tərəfdaşlarla birbaşa və açıq dialoqun ADY üçün prioritet olduğu vurğulanıb. Bu cür görüş və müzakirələrin mütəmadi təşkil ediləcəyi, digər yükgöndərənlərlə də əməkdaşlıq məsələlərinin müzakirəsi üçün görüşlərin keçiriləcəyi bildirilib.</description>
® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib
                <description>“Rabitəbank” Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə oktyabrın 30-da Xankəndi Konqres Mərkəzində “Rabitəbank”ın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə “Aktiv maliyyələşdirmə və güzəştli maliyyə resurslarına çıxış” mövzusunda tədbir keçirilib.Dövlət qurumlarının nümayəndələrinin, biznes ictimaiyyətinin təmsilçilərinin, sahibkarların, media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılması, mövcud maliyyələşdirmə mexanizmləri və güzəştli maliyyə resurslarından yararlanma imkanları barədə məlumatlandırılması, eləcə də yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.Tədbirdə çıxış edən “Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynov “Təchizat zəncirində maliyyə dayanıqlılığı” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı təchizat zəncirinin iştirakçıları arasında dayanıqlı maliyyə əlaqələrinin qurulmasının əhəmiyyəti, biznesin fasiləsiz fəaliyyətinin təmin edilməsində maliyyə institutlarının rolu və sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin Qarabağda formalaşan yeni iqtisadi imkanlar fonunda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinin regionun iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.Daha sonra “Rabitəbank”ın Mikrokreditlər üzrə Baş direktoru Zamiq Mədətov “Sahibkarların maliyyə resurslarına çıxışı və güzəştli maliyyələşmə” mövzusunda çıxış edib. Təqdimat çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanları, güzəştli maliyyə mexanizmlərindən istifadə yolları, biznesin inkişafına yönəlmiş kredit məhsulları və sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində mövcud imkanlar barədə məlumat verilib.İnteraktiv müzakirələrlə davam edən tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, maliyyələşmə ehtiyacları və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdən sonra “Rabitəbank” heyəti 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanın tarixi qələbəsinin rəmzlərindən biri olan Zəfər Tağını ziyarət edib. Səfər çərçivəsində həmçinin “Rabitəbank”ın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub. Bu münasibətlə filialda Bankın rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib.Qeyd edək ki, “Rabitəbank”ın Xankəndi filialı regionda müasir bank xidmətlərinin əlçatanlığının artırılması, əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi məqsədilə fəaliyyət göstərir. Filialın fəaliyyətə başlaması Bankın Qarabağın iqtisadi dirçəlişinə, sahibkarlığın inkişafına və regionun maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir.Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.</description>
® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
                <description>Qadınların məlumat və dəstək resurslarına çıxışını asanlaşdıran sosial təşəbbüs TAF!26 və “Ad Black Sea“ festivallarında mükafatlandırılıb “Azercell”in “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbüs Daşkənd Reklam Festivalı - “TAF!26”da bir qızıl və iki gümüş, Batumidə keçirilən “Ad Black Sea” beynəlxalq yaradıcılıq festivalında isə bir gümüş və bir bürünc mükafata layiq görülüb.“TAF!26”da “Oflayn Qadınlar” layihəsi “Sosial və KSM kampaniyaları” kateqoriyasının “Ən yaxşı sosial təsir kampaniyası” nominasiyası üzrə qızıl mükafat qazanıb. Layihə, həmçinin “Yaradıcılıq və icra ustalığı” kateqoriyasında “Ən yaxşı kreativ strategiya” və “Media kampaniyaları” kateqoriyasında “Ən yaxşı inteqrasiya olunmuş media kampaniyası” nominasiyaları üzrə iki gümüş mükafatla təltif olunub.Regionun biznes, marketinq və yaradıcılıq sənayesi nümayəndələrini bir araya gətirən TAF!26 festivalında 2000-dən çox iştirakçı və 70-dən çox yerli və beynəlxalq ekspert iştirak edib. Müsabiqəyə 35 nominasiya üzrə 483 kreativ layihə təqdim olunub.“Ad Black Sea” festivalında isə təşəbbüs sosial təsiri və yaradıcı icrasına görə fərqlənib. “Oflayn Qadınlar” “Dayanıqlı İnkişaf Məqsədləri / İnsanlar” kateqoriyasında gümüş, “Kino sənəti / Rejissor işi” kateqoriyasında isə bürünc mükafat qazanıb. Reklam və yaradıcılıq sənayesini bir araya gətirən festivalın builki müsabiqəsində müxtəlif ölkələrdən təqdim edilmiş 400-dən çox iş qiymətləndirilib.“Oflayn Qadınlar” zorakılıq halları və riskləri barədə hüquqi və praktiki məlumatları, eləcə də mövcud yardım mexanizmlərini qadınlar üçün daha əlçatan edən rəqəmsal platformadır. Layihənin əsas üstünlüklərindən biri platformaya internet paketi və balans olmadan da daxil olmaq imkanıdır. “Azercell” abunəçiləri aktiv internet paketləri və ya balanslarında vəsait olmadığı halda belə oflaynqadinlar.az saytından istifadə edərək məlumat və dəstək resurslarına çıxış əldə edə bilirlər.  </description>
® “PAŞA Real Estate Qrup”un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər
                <description>“PAŞA Real Estate Qrup”un Baş Kommersiya Direktoru və Beynəlxalq Layihələrin Baş İcraçı Direktoru Elçin Qədimov, “Marriott International”ın Şərqi Avropa regionu üzrə vitse-prezidenti (Luxury, Premium & Select Brands) Pankaj Birla və “JW Marriott Hotel Tashkent”in baş meneceri İlkin İmanov Daşkənd şəhərinin meri Şavkat Umurzakov ilə görüşüblər. Görüş zamanı “PAŞA Real Estate Qrup”un Daşkənddə həyata keçirdiyi investisiya layihəsi, onun şəhərin daşınmaz əmlak və hotelçilik sektorunun inkişafına töhfəsi, həmçinin layihənin icrası çərçivəsində dövlət qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.“PAŞA Real Estate Qrup”un nümayəndəsi Özbəkistan hökumətinə və Daşkənd şəhər rəhbərliyinə layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Dövlət qurumları ilə konstruktiv dialoqun və səmərəli əməkdaşlığın layihənin uğurla icrasında mühüm rol oynadığı vurğulanıb.Görüşdə “PAŞA Real Estate Qrup”un Daşkənddə inşa etdiyi çoxfunksiyalı kompleks barədə məlumat verilib. Üç binadan ibarət olması nəzərdə tutulan kompleksin bir binasında “The Ritz-Carlton, Tashkent” hoteli və “The Ritz-Carlton” rezidensiyaları, digər iki binada isə “JW Marriott” brendi altında rezidensiyalar yerləşəcək. Kompleksdə lüks mağazaların və restoranların yer alacağı ticarət və gəzinti zonası da planlaşdırılır.“PAŞA Real Estate Qrup” beynəlxalq təcrübəni, müasir memarlığı və yüksək xidmət standartlarını bir araya gətirərək Daşkənddə keyfiyyətli yaşayış mühitinin yaradılmasına və şəhərin hotelçilik sektorunun inkişafına töhfə verməyi hədəfləyir.“PAŞA Real Estate Qrup” haqqında“PASHA Holding”in tərkibinə daxil olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı, satışı və icarəsi, eləcə də əmlakın strateji idarə olunması və istismarı sahələrində fəaliyyət göstərir. Qrupun portfelinə lüks hotellər, beynəlxalq səviyyəli kurort kompleksləri, premium yaşayış layihələri, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ-da fəaliyyət göstərən Qrup keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini əsas götürərək beynəlxalq miqyasda aktivlərinin dəyərini artırmağı və fəaliyyət göstərdiyi sahədə standartların yüksəldilməsinə töhfə verməyi hədəfləyir.www.pasharealestate.az</description>
“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.Milli Kibertəhlükəsizlik Agentliyindən AZƏRTAC-a bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.“Vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edirik. Onlardan bu cür hallarla qarşılaşdıqda agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur”, - deyə MKA-nın məlumatında bildirilir.  </description>
ABŞ-də aralıq seçkilər ərəfəsində Asiya fond bazarlarında ucuzlaşma müşahidə olunur, neftin qiyməti isə sabitləşir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC İnvestorların süni intellektə (AI) olan xərclərinin davamlılığı və şirkətlərin maliyyə nəticələri ilə bağlı narahatlıqları fonunda Asiya texnologiya şirkətlərinin səhmləri yenidən təzyiqlə qarşı-qarşıyadır.AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, neft qiymətləri daha öncə kəskin ucuzlaşsa da, ABŞ-də keçiriləcək aralıq seçkiləri üzrə səsvermənin başlaması ərəfəsində sabitləşib.Yaponiya istisna olmaqla, Asiya-Sakit okean regionunun səhmlərini əhatə edən MSCI indeksinin ən geniş göstəricisi 1,4 faiz ucuzlaşaraq oktyabrın 23-dən bəri ən aşağı səviyyəyə enib. Bu səhmlərin qiymətinin azalmasına Cənubi Koreya bazarında müşahidə olunan 4,1 faizlik itkilər təsir edib.Avropa fond bazarlarının fyuçersləri 0,9 faiz, Almaniyanın DAX indeksinin fyuçersləri 0,8 faiz, Böyük Britaniyanın FTSE indeksinin fyuçersləri isə 0,2 faiz ucuzlaşıb. Həmçinin Tayvan fond bazarında da səhmlər 3,3 faiz dəyər itirib. Bununla da yerli fond indeksi oktyabrın əvvəlində qeydə alınmış rekord səviyyədən 13,1 faiz geriləyərək texniki korreksiya mərhələsinə daxil olmağa yaxınlaşıb. Bununla yanaşı, Çində səhmlərin qiyməti 1,4 faiz azalıb. ABŞ-nin S&P 500 fond indeksinin fyuçersləri də dəyər itirərək 0,1 faiz ucuzlaşıb. Yaponiyada isə bayram günü ilə əlaqədar fond bazarları bağlı olub.Bütün bu hadisələrin fonunda analitiklər qeyd ediblər ki, Asiyada Cənubi Koreya və Tayvan səhm bazarlarından kapital axını davam edir. Bunun əsas səbəbi texnologiya sektorundakı yüksəliş dövrünün davamlılığı ilə bağlı narahatlıqların artmasıdır.Avstraliya fond bazarı isə ümumi tendensiyadan fərqli olaraq 0,3 faiz artıb. Avstraliya dolları isə 0,3 faiz ucuzlaşaraq 0,6978 ABŞ dollarına enib.“Apple” şirkətinin səhmləri isə ucuzlaşmaqda davam edib. Şirkətin “iPhone” istehsalçısı olaraq fəaliyyət göstərən biznesi açıqladığı proqnozda ümumi mənfəət marjasının azalacağını bildirib. Buna səbəb kimi yaddaş çiplərinin bahalaşması göstərilib. İnvestorlar, həmçinin ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində ehtiyatlı mövqe tuturlar. Analitiklər bildirirlər ki, bu gün bazarlar üçün daha mühüm hadisələr ərəfəsində keçid günü olacaq. Onların fikrincə, sabahadək investorlar aralıq seçkilərin mümkün nəticələrinin bazarlara təsiri, eləcə də ABŞ Maliyyə Nazirliyinin dövlət istiqrazlarının rüblük buraxılış və borclanma planına dair açıqlaması barədə daha aydın təsəvvür əldə edəcəklər.  </description>
Metyu Brayza: ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna artan maraq göstərirlər –  ŞƏRH  VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTACABŞ-nin texnologiya şirkətləri arasında Azərbaycanda məlumat mərkəzlərinin və süni intellektlə bağlı digər infrastrukturun yaradılmasına investisiya imkanlarını araşdırmağa maraq artır. Bu tendensiya yaxınlarda keçirilmiş Azərbaycan İnvestisiya Forumunda da özünü göstərib. Mən həm Azərbaycan hökuməti, həm də ABŞ-nin “Abbott Capital” özəl investisiya şirkətinin tərəfdaşı kimi əməkdaşlıq etdiyim şirkətlərin nümayəndələri, potensial işçilər, müəssisələr və investorlarla şəxsi təmaslarım zamanı bu marağın şahidi oluram.Bunu AZƏRTAC-a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.“Azərbaycan məlumat mərkəzlərinin və süni intellektlə bağlı digər infrastrukturun yerləşdirilməsi baxımından xüsusilə əlverişli coğrafi mövqeyə malikdir. Çünki ölkə böyük və sürətlə inkişaf edən bazar olan Mərkəzi Asiyaya yaxındır. İnfrastruktur, xüsusilə məlumat mərkəzləri bazara nə qədər yaxın yerləşərsə, məlumat ötürülməsində gecikmə bir o qədər az olar. Nəticədə məlumat bağlantılarının məhsuldarlığı və səmərəliliyi yüksələr.Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyadan daxil olan məlumatların emalı və onların Avropa bazarlarına ötürülməsi üçün də əlverişli məkandır. İnvestorlar və Azərbaycan hakimiyyəti bu cür investisiyaların iqtisadi baxımdan səmərəli olub-olmayacağını müəyyənləşdirmək üçün hələ bir sıra müzakirələr aparmalıdırlar. Bununla belə, xüsusilə Ələt Azad İqtisadi Zonasının imkanlarını nəzərə alsaq, bu, şübhəsiz ki, perspektivli sahədir”, – deyə o vurğulayıb.M.Brayza qeyd edib ki, məlumat mərkəzlərindən başqa, investorlar üçün cəlbedici olan digər qeyri-neft sektorları sırasında dağ-mədən sənayesi də xüsusi yer tutur: “Xüsusilə bir neçə onillikdir Azərbaycanda fəaliyyət göstərən “Anglo Asian Mining PLC” şirkətinin ölkədə mis hasilatı sahəsində kifayət qədər perspektivli görünən layihələri var. Şirkət Ermənistanda da oxşar investisiya imkanlarını nəzərdən keçirir.Bundan əlavə, Azərbaycanın inkişaf etdirməyə başladığı və ya təşviq etməyi planlaşdırdığı emal sənayesi və sənaye istehsalı sahələrində də geniş imkanlar mövcuddur. Bu istiqamətdə Ələt Azad İqtisadi Zonası da mühüm rol oynaya bilər. “Abbott Capital Management” şirkətimiz ABŞ-dən olan potensial investorlarla digər şirkətlərin Ələt Azad İqtisadi Zonası ilə əlaqələrinin qurulmasına kömək etməkdə maraqlı olardı”.Ekspert bildirib: “Hesab edirəm ki, mənim şirkətim kimi ABŞ-nin vençur kapitalı və özəl kapital fondları Azərbaycan startapları ilə əməkdaşlığı gücləndirə bilərlər. Bu prosesdə mənim kimi şəxslər və “Abbott Capital” kimi şirkətlər vasitəçi rolunu oynaya bilər. Biz Azərbaycanı geniş coğrafiyada strateji və investisiya maraqlarına malik inkişaf edən regional aktor kimi görürük. Söhbət Xəzər dənizi vasitəsilə Azərbaycandan Mərkəzi Asiyaya, digər istiqamətdə isə Ermənistan və Gürcüstan üzərindən Türkiyə və Avropaya, həmçinin cənub istiqamətində, xüsusilə Suriyanın da daxil olduğu Yaxın Şərq regionuna qədər uzanan coğrafiyadan gedir. Qeyd etdiyim Azərbaycan İnvestisiya Forumu kimi investisiya tədbirləri də investorlarla Azərbaycandakı tərəfdaşlar arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyət daşıyır”.Metyu Brayza əlavə edib ki, Orta Dəhliz, eləcə də ABŞ-dən və digər ölkələrdən əldə olunan rəqəmsal texnologiyalar logistika axınlarını müşayiət edən sənədləşmə proseslərinin səmərəliliyini artırmaq üçün müxtəlif rəqəmsal həllərin tətbiqinə geniş imkanlar yaradır: “Bu həllərə elektron və ya rəqəmsal konosamentlər, eləcə də Azərbaycan ərazisinə və ölkə vasitəsilə daşınan mal və xidmətlərin daha maneəsiz hərəkətini təmin edə biləcək bir sıra digər sənədlər daxildir”. Müxbir - Pərvanə Qafarova</description>
Azərbaycanda sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur
                <description>Bakı, 3 noyabr, AZƏRTAC İslam maliyyələşməsi davamlı inkişaf məqsədlərinin prinsiplərinə uyğundur. Bu maliyyələşmə modelində xüsusilə yaşıl iqtisadiyyatın inkişafı, istehsal və təsərrüfat fəaliyyətində ekoloji cəhətdən təmiz avadanlıqlardan istifadə məsələləri prioritet təşkil edir.Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.O bildirib ki, hazırda İslam İnkişaf Bankı və digər İslam maliyyə institutları layihələrə vəsait ayırarkən onların ekoloji tələblərə uyğunluğunu da qiymətləndirirlər. “Bu zaman layihələrin ətraf mühitə mümkün təsirləri, bərpaolunan enerji mənbələrindən istifadə imkanları və digər ekoloji amillər nəzərə alınır. Son dövrlərdə bu yanaşma sukuk bazarında da geniş yayılmağa başlayıb. Sukuk İslam maliyyəsində istifadə olunan, aktivlərə əsaslanan qiymətli kağız növüdür. Yaşıl sukuklar isə əsasən ekoloji cəhətdən təmiz istehsal müəssisələrinin yaradılması və bu istiqamətdə layihələrin maliyyələşdirilməsi məqsədilə emissiya olunur.Azərbaycanda sukuk bazarının inkişafı istiqamətində dövlət və Mərkəzi Bank tərəfindən müəyyən işlər görülür. Bu sahədə İslam İnkişaf Bankının Azərbaycan Mərkəzi Bankına texniki dəstəyi də mövcuddur. Müvafiq proqram çərçivəsində ölkəmizdə sukuk emissiyasının həyata keçirilməsi istiqamətində işlərə başlanılması nəzərdə tutulur. İlkin mərhələdə bu maliyyə alətindən iri şirkətlərin inkişafının maliyyələşdirilməsində istifadə edilməsi planlaşdırılır”, - deyə ekspert qeyd edib.R.Atakişiyevin sözlərinə görə, burada əsas istiqamətlərdən biri də yaşıl sukukların tətbiqidir: “Belə qiymətli kağızlar vasitəsilə maliyyələşdirilən istehsal müəssisələrində istifadə olunacaq avadanlıqların ekoloji standartlara və iqlim dəyişiklikləri ilə bağlı tələblərə uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Bankı tərəfindən COP29 çərçivəsində taksonomiya sənədi hazırlanıb. Həmin sənəd maliyyə vəsaitlərinin yaşıl iqtisadiyyatın inkişafına yönəldilməsini, xüsusilə ətraf mühitə mənfi təsiri olmayan və ya bu təsiri minimuma endirən sahələrin maliyyələşdirilməsini təşviq edir. Sukuk emissiyasının bu istiqamətdə inkişafı Azərbaycanda yaşıl iqtisadiyyatın maliyyələşdirilməsinə və ekoloji dayanıqlı layihələrin həyata keçirilməsinə əhəmiyyətli töhfə verə bilər”.</description>
Azərbaycanla Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar aparılıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə növbəti müzakirələr keçirilib.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətin nümayəndə heyəti ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Konvensiya layihəsinin müxtəlif müddəaları barədə fikir mübadiləsi aparılıb. Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi və biznes tərəfdaşlığının təşviqi baxımından əhəmiyyətini vurğulayıb. Tərəflər birgə fəaliyyətin təkmilləşdirilməsinin vergi inzibatçılığının səmərəliliyinin artırılması baxımından vacibliyini qeyd ediblər.Vergi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müzakirələr konstruktiv, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib.  </description>
ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı
                <description>Bakı, 3 noyabr, AZƏRTACBu gün ABŞ hərbi təyyarələrinin İranın Kiş adasına raket zərbələri endirməsindən sonra dünya bazarında neftin qiyməti artıb.AZƏRTAC xəbər verir ki, Kiş adasındakı neft terminalları və enerji infrastrukturu atəşə tutulub. Bunun nəticəsində London birjasında “Brent” markalı neftin qiyməti 2 faiz artaraq 106 dollara, Nyu-York birjasında isə “Light” markalı neftin qiyməti 1,6 faiz artaraq 98 dollara çatıb.Qiymət artımı Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi və Hörmüz boğazından tankerlərin keçidinin təhlükə altına düşməsi ilə əlaqədardır.Bazarın reaksiyası göstərir ki, nisbi sakitlik dövründə gün ərzində boğazdan bir neçə tanker keçə bilirdi. Lakin hərbi əməliyyatların intensivləşməsi təkcə boğazı deyil, bütövlükdə Körfəz regionunu təhlükəli vəziyyətə salır və neft təchizatının tamamilə dayanması riskini artırır.</description>
Bir sıra şəhər və şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi - Heydər Əliyev prospekti (Quba) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs ”Xaliq Faiqoğlu” MMC;Bakı–Sınıq Körpü marşrutları üzrə fiziki şəxslər Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu;Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar Bilal oğlu; Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC;Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs ”Logistics And Transport Services” MMC;İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə hüquqi şəxs ”Uğurlu Yol” MMC qalib elan olunublar.Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.</description>
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Milli Məclis “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin noyabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsi Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.Sənəd layihəsi Azərbaycanda sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.Sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Belə ki, kreditor sahib olduğu aktivlərdən daxil olacaq pul vəsaitlərinin dərhal əldə edilməsi məqsədilə həmin aktivləri daha aşağı qiymətlə sekyuritizasiya şirkətinə satır. Sekyuritizasiya şirkəti isə öz növbəsində satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxır və həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən sekyuritizasiya şirkətinə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və sekyuritizasiya prosesinin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənib. Fotoqraf - Aydın Məmmədov</description>
Bakıda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 23-də Bakıda İtaliya-Azərbaycan biznes-forumu təşkil ediləcək.AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, biznes-forumunda iştirak üçün qeydiyyat başlayıb.Hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçiriləcək forumda plenar iclas, tematik sessiyalar və B2B formatlı işgüzar görüşlərdən ibarət olacaq.Biznes-forumun əsas məqsədi aşağıdakı sahələrdə iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etməkdir:• Enerji: neft-qaz sektoru və bərpaolunan enerji mənbələri;• İnfrastruktur, logistika və tikinti;• Qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar: süni intellektin real iqtisadiyyatda tətbiqi, o cümlədən məlumat mərkəzləri, yüksəkməhsuldarlıqlı hesablama sistemləri və süni intellekt infrastrukturu, eləcə də bu texnologiyaların istehsal, logistika, kənd təsərrüfatı və aqrar-sənaye kompleksində texnologiyaların transferi, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiya (polad və alüminium) sahələrində tətbiqi;• Kritik xammal.</description>
Cari ildə qlobal təbii qaz tələbatı 1,5 faiz azalacaq - Hesabat
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Xüsusilə Şimali Amerikadan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artması və daha çevik ticarət mexanizmləri Hörmüz boğazı ətrafında yaranmış təchizat böhranının təsirlərini yumşaltmağa kömək etsə də, qlobal qaz təchizatının təhlükəsizliyi ilə bağlı risklər hələ də yüksək olaraq qalır.AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.Bildirilir ki, Avropa qitəsi qış mövsümünə son 10 ildən artıq müddətdə ən aşağı səviyyədə təbii qaz ehtiyatları ilə daxil olur. Bu vəziyyət qlobal qaz bazarında mövcud gərginliyin 2027-ci ilin sonunadək davam etməsinə səbəb ola bilər.Hesabatda son onillikdə baş verən struktur dəyişikliklərin qlobal qaz bazarını necə yenidən formalaşdırdığı, eləcə də bəzi regionlardakı idxalçı ölkələrin Yaxın Şərqdəki hazırkı münaqişə nəticəsində yaranan təchizat şokunun təsirlərinə necə müqavimət göstərdiyi təhlil olunur. Qeyd edilir ki, 2016-cı ildə ilk dəfə dərc olunmuş Qaz Təhlükəsizliyinin İcmalının hazırlanmasından ötən müddətdə qlobal qaz bazarı əhəmiyyətli dərəcədə dəyişib. Bazar daha çevik, likvid və qarşılıqlı əlaqəli xarakter alsa da, eyni zamanda daha mürəkkəb olub.Spot ticarətin genişlənməsi və təyinat məntəqəsinin dəyişdirilməsinə imkan verən mayeləşdirilmiş təbii qaz müqavilələrinin payının artması regional bazarlar arasında əlaqələri gücləndirib, təchizatın pozulması hallarının təsirlərini azaltmaq imkanlarını genişləndirib.Bununla belə, Hörmüz boğazı vasitəsilə LNG daşımalarının faktiki dayanması, bu ilin mart-oktyabr aylarında Qətər və Birləşmiş Ərəb Əmirliklərindən yükləmələrin 60 milyard kubmetrdən çox azalmasına səbəb olub. Nəticədə Asiya və Avropada qaz qiymətləri 2022-2023-cü illərdəki qaz təchizatı böhranından bəri ən yüksək səviyyəyə çatıb. Qlobal LNG təchizatı 3 faiz və ya 20 milyard kubmetr azalacaqIEA-nın hesabatında agentliyin qaz bazarına dair son rüblük təhlili və yaxın dövr üçün yenilənmiş proqnozları da yer alıb. Proqnozlara əsasən, cari ildə qlobal LNG təchizatı 3 faiz və ya təxminən 20 milyard kubmetr azalacaq. Qlobal qaz tələbatının isə təqribən 1,5 faiz, başqa sözlə, 65 milyard kubmetrə yaxın azalacağı gözlənilir. Buna əsas səbəblər Yaxın Şərqdə tələbatın kəskin azalması, Avropada sənaye sektorunun qaz istehlakının aşağı düşməsi və Asiyanın bir sıra ölkələrində elektrik enerjisi istehsalında qazdan kömürə keçid olacaq.Avropa İttifaqında qaz anbarları 2026-2027-ci illərin istilik mövsümünə 2013-cü ildən bəri ən aşağı doluluq səviyyəsi ilə daxil olur. Bu isə mövsümi tələbatın pik həddə çatdığı dövrlərdə regionun qlobal LNG tədarükündən asılılığını daha da artırır. Qarşıdan gələn qışın gözləniləndən soyuq keçməsi, texniki nasazlıqlar və ya digər təchizat pozuntuları baş verəcəyi təqdirdə Avropanın daha ciddi risklərlə üzləşməsi mümkündür.Hesabatda vurğulanır ki, Avropada qaz ehtiyatlarının aşağı səviyyədə olması, Asiya və Cənubi Amerikada LNG idxal edən ölkələrin məhdud saxlama imkanları ilə birlikdə qarşıdakı aylarda məhdud sayda çevik LNG yükləri uğrunda rəqabəti gücləndirə və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə spot bazarda qiymətlərin artmasına səbəb ola bilər.Bundan əlavə, Avropada ehtiyatların aşağı səviyyədə olması 2027-ci ilin yayında qaz anbarlarının yenidən doldurulması üçün daha böyük həcmdə qaz tədarükünü zəruri edə bilər. Bu amil qlobal bazarda təklif və tələbat arasındakı gərginliyin gələn ilin xeyli hissəsində davam etməsinə gətirib çıxara bilər.Hesabatın nəticələri qlobal qaz bazarlarının daha çevik xarakter almasına baxmayaraq, qaz təchizatının təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha ön plana çıxarır.IEA son onillikdə bu istiqamətdə fəaliyyətini genişləndirərək geosiyasi və bazar mürəkkəbliyinin artdığı şəraitdə üzv ölkələrin mümkün təchizat böhranlarına hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək göstərir.  </description>
Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti AMB-də təcrübə mübadiləsi aparıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti maliyyə texnologiyaları və innovasiyalar sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.AMB-dən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günündə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, maliyyə sektorunda innovasiyaların təşviqi və iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Səfər zamanı keçirilən görüşlərdə Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində həyata keçirdiyi təşəbbüslər, tətbiq olunan tənzimləmə yanaşmaları və əldə edilmiş nəticələr barədə məlumat verilib. Bu zaman rəqəmsal maliyyə ekosisteminin inkişafı, innovativ maliyyə həllərinin təşviqi, ödəniş sistemləri və məhsullarının inkişaf etdirilməsi, müvafiq infrastrukturun təkmilləşdirilməsi və maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.Özbəkistan Mərkəzi Bankının nümayəndələri isə maliyyə texnologiyaları strategiyasının hazırlanması, bu sahədə müəyyən edilmiş prioritetlər və əsas inkişaf istiqamətləri üzrə öz ölkələrinin təcrübəsini bölüşüblər.</description>
Azərbaycanda pul bazası artıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bu il oktyabrın 30-na Azərbaycanda pul bazası 25 milyard 146,1 milyon manat təşkil edib.AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu, ötən ayın eyni dövrü ilə müqayisədə 328,2 milyon manat çoxdur.  </description>
Mərkəzi banklar son 2 ilin ən sürətli tempi ilə qızıl alıblar
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Yüksək neft qiymətləri və faiz dərəcələrinin yaratdığı təzyiqlərə baxmayaraq, mərkəzi banklar cari ilin üçüncü rübündə 2024-cü ilin sonundan bəri ən sürətli templə qızıl alışı həyata keçiriblər.AZƏRTAC xəbər verir ki, Dünya Qızıl Şurasının hesabatına görə, hesabat dövründə mərkəzi banklar xalis 321 ton qızıl alıblar. Bununla da cari ilin 9 ayında ümumi alış həcmi 675 tona çatıb. Eyni zamanda, qlobal qızıl bazarında zərgərlik məmulatlarına və külçə qızıla tələbin azalmasına baxmayaraq, birja investisiya fondlarına investisiya axını rekord həddə yüksəlib.Cari ilə nisbətən zəif başlanğıcdan sonra üçüncü rübdə qeydə alınan aktivlik mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirdiyini göstərir. Beləliklə, ilin əvvəlindən həyata keçirilən təxmini alışların həcmi ötən ilin müvafiq dövrünün göstəricisini bir qədər üstələyib.Bu göstəricilər yanvar ayında tarixi maksimuma yüksələn qızılın bahalaşmasında mühüm rol oynayan mərkəzi bankların bazara dəstəyini davam etdirdiyini təsdiqləyir. Bununla belə, fevralın sonunda ABŞ-İran müharibəsinin başlamasından sonra qızılın qiyməti təxminən 25 faiz ucuzlaşıb. Enerji qiymətlərinin artması və bunun fonunda faiz dərəcələrinin yüksələcəyi ilə bağlı gözləntilərin güclənməsi gəlir gətirməyən qızıla tələbi zəiflədib.Dünya Qızıl Şurasının baş bazar strateqi Con Rid bildirib ki, hesabat rübündə qızılın qiymətində müşahidə olunan eniş bəzi mərkəzi bankları alış həcmini artırmağa sövq etmiş ola bilər. Onun sözlərinə görə, ABŞ dollarının uzunmüddətli perspektivdə zəifləyəcəyini gözləyən mərkəzi banklar üçün dolların bahalaşması ehtiyatların bir hissəsinin qızıla yönəldilməsini daha cəlbedici edib.Strateq qeyd edib ki, dolların gələcəkdə dəyər itirəcəyini düşünən və müddəti başa çatan qısamüddətli ABŞ xəzinə istiqrazlarına sahib olan qurumlar həmin vəsaitlərin bir hissəsini qızıl alışına yönəldə bilərlər. Açıqlanmayan alışlar və əsas alıcılarMərkəzi bankların təxmin edilən qızıl alışlarının təxminən üçdəikisi müvafiq qurumlar tərəfindən ictimaiyyətə açıqlanmayıb. Dünya Qızıl Şurasının sifarişi ilə “Metals Focus Ltd.” konsaltinq şirkəti alış həcmlərini açıq məlumatlar, ticarət statistikası və sahə araşdırmaları əsasında hesablayır. Hesabat dövründə alışlarını açıqlayan ən böyük alıcılar Çin və Polşa olub. Çin qızıl ehtiyatlarını 63 ton, Polşa isə 41 ton artırıb. Rusiya isə dövr ərzində 19 ton qızıl sataraq əsas satıcı kimi qeydə alınıb.Yaxın Şərqdəki müharibənin xam neft qiymətlərini və faiz dərəcələri ilə bağlı gözləntiləri yüksəltməsi son aylarda qızıl bazarında qiymətlərin enməsinə səbəb olub. Buna baxmayaraq, qızıl fondlarına investisiya axını yüksək olaraq qalıb. Dünya Qızıl Şurasının məlumatına əsasən, bu fondlarda saxlanılan qızılın həcmi üçüncü rübdə 211 ton artaraq rekord səviyyəyə çatıb. Zərgərlik məmulatlarına tələbat kəskin azalıbHesabat dövründə zərgərlik məmulatlarına tələbat 17 faiz azalaraq 313 tona enib. Hindistan və Çində vergi dəyişiklikləri, eləcə də qızılın bahalaşması istehlakçıları daha yüngül və aşağı əyarlı məmulatlara üstünlük verməyə vadar edib. Bu göstərici Dünya Qızıl Şurasının 2000-ci ildən apardığı müşahidələr üzrə üçüncü rüb üçün ən aşağı səviyyə olub.Mədənlərdə qızıl hasilatı illik müqayisədə 3 faiz artaraq 1071 ton təşkil edib və üçüncü rüb üzrə rekord göstəriciyə çatıb. Təkrar emal yolu ilə əldə edilən qızılın həcmi isə 8 faiz azalaraq 314 tona düşüb. Bu, 2023-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.Qızıl külçələrə və sikkələrə tələbat da 19 faiz azalaraq 268 tona enib. Bununla belə, Çində həmin məhsullara tələbat 7 faiz artaraq 79 tona çatıb. Nəticədə ölkədə ilin əvvəlindən qızıl külçə və sikkələrə yönələn tələbat 393 tonla rekord səviyyəyə yüksəlib.</description>
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bu il oktyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 430,4 milyon dollar təşkil edib.AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, bu, ötən ayın eyni dövrü ilə müqayisədə 67 milyon dollar çoxdur.  </description>
ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın genişlənməsi dünya enerji bazarında ciddi qeyri-müəyyənlik yaradıb. Neft qiymətlərində kəskin dalğalanmalar, Hörmüz boğazı ətrafında yaranan təhlükələr və qlobal enerji təchizatının pozulması ehtimalı neft ixracatçısı olan ölkələrin iqtisadi perspektivlərini yenidən gündəmə gətirib. Azərbaycan isə bu prosesdə həm neft istehsalçısı, həm də mühüm enerji tranziti ölkəsi kimi xüsusi mövqeyə malikdir.ABŞ-İran münasibətlərindəki hərbi eskalasiya artıq sadəcə mümkün müharibə ssenarisi deyil. Cari ildə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda regionda enerji infrastrukturu və neft daşımaları ilə bağlı risklər artıb.Neft bazarına təsir edən əsas amillərdən biri Hörmüz boğazıdır. Bu boğaz dünya enerji təhlükəsizliyinin ən strateji nöqtələrindən hesab olunur. Münaqişədən əvvəl dünya üzrə gündəlik neft və neft məhsulları daşımalarının təxminən beşdəbiri bu marşrutdan keçirdi. Boğazda gəmiçilik fəaliyyətinin məhdudlaşması isə qlobal bazarda təchizat çatışmazlığı təhlükəsini gücləndirir. Oktyabr ayının son günlərində neft qiymətlərində müşahidə olunan artım bu risklərin bazara real təsirini göstərir.Oktyabr ayı ərzində “Brent” markalı neft 13,6 faiz, “Light” isə 15,2 faiz bahalaşıb. Qiymət artımının əsas səbəbləri sırasında Hörmüz boğazında tankerlərə hücumlar və ABŞ-İran qarşıdurmasının genişlənməsi ehtimalı göstərilib.Bununla belə, qiymət artımının davamlı və birtərəfli olmadığını da nəzərə almaq lazımdır. Noyabrın 2-də ABŞ və İran arasında diplomatik danışıqların davam etməsi ilə bağlı xəbərlər bazarda müəyyən nikbinlik yaradıb. Həmin gün “Brent” markalı neftin qiyməti 7,63 faiz, “Light”ın qiyməti isə 7,36 faiz azalıb.Noyabrın 3-də İranın Qeşm adası yaxınlığında ABŞ-nin hərbi zərbələr endirməsi barədə xəbərlər yenidən gərginlik yaradaraq “Brent” markalı neftin qiymətini 106 dollara, “Light” markalı neftin qiymətini isə 96 dollara yüksəldib. Bu dinamika göstərir ki, hazırda neft bazarında qiymətlər yalnız hasilat və istehlak göstəriciləri ilə deyil, həm də siyasi və hərbi xəbərlərlə müəyyənləşir. Başqa sözlə, bazarda geosiyasi risk amili ön plana çıxıb. Mövcud vəziyyət Azərbaycanın enerji strategiyası baxımından müəyyən imkanlar yaradırYaranmış vəziyyət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz dünya bazarına neft ixrac edən dövlətlər sırasındadır və beynəlxalq bazarda qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərinə birbaşa təsir göstərə bilər.Energetika Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında ölkədə kondensat da daxil olmaqla, 19,9 milyon ton neft hasil edilib. Bunun 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,6 milyon tonu “Şahdəniz” yatağından hasil edilən kondensatın, 0,4 milyon tonu “Abşeron” yatağının, 5,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Həmin dövrdə Azərbaycanın neft və kondensat ixracı 15,5 milyon ton təşkil edib. Bunun 14,2 milyon tonu konsorsiumların, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.Bu rəqəmlər Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini qiymətləndirmək üçün mühüm göstəricilərdir. Azərbaycan dünya neft bazarında qiymətləri müəyyənləşdirən əsas ölkələrdən biri olmasa da, qiymət artımından faydalana bilən ixracatçı dövlətlərdəndir.Azərbaycanın üstünlüyü yalnız neft hasilatı ilə məhdudlaşmır. Ölkə Xəzər hövzəsində hasil edilən karbohidrogenlərin dünya bazarına çıxarılması baxımından da mühüm tranzit və logistika mərkəzidir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri xüsusi əhəmiyyət daşıyır. Bu ilin yanvar-iyul aylarında BTC vasitəsilə 14,77 milyon ton neft nəql edilib. Bunun 12,15 milyon tonu azərbaycanmənşəli neftin, 2,62 milyon tonu isə Türkmənistan və Qazaxıstandan daxil olan neftin payına düşüb.Beləliklə, BTC-nin Azərbaycan üçün əhəmiyyəti ikitərəflidir. Ölkəmiz həm öz neftini dünya bazarına çıxarır, həm də regionun digər istehsalçılarının enerji ixracında tranzit rolunu oynayır.Bu infrastruktur Azərbaycanın enerji təhlükəsizliyi və Avropanın enerji təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyətini artırır. Bununla belə, BTC Hörmüz boğazından keçmir və Azərbaycan neftinin ixrac marşrutları Yaxın Şərqdəki hərbi risklərdən nisbətən kənarda yerləşir.Dünya bazarında neftin qiymətinin artması Azərbaycanın dövlət gəlirləri üçün potensial müsbət amildir. Neft ixracından əldə edilən gəlirlər ölkənin tədiyə balansına, valyuta daxilolmalarına və Dövlət Neft Fondunun maliyyə imkanlarına müsbət təsir göstərir. Lakin dünya bazarında enerji daşıyıcılarının bahalaşması idxal olunan məhsulların, nəqliyyatın və istehsalın xərclərinin də artmasına səbəb olur. Bu isə neft gəlirlərindən əldə edilən iqtisadi üstünlüyün bir hissəsini kompensasiya edə bilər.Mövcud vəziyyət Azərbaycanın enerji strategiyası baxımından müəyyən imkanlar yaradır. İlk növbədə, neftin yüksək qiymətə satılması ixrac gəlirlərini artırır, Xəzər hövzəsinin enerji resurslarına beynəlxalq marağı yüksəldir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir, BTC və digər neft ixracı infrastrukturlarının strateji əhəmiyyətini artırır.ABŞ-İran qarşıdurması və Hörmüz boğazında yaranan təhlükələr dünya neft bazarında geosiyasi amillərin rolunu bir daha nümayiş etdirir. Oktyabrda “Brent” markalı neftin 117,64 dollara qədər bahalaşması, noyabrın əvvəlində isə diplomatik danışıqlar və yeni hərbi xəbərlər fonunda 106 dollar ətrafında dəyişməsi bazarın geosiyasi hadisələrə nə dərəcədə həssas olduğunu göstərir. Müəllif - Rabil Kətanov</description>
® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO
                <description>Şəhərin mərkəzində, Nizami metro stansiyasının, Qış və Mərkəzi parklarının yanında yerləşən “Nizami City” yaşayış kompleksi təmirli mənzillər üçün “Hazır ev” kampaniyasına start verir. Kampaniya noyabrın 3-dən 18-dək keçirilir və yalnız təmirli mənzilləri əhatə edir. Kampaniyanın şərtləri: Kampaniya dövründə təmirli mənzil alan hər kəs mətbəx mebeli və elektronika məhsulları qazanır. Beləliklə, yeni evə əlavə xərc çəkmədən, ilk gündən yaşamağa hazır şəkildə köçmək mümkündür. Mənzillərin sayı məhdud olduğu üçün seçim mənzillər qurtarana qədər davam edəcək."Nizami City" müasir memarlığı, keyfiyyətli tikintisi və geniş seçim imkanları ilə rahat yaşayış üçün ideal layihələrdən biridir.Sizə təqdim edirik:Mükəmməl lokasiya – Nizami metro stansiyası, Qış və Mərkəzi parklarının yanı, təhsil, alış-veriş və şəhərin əsas məkanlarına rahat çıxış.Müasir memarlıq – 9 mərtəbəli binalar, keramoqranit fasad və düşünülmüş memarlıq konsepsiyası.Sizə uyğun mənzil – azad planlama, təmirli və təmirsiz mənzil seçimi.İnvestisiya üçün əlverişli zaman – hazır və tikintisi davam edən mərhələlərdən seçilən mənzilin dəyər artımı potensialı.Keyfiyyət və etibar – müasir tikinti standartları, keyfiyyətli materiallar, funksional layihələndirmə, sakit və təhlükəsiz yaşayış mühiti.Rahatlıq hər detalda – geniş yeraltı dayanacaq, sürətli liftlər, 7/24 qorunan qapalı həyət, uşaq və mini futbol meydançaları və digər xidmətlər.Kampaniya müddəti və mənzil sayı məhduddur. Seçiminizi indi edin və şəhərin mərkəzində premium həyatın yeni ünvanında arzularınızdakı gələcəyə ilk addımı atın.Ətraflı məlumat almaq və sizə uyğun mənzili seçmək üçün bizimlə əlaqə saxlayın:
 *0788 (099) 700 00 88  (050) 700 00 88  (050) 970 00 88  Yasamal rayonu, Nizami m/st, C.Cabbarlı küçəsi 31 https://www.instagram.com/nizami.city/  </description>
®  “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO
                <description>“Baku Steel Company” QSC (BSC) Bakıda Qafqazın “Böyük Beşliyi”nə həsr olunmuş “Baku Steel Art 2026” sərgisini təqdim edib. Dənizkənarı Milli Parkın ərazisində, Daş Salnamə Muzeyinin yaxınlığında təşkil olunan açıq hava ekspozisiyasında Qafqazın vəhşi təbiətindən ilhamlanan obrazlar poladda canlanır. Sərgi noyabrın sonunadək ziyarətçilər üçün açıqdır.Sərgidə BSC tərəfindən “QGallery”nin təşkilati dəstəyi ilə keçirilmiş üçüncü “Baku Steel Art 2026” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri nümayiş olunur.Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Latviya, Litva, Ukrayna və Estoniyadan 14 sənətkarı bir araya gətirib. İki həftə ərzində BSC-nin istehsalat sahəsi onların ortaq yaradıcılıq emalatxanasına çevrilib. Şirkətin polad məhsullarından hazırlanan kompozisiyalarda hər bir müəllif Qafqaz təbiətini özünəməxsus bədii dillə ifadə edib.“Böyük Beşlik” Qafqaz faunasının beş nümayəndəsini – ceyranı, Qafqaz bəbirini, qonur ayını, boz canavarı və şah qartalını əhatə edir. Sənətkarlar bu obrazlar vasitəsilə insanla təbiət arasındakı münasibətləri araşdırırlar. Burada poladın möhkəmliyi ilə canlı aləmin kövrəkliyi arasındakı təzad biomüxtəlifliyin qorunması üçün daşıdığımız məsuliyyəti xatırladır.Sərgi 2026-cı il oktyabrın 30-dan noyabrın 1-dək Bakıda keçirilən “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində açılıb. Açılış mərasimində “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva kimi fəxri qonaqlar, eləcə də “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalının iştirakçıları və qonaqları iştirak ediblər.“Baku Steel Art” simpoziumları 2024-cü ildən keçirilir. BSC-nin metallurgiya təcrübəsini sənətkarların bədii baxışı ilə birləşdirən layihə sənaye ilə incəsənətin əməkdaşlığı üçün yeni imkanlar yaradır. Beləcə, zavodda istehsal olunan polad şəhərin mədəni mühitinin bir hissəsinə çevrilir.Qeyd edək ki, “Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti sektoru, infrastruktur layihələri və sənaye üçün yüksəkkeyfiyyətli polad məhsulları istehsal edir.</description>
KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya kosmik sahədə göstərdiyi fəaliyyətə, regionda kosmik təhsilin və insan kapitalının inkişafına verdiyi töhfələrə görə “APRSAF Kosmik Nailiyyət Mükafatı”na (APRSAF Space Achievement Award) layiq görülüb.“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, mükafat Tailandın Banqkok şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 32-ci sessiyası çərçivəsində KOSMİK Akademiyanın nümayəndələrinə təqdim olunub. Mükafat sertifikatında akademiyanın fəaliyyətinin kosmik sahəyə mühüm töhfələr verdiyi, gələcək nəsil kosmos mütəxəssislərinin və regionun liderlərinin yetişməsinə ilham verdiyi qeyd olunub.“APRSAF Space Achievement Award” KOSMİK Akademiyanın kosmik təhsil, maarifləndirmə və gənclərin kosmos sahəsinə marağının artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu mükafat akademiyanın indiyədək həyata keçirdiyi təşəbbüslərin və kosmik sahədə insan kapitalının inkişafına yönəlmiş fəaliyyətinin beynəlxalq kosmik ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir.KOSMİK Akademiya 2024-cü ildən etibarən “APRSAF”ın mövcud dörd beynəlxalq kosmik təhsil layihəsində Azərbaycanın iştirakını təmin edir. Bu təşəbbüslər vasitəsilə şagird və gənclərin kosmik elmlərə çıxış imkanlarının genişləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq kosmik təhsil şəbəkələrində iştirakının gücləndirilməsi istiqamətində fəaliyyət göstərilir.Qeyd edək ki, Azərbaycanın “APRSAF” çərçivəsində əməkdaşlığının genişlənməsi ölkənin Asiya dövlətləri ilə əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafının tərkib hissəsidir. Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəaliyyəti də bu əməkdaşlığın genişlənməsinə və çoxtərəfli dialoqun təşviqinə xidmət edir. Oktyabrın 15-də Bakıda keçirilmiş AQEM-in 7-ci Zirvə görüşü Azərbaycanın Asiya ölkələri arasında dialoqun təşviqinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirir.Qeyd edək ki, 1993-cü ildə Tokioda yaradılmış APRSAF Asiya-Sakit okean regionunda kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq platformadır. Forum 52 ölkədən 844 nüfuzlu təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir.Forum kosmik texnologiyaların dinc məqsədlərlə istifadəsini təşviq edir, kosmik agentliklər, dövlət qurumları, elmi-tədqiqat müəssisələri və digər maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini dəstəkləyir. Onun əsas fəaliyyət istiqamətləri peyk tətbiqləri, kosmik tədqiqatlar, kosmik təhsil, kosmik sənaye, eləcə də kosmik siyasət, diplomatiya və hüquq sahələrini əhatə edir.</description>
Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Əmtəə birjalarında qızılın qiyməti oktyabr ayında 6,8 faiz azalıb. Ayın sonunda qızılın qiyməti 4000 dollar həddindən aşağı düşərək son bir ilin minimum səviyyəsinə enib.AZƏRTAC xəbər verir ki, qızılın qiyməti ötən gün son iki ayın ən kəskin artımını qeydə aldıqdan sonra sabitləşib. Qiymətli metalın bir troya unsiyasının qiyməti hazırda 3900 dollar ətrafında dəyişir. Artıq 9-cu ayına qədəm qoyan Yaxın Şərqdəki müharibə enerji qiymətlərinin və inflyasiyanın sürətlə artmasına səbəb olub. Bu vəziyyət mərkəzi banklara faiz dərəcələrini yüksəltmək istiqamətində təzyiqi artırıb ki, bu da faiz gəliri gətirməyən qızıl üçün əlverişsiz amildir. Neftin qiyməti isə bazar ertəsi 7 faizdən çox azalıb. Hazırda neft bazarında qiymətlər sabitləşib.Ötən həftə süni intellekt sektorunda müşahidə olunan geriləmə də qızıl bazarına mənfi təsir göstərib. Belə ki, investorlar digər aktivlər üzrə itkilərini kompensasiya etmək məqsədilə qızıl ehtiyatlarını satmağa başlayıblar. ABŞ-nin çip istehsalçılarının səhmlərində satışların dərinləşməsindən sonra Asiya texnologiya şirkətlərinin səhmlərinin də çərşənbə axşamı əlavə itkilərlə üzləşəcəyi gözlənilir. Bu isə qızılın qiymətinin yenidən aşağı düşməsi riskini artırır.ABŞ-də seçicilər aralıq seçkilərdə səs verəcəklər. Qızıl bazarı üçün seçkilərin maliyyə siyasətinin gələcək istiqamətinə necə təsir göstərəcəyi xüsusi əhəmiyyət daşıyır.Gümüşün qiyməti isə bazar ertəsi 3 faizdən çox artdıqdan sonra hazırda 0,8 faiz azalaraq bir unsiya üçün 49 dollara enib.“Citigroup”un analitikləri qızılın qiymətinin gələn ilin birinci yarısında 5000 dollar olacağını proqnozlaşdırırlar.“J.P. Morgan” bankının analitikləri isə hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcələri mühitində heç bir gəlir gətirmədiyi üçün cəlbediciliyini itirir.</description>
Azərbaycanda quş əti istehsalının 30, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyində (KTN) “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində quşçuluq sahəsinin inkişafının stimullaşdırılması, qarşıda duran vəzifələr və görüləcək işlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirliyin məsul şəxsləri və struktur bölmələrinin əməkdaşları, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri və quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.Bildirilib ki, Dövlət Proqramından irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə icrasını təmin etmək məqsədilə “Quşçuluq qrupu” fəaliyyətə başlayıb. Qrupun əsas fəaliyyət istiqamətləri quşçuluq təsərrüfatlarının ehtiyaclarının qiymətləndirilməsi, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi prosesinin sürətləndirilməsi, quşçuluq binalarının və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması, eləcə də damazlıq işinin təşviqinə yönəlmiş dəstək mexanizmlərinin hazırlanmasını əhatə edir. Qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində quş əti istehsalının 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir.Görüşdə quşçuluq müəssisələrinin nümayəndələri fəaliyyətləri, mövcud istehsal imkanları və həyata keçirdikləri layihələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflərini diqqətə çatdırıblar. Həmçinin ölkədə sənaye üsulu ilə quş əti istehsalının mövcud vəziyyəti, istehsal proseslərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, yem təminatının yaxşılaşdırılması və sahənin inkişafına təsir göstərən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb. Sonda bu istiqamətdə müzakirələrin mütəmadi davam etdirilməsi qərara alınıb.</description>
Azərbaycan nefti 116 dollara satılır VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 9,66 dollar və ya 7,6 faiz azalaraq 116,5 dollar olub.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.</description>
® “Bank Respublika” və “AccessBank” strateji əqdin uğurla başa çatdığını elan ediblər
                <description>“Bank Respublika” və “AccessBank” arasında strateji əqd uğurla tamamlanıb “Bank Respublika” və “AccessBank” strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini əldə edib, “AccessBank”ın əvvəlki səhmdarları isə “Bank Respublika”nın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək bankın səhmdarları sırasına daxil olublar.Əqdin başa çatması iki bankın maliyyə potensialını, peşəkar təcrübəsini və bir-birini tamamlayan biznes modellərini bir araya gətirərək onların inkişafında mühüm mərhələ olub. Növbəti mərhələdə hüquqi və əməliyyat baxımından birləşmə nəticəsində “Bank Respublika” brendi ilə Azərbaycanın ən böyük banklarından biri formalaşacaq.Birləşmə başa çatanadək hər iki bank mövcud brendləri altında fəaliyyətini davam etdirərək müştərilərə fasiləsiz xidmət göstərilməsini, müştərilər və tərəfdaşlar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsini təmin edəcək.Birləşməyə hazırlıq çərçivəsində “AccessBank”ın İdarə Heyətinə Tariyel İsmayılov rəhbərlik edəcək və o, daha sonra birləşmiş bankın İdarə Heyətinin sədri olacaq. “Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Aslan Abbasova həvalə olunub.Birləşmə bankın maliyyə mövqelərini möhkəmləndirməyə, biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməyə, əməliyyat səmərəliliyini artırmağa, rəqəmsal xidmət kanallarının inkişafını sürətləndirməyə və bank xidmətlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.Əqdin başa çatmasını şərh edən “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib: “Bu irimiqyaslı əqdin uğurla başa çatması Azərbaycanda əlverişli investisiya mühitinin, bank sektorunun dayanıqlılığının və beynəlxalq investorların onun perspektivlərinə etimadının göstəricisidir. Biz əminik ki, iki bankın potensialının birləşdirilməsi ölkənin maliyyə bazarının gələcək inkişafında mühüm addım olacaq. Azərbaycan Mərkəzi Bankına, hər iki bankın səhmdarlarına, müştərilərimizə, tərəfdaş banklara, beynəlxalq maliyyə institutlarına və əqdin bütün iştirakçılarına proses boyunca göstərdikləri etimada, konstruktiv əməkdaşlığa və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”.</description>
Qızıl və gümüş ucuzlaşıb VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 43,47 dollar azalaraq 3916,08 dollar təşkil edib.AZƏRTAC xəbər verir ki, gümüşün qiyməti isə 1,61 dollar azalaraq 49,22 dollara bərabər olub.</description>
Neft bahalaşıb VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTACDünya birjalarında neft bahalaşır.AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,70 dollar artaraq 105,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,73 dollar artaraq 97,19 dollar təşkil edib.</description>
Qaradağ rayonunda son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Qaradağ rayonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib.Körpülərdən 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrliyində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.Qobustan qəsəbəsində istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metr təşkil edir.Qeyd edək ki, həmin ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.</description>
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Təmir və yenidənqurma işləri ilə əlaqədar noyabrın 3-də Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələrində və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Səbail Rayon RETSİ-nin xidməti ərazisində isə transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Badamdar qəsəbəsinin 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə olacaq.Binəqədi Rayon RETSİ-nin xidməti ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq “Aşağı Sulutəpə” və “Xocəsən” hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.Həmçinin 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.Xəzər Rayon RETSİ-nin xidməti ərazisində isə 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev və Məmməd Namazov küçələrinin bir sıra hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.Qeyd edək ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması nəzərdə tutulur.</description>
Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi–Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası-Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi–Türkan bağları–Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.Qeyd edək ki, marşrutların hərəkət sxemlərindəki dəyişiklik təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət müddətində qüvvədə olacaq.</description>
Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb. İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq barədə fikir mübadiləsi aparıblar. “CSCEC International” bina və infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkətdir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.</description>
Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Azərbaycanda elektromobillər üçün enerjidoldurma infrastrukturunun inkişafı və vahid platformanın yaradılması istiqamətində Koreya Respublikasının təcrübəsini öyrəniblər.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Azərbaycanda dövlət qulluqçuları və əlaqədar təşkilatların e-mobillik infrastrukturunun gücləndirilməsi sahəsində potensialın artırılması” layihəsi çərçivəsində Sonqnam və Kvancu şəhərlərində səfərdə olub.Səfər zamanı koreyalı ekspertlərin iştirakı ilə elektromobillik infrastrukturu, fəaliyyət planlarının hazırlanması, optimal enerji doldurma məntəqələrinin seçilməsi və şarj stansiyalarının quraşdırılması zamanı qarşıya çıxan çağırışlar müzakirə edilib.Həmçinin Koreyanın rəqəmsal enerji doldurma siyasəti, şarj və emissiyaya nəzarət texnologiyaları, bərpaolunan enerji magistralları və digər istiqamətlər üzrə təcrübə mübadiləsi aparılıb. Nazirliyin əməkdaşları e-mobillik sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzləri, avtomobil və enerjidoldurma avadanlıqları istehsal edən müəssisələrlə tanış olublar.Səfərin nəticəsi olaraq Koreya ekspertlərinin dəstəyi ilə Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması, eləcə də enerjidoldurma infrastrukturuna tələbatın ölçülməsi və proqnozlaşdırılması üzrə fəaliyyət planları hazırlanıb.Gələcəkdə həmin planlar əsasında müvafiq layihə sənədlərinin hazırlanması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi planlaşdırılır.</description>
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
                <description>Bakı, 2 noyabr, AZƏRTACSumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır.Qeyd edək ki, bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur.</description>
Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) ABŞ-nin “State University of New York at Buffalo” Universitetinin “School of Management” məktəbi ilə əməkdaşlıq çərçivəsində dövlət və özəl sektorun rəhbər və mütəxəssisləri üçün ikigünlük beynəlxalq praktiki təlim proqramı təşkil edib.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 31-dən noyabrın 1-dək Bakıda keçirilən proqramda bankların, dövlət qurumlarının, özəl şirkətlərin, holdinqlərin və dövlət müəssisələrinin 180-dən çox nümayəndəsi iştirak edib.Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası çərçivəsində reallaşdırılıb.“State University of New York at Buffalo” Universitetinin “School of Management” məktəbinin dekanı, professor Ananth Iyerin rəhbərlik etdiyi akademik nümayəndə heyətinin iştirakı ilə keçirilən sessiyalar real biznes nümunələri, interaktiv müzakirələr və praktiki tapşırıqlar əsasında qurulub.Proqram çərçivəsində maliyyə və mühasibatlıq, təchizat zəncirinin idarə edilməsi və biznes analitikası sahələrində süni intellektin tətbiqi imkanları nəzərdən keçirilib. İştirakçılar əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və məlumatlara əsaslanan strateji qərarvermənin gücləndirilməsi üzrə praktiki biliklər əldə ediblər.Təşəbbüsün əsas məqsədi beynəlxalq akademik təcrübənin yerli təşkilatlara ötürülməsi, rəhbər və mütəxəssislərin süni intellekt sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bu texnologiyaların dövlət və özəl sektorda tətbiqinin genişləndirilməsidir.Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov təşəbbüsün strateji əhəmiyyətini belə dəyərləndirib: “Süni intellektin yaratdığı imkanlardan maksimum faydalanmaq təşkilatların bu texnologiyaları idarəetmə və qərarvermə proseslərinə səmərəli inteqrasiya etmək bacarığı ilə birbaşa bağlıdır. MSİM olaraq təşkilatların bu istiqamətdə potensialının gücləndirilməsini ölkəmizdə süni intellektin sistemli, effektiv və dayanıqlı tətbiqinin əsas hərəkətverici qüvvələrindən biri kimi görürük”. Onun sözlərinə görə, təşkilatların bu istiqamətdə potensialının gücləndirilməsi ölkədə süni intellektin sistemli, effektiv və dayanıqlı tətbiqinin əsas şərtlərindən biridir.Qeyd edək ki, Milli Süni İntellekt Mərkəzi bu cür təşəbbüslərlə Azərbaycanda süni intellekt üzrə insan kapitalının inkişafına, beynəlxalq təcrübənin yerli ekosistemə ötürülməsinə və ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsinə töhfə verməyi hədəfləyir.</description>
Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyət yolda bir müddətdir davam edən təmir işləri ilə əlaqədar tətbiq olunacaq.Qeyd olunub ki, noyabrın 3-də saat 07:00-dan 23:00-dək sözügedən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Sürücülərə alternativ marşrut kimi Zığ şosesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları tövsiyə edilir.</description>
Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada birləşdirərək investor üçün yalnız yerli bazara deyil, daha geniş regional bazarlara çıxış imkanı yaratmasıdır. Bu baxımdan ölkənin coğrafi mövqeyi, sənaye zonaları və ixrac imkanları vahid investisiya modelinin elementləri kimi çıxış edir.AZƏRTAC xəbər verir ki, investor üçün istehsal qərarı qəbul edilərkən əsas suallardan biri məhsulun harada istehsal olunacağı ilə yanaşı, hara və hansı xərclərlə çatdırılacağıdır. Bu baxımdan Azərbaycanı yalnız daxili istehlak bazarı kimi qiymətləndirmək düzgün olmaz. Ölkənin üstünlüyü ondan ibarətdir ki, ölkədə yaradılan istehsal gücü daxili tələbatı qarşılamaqla yanaşı, qonşu və regional bazarlara çıxış üçün istifadə oluna bilər. Xüsusilə Mərkəzi Asiya, Türkiyə, Rusiya, Gürcüstan və digər yaxın bazarlarla nəqliyyat bağlantılarının inkişaf etdirilməsi Azərbaycanda istehsalı ixracyönümlü investisiya modeli üçün daha cəlbedici edə bilər. Beləliklə, investor üçün Azərbaycan bazarı yalnız son istehlak məkanı deyil, eyni zamanda regional bazarlara çıxış nöqtəsidir.İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın genişlənməsi ölkənin qeyri-neft-qaz sənayesinin inkişafı və ixrac potensialının artırılması baxımından əhəmiyyət daşıyır. Sənaye zonalarının əsas üstünlüyü ondan ibarətdir ki, burada investor üçün istehsal fəaliyyəti ilə bağlı infrastruktur və institusional imkanlar bir məkanda cəmləşdirilir. Başqa sözlə, investor məhsulu Azərbaycanda istehsal etməklə həm daxili bazara, həm də regional bazarlara yönəldə bilər.Azərbaycanın regional istehsal və ixrac platformasına çevrilməsi qeyri-neft-qaz sənayesinin inkişafı üçün də əlavə imkan yaradır. Xüsusilə kimya, emal və qida sənayesi, tikinti materialları, maşınqayırma, logistika avadanlıqları, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrdə yaradılan istehsal imkanları regional tələbatla əlaqələndirilə bilər. Strateji investisiya layihələrinin icrasında institusional dəstək İnvestisiya layihələrinin həyata keçirilməsini sürətləndirən, dövlət qurumları arasında koordinasiyanı təmin edən və investorların qarşılaşdığı inzibati məsələlərin həllinə kömək edən institusional mexanizmlər mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Nazirlər Kabinetinin strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiyanın yaradılması haqqında sərəncamı qəbul edilib. Sənədin mahiyyəti strateji investisiya layihələrinin icrasında dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və layihələrin həyata keçirilməsi prosesinin daha operativ təşkil edilməsi ilə bağlıdır.Layihənin razılaşdırılması, zəruri prosedurların tamamlanması, aidiyyəti qurumlarla işin təşkili və qərarların qəbul edilməsi üçün tələb olunan vaxt da investisiyanın iqtisadi səmərəliliyinə təsir göstərir.Buna görə də strateji investisiya layihələrinin sürətləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi Azərbaycanın investisiya potensialının real istehsal və ixrac nəticələrinə çevrilməsinə xidmət edən institusional amillər kimi qiymətləndirilə bilər. Beynəlxalq investisiya forumu: İmkanların konkret layihələrə çevrilməsi Azərbaycanın investisiya potensialının beynəlxalq səviyyədə təqdim edilməsi və ölkənin regional iqtisadi bağlantılardakı rolunun gücləndirilməsi baxımından Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm platformadır. 2026-cı il sentyabrın 25–26-da Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas müzakirə istiqamətlərindən biri Azərbaycanın Cənubi Qafqazda qlobal bağlantı və investisiya sabitliyi baxımından rolunun qiymətləndirilməsi olub. Forumun mövzusu - “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” ölkənin investisiya imkanlarına regional və beynəlxalq iqtisadi əlaqələr kontekstində yanaşmanı əks etdirir.Forumun mütəmadi beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə Prezidentin 7 avqust 2026-cı il tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Forumun investisiya strategiyası baxımından əhəmiyyəti yalnız beynəlxalq investorların bir araya gətirilməsi ilə məhdudlaşmır. Belə platformalar Azərbaycanın iqtisadi imkanlarının, infrastruktur layihələrinin, sənaye potensialının və regional bağlantılarının vahid investisiya təklifi kimi təqdim olunmasına şərait yaradır. Bu isə ölkənin kapital cəlb edən bazar olmaqla yanaşı, istehsalın təşkili və müxtəlif bazarlara çıxış üçün əlverişli məkan kimi tanıdılmasına kömək edə bilər. Beynəlxalq platforma investora imkanları təqdim edir, səmərəli institusional mühit isə həmin imkanların konkret layihələrə çevrilməsini dəstəkləyir.II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Sənədlər enerji, sənaye, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bu sənədlər Azərbaycanın investisiya imkanlarının müxtəlif iqtisadi sahələri əhatə etdiyini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın konkret layihələr səviyyəsində genişləndirildiyini göstərir. Əsas hədəf: əlavə iqtisadi dəyərin yaradılmasına Beləliklə, Azərbaycanın investisiya siyasətində strateji hədəf ölkəyə daha çox investor cəlb etməklə yanaşı, Azərbaycanı istehsalın qurulduğu, əlavə dəyərin yaradıldığı və regional bazarlara çıxışın təmin edildiyi iqtisadi mərkəzə çevirməkdir.</description>